Bu səhifədə iş davam etməkdədir. Müdaxilə etməyə tələsməyin!
|
Qazax rayonu — Azərbaycan Respublikasının şimal-qərbində yerləşən inzibati-ərazi vahidi.
Rayon ərazisində ilk insan məskənlərinin tarixi eradan əvvələ bir neçə min il əvvələ, daş dövrünə qədər uzanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci ilin 2 avqust tarixli Qərarı ilə Qazax rayonunda yerləşən 112 arxeoloji və memarlıq abidəsi qeydiyyata alınmışdır.[1] Bunlardan 3-ü dünya əhəmiyyətli, 51-i ölkə əhəmiyyətli, 58-i isə yerli əhəmiyyətli abidədir. Siyahıdakı abidələrin 45-i memarlıq, 56-sı arxeoloji, 6-sı bağ-park monumental, 5-i dekorativ-tətbiqi sənət nümunələridir.[2] Onlardan 1-i (İnventar № 4503) 11 may 2018-ci ildə siyahıdan çıxarılmışdır.[3]
Siyahıdan çıxarılmış
№ | İnventar № | Adı | Aid olduğu dövr | Məlumat | Koordinatlar | Yeri | Şəkil | İstinadlar |
---|---|---|---|---|---|---|---|---|
Memarlıq abidələri | ||||||||
1 | 7 | Sınıq körpü | XII əsr | Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında, Xram çayının üzərində salınmışdır. Körpünün dəqiq tikilmə tarixi bəlli deyil. Tədqiqatçıların bir çoxu, o cümlədən, ingilis tarixçisi Poup və sənətşünaslıq doktoru L. Bretanitski körpünün tarixini XI–XII əsrə aid edirlər. Bəzi tarixçilər körpünün daha qədim dövrlərdə tikildiyini irəli sürürlər. Sınıq körpü üslub xüsusiyyətlərinə görə Xudafərin körpüləri ilə oxşardır. Buna görə də Sınıq körpünü eyni məktəbə və təqribən eyni zamana (XII əsrə) aid edirlər. Mütəxəssislər körpünün memarlıq üslubu və tikinti texnikasının Azərbaycan memarlığına məxsus olduğunu qeyd edirlər.
Qədim karvan yolunun üstündə olan bu körpü el arasında körpünün bel hissəsinin sınıq olmasına görə belə adlandırıldığı bildirilir. Rusiya Azərbaycanı işğal etdikdən sonra 1801-ci ildə Qazax sultanlığı Rusiyaya birləşdirilib və həmin vaxtdan Rusiya imperatorluğunun sənədlərində "Sınıq körpü" "Qırmızı körpü" kimi adlandırılmağa başlanıb. 1973-cü ildə körpünün dayaqlarında dəmir-beton konstruksiya ilə möhkəmləndirmə işləri aparılıb. Dünya əhəmiyyətli memarlıq abidəsi olan körpünün tam bərpa layihəsi hazırlanıb və 2018–2020-ci illərdə bərpa işləri həyata keçirilib. |
41°19′43″ şm. e. 45°04′24″ ş. u.HGYO | Qazax rayonu, İkinci Şıxlı kəndi | [4] | |
Arxeoloji abidələr | ||||||||
2 | 24 | Damcılı mağara düşərgəsi | Paleolit dövrü | Mağara həm arxeoloji, həm də təbiət abidəsi hesab edilir.
Avey dağının cənub-şərqində yerləşən Damcılı mağarası Paleolit dövrünə aiddir. Mağara yarımdairəvi şəkildədir və qabaq hissəsi açıqdır. Əhəng qayalığının altındadır. Təbii çatlardan süzülən su damcılarına görə "Damcılı mağara" adlanır. Ərazidə ilk dəfə 1953–1957-ci illərdə arxeoloji qazıntı aparılıb, Avey dağında Daş dövrünə aid olan qədim insanların yaşadıqları 30-a yaxın mağara və iki minə yaxın alət tapılıb. Daş dövrü adamlarının müxtəlif cinsli daşlardan alətləri və ovladıqları heyvanların yarı yandırılmış sümüklərinin qalıqları, ocaq külləri, kömür qırıntıları və s. Damcılı mağarada təxminən 80–100 min il bundan əvvəl neandertal tipli ibtidai insanların burada məskən saldıqlarını sübut edən əyani dəlillərdir. 2015-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Yaponiyanın Tokio Universitetinin mütəxəssisləri Avey dağı ətəklərində kəşfiyyat xarakterli axtarış aparmaq üçün memorandum imzalanıb. Yaponiyalı və yerli arxeoloqların birgə işlədiyi ərazinin 4 metr dərinliyində Orta əsrlərə, Tunc dövrünün sonuna aid, daha dərində isə Neolit dövrünə aid qalıqlar – ocaq yerləri, fauna nümunələri (sümüklər), təxminən yarım metr dərində lal təbəqədən aşağıda isə Orta Paleolit dövrünün son mərhələsini əks etdirən qəlpə, nüvə tullantıları və alət nümunələri əldə olunub. |
41°49′48″ şm. e. 45°08′08″ ş. u.HGYO | Qazax rayonu, Daş Salahlı kəndi | [5] | |
3 | 32 | Baba Dərviş yaşayış yeri (3 abidə) | Tunc dövrü | Ağstafaçay vadisinin dağ silsiləsi ilə birləşdiyi yerdə mövcud olan təpələrin üstündə salınmışdır. Ümumilikdə, Baba Dərviş yaşayış yeri silsilə təşkil edən 5 təpədən ibarətdir.
1958–1962-ci və 1966-cı illərdə burada arxeoloji qazıntılar aparılmış, müxtəlif tarixi dövrlərə aid tapıntılar əldə olunmuşdur. Arxeoloji materiallara əsəsən bu məskən e.ə. III minilliyin başlanğıcında mövcud olmuş, burada məskunlaşan insanlar çoxsaylı maddi-mədəniyyət nümunələri yaratmışlar. Həmin dövrə aid gildən düzəldilmiş insan, keçi, öküz və başqa heyvanların fiqurları, təkər modelləri və s. aşkar olunmuşdur. Baba Dərviş ərazisində aparılan qazıntılar zamanı bir neçə yaşayış tikililəri üzə çıxarılmışdır. Xronoloji baxımından bu tikililər e.ə. XII–VII əsrlərə aid olaraq Azərbaycanın Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti abidələri ilə uyğunluq təşkil edir. Yaşayış yerində 600 m² sahədə aparılan qazıntılar zamanı aşkar edilən mədəni qatlarının ən qədimi yarımqazma tipli evlərlə xarakterizə olunan Eneolit təbəqəsidir. Bundan üstdə yerləşən Kür-Araz təbəqəsinin qalınlığı 50–60 sm-dir. Bu təbəqə kül qatları, çiy kərpic parçaları, suvanmış çuxur qalıqları, çay daşları və s. maddi-mədəniyyət qalıqlarından ibarətdir. Təbəqədə təsərrüfat məqsədi üçün istifadə olunmuş 25 çuxura rast gəlinmişdir. Bəzi çuxurların divarları çiy kərpic parçaları ilə bərkidilərək suvanmışdır. Təsərrüfat çuxurlarının içərisindən gil qab parçaları, məişət əşyaları, heyvan sümükləri və yanmış taxıl qalıqları aşkar edilmişdir. Çuxurların əksəriyyəti aşağıya doğru genişlənən quyu formasındadır. Onların ən irisinin yuxarıdan diametri 1,15m, altdan diametri isə 2,5m-dir. Bu çuxurlar taxıl ehtiyatı saxlamaq üçün nəzərdə tutulduğu düşünülür. Bu qədər böyük təsərrüfat quyusunun yaşayış binalarının olmadığı kiçik bir ərazidə qeydə alınması, abidənin bu hissəsindən taxıl ehtiyatlarının saxlanması üçün ümumi anbar kimi istifadə edildiyini göstərir. Yaşayış yerində məişət tullantılarının doldurulduğu çuxurlara və ocaqlara da rast gəlinmişdir. Ocaqlar silindirik-dairəvi formalı olub, divarları odun təsirindən qızarmış və bişmişdir. Onların birinin içərisindən heyvan sümükləri, öküz fiquru, naxışlanmış gil qab tapılmışdır. Ehtimal olunur ki, bu ocaqdan müəyyən ayinlərin icrası üçün istifadə olunmuşdur. 1966-cı ildə katakomba tipli qəbir aşkar edilmişdir. Burada cənazə ilə birlikdə gil qablar, ağac cam, dəmir bıçaq, ağacdan olan toxuculuq dəzgahın hissəsi, sümük mil və tunc iynələr tapılmışdır. Aparılan tədqiqatlar göstərir ki, Baba Dərviş sakinləri oturaq həyat sürmüş və əsasən əkinçiliklə məşğul olmuşdular. Onların təsərrüfatlarında maldarlıq da mühüm rol oynamışdır. Xırdabuynuzlu heyvanların maldarlıqda üstünlük təşkil etdiyini göstərir. İribuynuzlu heyvanlar isə əkinçilikdə və nəqliyyatda qoşqu qüvvəsi kimi istifadə olunmuşdur. Toxuculuq, dulusçuluq yerli sakinlərin əsas məşğuliyyətindən olmuşdur. |
41°04′27″ şm. e. 45°17′38″ ş. u.HGYO | Qazax rayonu, Dəmirçilər kəndi, Ağstafaçayın sol sahilində | [6][7] |
№ | İnventar № | Adı | Aid olduğu dövr | Məlumat | Koordinatlar | Yeri | Şəkil | İstinadlar |
---|---|---|---|---|---|---|---|---|
Memarlıq abidələri | ||||||||
1 | 281 | Əskipara monastırı | V-VIII əsrlər | Qazax rayonu, Yuxarı Əskipara kəndi | ||||
2 | 282 | Didivan qülləsi | VI-VII əsrlər | Abidə İrəvandan Qazaxa səmtlənən qədim karvan yolunun kənarında Didivan dağının zirvəsində yerləşir. İnşasında iri qaya parçalarından istifadə olunmuşdur. Qüllənin altında gizli keçid olduğu və bu yol ilə müəyyən istiqamətə gedib-gəlməyin mümkünlüyü düşünülür.
Abidənin adı linqvistikaya istinadən müxtəlif cür izah olunur. Bir yanaşmaya əsasən abidənin adının səslənmə forması "Dədəban"dır. "Dədəban" sözü "dədə evi" mənasını daşıyır. Belə ki, qüllə XX əsrin ortalarınadək el arasında ziyarətgah kimi istifadə olunub. Bu ehtimal da onun adının necə formalaşmasının müəyyən olunmasında xüsusi əhəmiyyətə malikdir. Digər bir versiyaya görə isə "didivan" sözü fars mənşəli olub, "gözətçi məntəqəsi" anlamına gəlir. Didivan qülləsi el arasında "Koroğlu qalası" da adlandırılır. Ehtimallara görə e.ə. I minillikdə inşa olunmuş bu gözətçi qülləsi Avey dağındakı Alban məbədi ilə birlikdə ərazinin müdafiə sistemini təşkil edib. Qabarıq konusvari formada olduğu üçün bəzən bu abidəni yel dəyirmanına da bənzədirlər. Lakin qüllənin daxili konstruksiyası belə bir tipoloji qurğu xüsusiyyətinin olmadığını aydın formada əks etdirir. İndiyədək abidədə bərpa işləri aparılmayıb. Qüllə və ətrafında olan kompleksin bərpası və abadlaşdırılması üçün onu əhatə etmiş mühafizə divarlarının trayektoriyasına uyğun olaraq konservasiya layihə cizgiləri hazırlanıb. |
41°02′50″ şm. e. 45°16′48″ ş. u.HGYO | Qazax rayonu, Xanlıqlar kəndindən 6 km məsafədə | [8] | |
3 | 283 | Alban məbədi (Avey monastırı) | VII əsr | Qafqaz Albaniyası dövrünə aid olan məbəd Avey dağının cənub zirvəsinin ən uca nöqtəsində yerləşir, hazırda "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğu tərəfindən mühafizə edilir.
Məbəd əvvəllər aya sitayiş etmiş bütpərəstlər tərəfindən inşa edilib və "Ay məbədi" adlandırılıb. Bunu mütəxəssislər tərəfindən arxeoloji qazıntılar zamanı tapılan küplərin üzərində əks edilmiş ay, aya sitayiş edən insan şəkillərinə əsasən söyləmək mümkündür. Məbəd kompleksi iki tikilidən – birincisi şimal-cənub istiqamətində yerləşən düzbucaq formalı əsas böyük abidə və ikinci kiçik yardımçı tikilidən ibarətdir. Əsas tikili ikipilləli özül üzərində, qədim ay məbədinin üzərində inşa edilib. Daha doğrusu, bütpərəst məbədi xristianlığın qəbulu ilə dövrün dini tələblərinə uyğun olaraq sökülərək onun yerində xristian məbədi tikilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda abidənin aid olduğu dövr VII əsr qeyd olunsa da abidənin daxili quruluşu, onun oxşar abidələrlə müqayisəsi, buradan əldə edilmiş arxeoloji materialların təhlili onun VI əsrdə inşa olunduğunu deməyə əsas verir. |
41°08′51″ şm. e. 45°13′13″ ş. u.HGYO | Qazax rayonu, Daş Salahlı kəndi, Avey dağının dəniz səviyyəsindən 922 metr hündürlüyündə | [9] | |
Bağ-park, monumental və xatirə abidələri | ||||||||
4 | 481 | Şəhər bağı | XIX əsr | Qazax şəhərinin mərkəzində | ||||
Arxeoloji abidələr | ||||||||
5 | 1232 | Sarıtəpə yaşayış yeri | Son tunc – ilk dəmir dövrü | Qazax şəhərinin qərb qurtaracağında, kərpic zavodunun həyətində aşkar edilmişdir. 1956–1958 illərdə Azərbaycan Milli Elmlər Akademiyasının arxeoloji ekspedisiyasının qazıntıları zamanı aşkara çıxarılmışdır. Sahəsi 1 ha olan abidə 100 metr diametrində və 10 metr hündürlüyündə olan bir təpədən ibarətdir. Abidə Xocalı-Gədəbəy mədəniyyətinə aid edilir. Araşdırmalara əsasən, Sarıtəpədə yaşayış son tunc dövründən başlayaraq e.ə. I minilliyə qədər davam etmişdir.
Yaşayış yerində dini ayinlərin icrası üçün məbəd inşa edilmişdir. Məbədin otaqlarının birinin döşəməsinə 1 m hündürlüyü olan 15 küp basdırılmışdır, onlarda taxıl, üzüm və ərik tumları aşkarlanıb. Məbədin ətrafında tikilmiş evlərdən birinin uzunluğu 7,5 m, eni 5 m-dir (ümumi 37,5 m²). Evin mətbəxi yaşayış hissəsindən möhrə divarla ayrılmış, dairəvi formalı gil ocaqla təchiz olunmuşdur. Ərazidə yanğın və dağıntı izləri də qeydə alınmışdır. Sarıtəpədən xeyli miqdarda dördkünc və dairəvi formalı möhürlər də tapılmışdır. Möhürlərin işlək üzündə sadə və mürəkkəb motivdə günəş simvolu olan çərxi-fələk (svastika) nişanları təsvir olunmuşdur. Qazıntılar zamanı məişətdə işlədilən daş və sümük alətlər, gildən hazırlanmış heyvan başlarının fiqurları, tuncdan hazırlanmış Cənubi Qafqaz tipli ox ucluqları, at fiquru formasında asma və digər əşyalar tapılmışdır. |
Qazax şəhəri | [10][11] | ||
6 | 1233 | Qiyaməttəpə yaşayış yeri | Eneolit dövrü | Qazax konserv zavodunun yanında | ||||
7 | 1234 | Yaşayış yeri | İlk orta əsrlər | Qazax rayonu, Abasbəyli kəndindən 400 m aralı | ||||
8 | 1235 | Yataq yeri yaşayış məskəni | Daş dövrü | Qazax rayonu, Acıdərə ərazisində | ||||
9 | 1236 | Atəşpərəstlər daxması | e.ə. VI əsr | Qazax rayonu, Xanlıqlar və Köçəsgər kəndləri arasında | ||||
10 | 1237 | Qazaxbəyli qəbiristanlığı | e.ə. VII–VI əsrlər | Qazax rayonu, Qazaxbəyli kəndi | ||||
11 | 1238 | Qazaxbəyli kurqanı | Son tunc dövrü | Qazax rayonu, Qazaxbəyli kəndi | ||||
12 | 1239 | Kurqanlar (5 ədəd) | Tunc dövrü | Qazax rayonu, Aslanbəyli kəndinə gedən yolun sol tərəfində | ||||
13 | 1240 | Börgin Ağzı yaşayış yeri | Son tunc dövrü | 41°06′45″ şm. e. 45°08′09″ ş. u.HGYO | Qazax rayonu, Daş Salahlı kəndindən Aslanbəyli kəndinə gedən yolun 500 m qərbində | [5] | ||
14 | 1241 | Daş Salahlı kurqanı | Son tunc – ilk dəmir dövrü | Qazax rayonu, Daş Salahlı kəndinin girəcəyində sağ tərəfdə | ||||
15 | 1242 | Qanlı töyrə yaşayış yeri | Eneolit dövrü | Qazax–Tbilisi yolundan 500 m aralı | ||||
16 | 1243 | Rus təpəsi yaşayış yeri | Son tunc, dəmir dövrü | Qazax–Əskipara şose yolunun Qazax–Daş Salahlı dəmir yolu ilə kəsişdiyi yerdə | ||||
17 | 1244 | Göl yeri yaşayış yeri | Son tunc, dəmir dövrü | Qazax rayonu, Daş Salahlı və Qazaxbəyli kəndləri arasında | ||||
18 | 1245 | Boztəpə yaşayış yeri | Son tunc dövrü | Qazax rayonu, Daş Salahlı kəndindən 1 km şərqdə | ||||
19 | 1246 | Bərkin ağzı kurqanları | Tunc dövrü | Qazax rayonu, Daş Salahlı kəndi, "Bərkin ağzı" ərazisində | ||||
20 | 1247 | Daşlı çökək yaşayış yeri | Tunc dövrü | Qazax rayonu, Daş Salahlı kəndi, "Daşlı çökək" ərazisində | ||||
21 | 1248 | Daşlı çökək kurqanları (6 ədəd) | Tunc dövrü | Qazax rayonu, Daş Salahlı kəndi, "Daşlı çökək" ərazisində | ||||
22 | 1249 | Yovşanlıtəpə kurqanları (8 ədəd) | Tunc dövrü | Qazax rayonu, Daş Salahlı kəndi, "Daşlı çökək" ərazisindən şərqdə | ||||
23 | 1250 | Ağdərə kurqanları (2 ədəd) | Tunc dövrü | Qazax rayonu, Daş Salahlı kəndi, "Daşlı çökək" ərazisindən qərbdə, yolun kənarında | ||||
24 | 1251 | Kurqanlar (3 ədəd) | Tunc dövrü | Qazax rayonu, Daş Salahlı kəndi, "Mərdanlı dam yeri" ərazisində | ||||
25 | 1252 | Çoban Qurban oğlu kurqanı | Tunc dövrü | Qazax rayonu, Daş Salahlı kəndi, "Xəzallının ağzı" ərazisində | ||||
26 | 1253 | Kurqanlar | Tunc dövrü | Qazax rayonu, Daş Salahlı kəndi, Dəlləkli qəbiristanlığından cənub tərəfdə | ||||
27 | 1254 | Süni mağaralar (10-a qədər) | İlk orta əsrlər | Qazax rayonu, Daş Salahlı kəndi, Avey məbədindən cənub və qərb tərəfdə | ||||
28 | 1255 | Su hovuzu | İlk orta əsrlər | Qazax rayonu, Daş Salahlı kəndi, Avey məbədindən 150–200 m qərb tərəfdə | ||||
29 | 1256 | Xal-xal şəhərinin yeri | Antik dövr və ilk orta əsrlər | Qazax rayonu, Daş Salahlı kəndi, Avey dağında Şiş qaya ətrafında | ||||
30 | 1257 | Narın qalası | Antik dövr və ilk orta əsrlər | Qazax rayonu, Daş Salahlı kəndi, Avey dağında Şiş qaya və Qızıl qaya arasında | ||||
31 | 1258 | Alban bütpərəst məbədi | Antik dövr | Qazax rayonu, Daş Salahlı kəndi, Avey dağında Şiş qayada | ||||
32 | 1259 | Qaya kəsavarı yalaqlar | Antik dövr | Qazax rayonu, Daş Salahlı kəndi, Avey dağında Qızıl qayada | ||||
33 | 1260 | Daş su anbarı (2 ədəd) | Antik dövr | Qazax rayonu, Daş Salahlı kəndi, Avey dağında Şiş qayanın cənub-şərq və şimal-qərb tərəfində | ||||
34 | 1261 | Su hovuzu | Antik dövr | Qazax rayonu, Daş Salahlı kəndi, Avey dağında Qızıl qayanın başında | ||||
35 | 1262 | Yel dəyirmanı tikilisinin qalıqları | Antik dövr, orta əsrlər | Qazax rayonu, Daş Salahlı kəndi, Avey dağında Qızıl qayanın başında | ||||
36 | 1263 | Qollu qaya qalaçası | Orta əsrlər | Qazax rayonu, Daş Salahlı kəndi, Avey dağında Qollu qayanın üstündə | ||||
37 | 1264 | Rza çal yaşayış yeri və qəbiristanlıq | Son tunc – dəmir dövrü | Qazax rayonu, Daş Salahlı kəndi, Avey dağında | ||||
38 | 1265 | Gavur qəbiristanlığı | Antik dövr – orta əsrlər | Qazax rayonu, Daş Salahlı kəndi, Avey dağında, Xal-xal şəhərinin qərb tərəfində | ||||
39 | 1266 | Damcılı məbədi (Süni mağarası) | Antik dövr | Qazax rayonu, Daş Salahlı kəndi, Avey dağında, Damcılı bulağın üstündə | ||||
40 | 1267 | Koroğlu məbədi | IV–V əsrlər | Qazax rayonu, Daş Salahlı kəndi, Avey dağında, Qara bulaqdan 300–500 m şimalda | ||||
41 | 1268 | Gümbültülütəpə yaşayış yeri | İlk dəmir dövrü, orta əsrlər | Qazax rayonu, Orta Salahlı kəndi, Kür çayının sahilində | ||||
42 | 1269 | Dəmirçilər yaşayış yeri | İlk orta əsrlər | Qazax rayonu, Dəmirçilər kəndi, Kür çayının sol sahilində | ||||
43 | 1270 | Çaxmaqlı düşərgəsi | Paleolit dövrü | Qazax rayonu, Birinci Şıxlı kəndindən cənub-şərqdə | ||||
44 | 1271 | Hunan qalası | İlk orta əsrlər | Qazax rayonu, Birinci Şıxlı kəndi, Kür və Xram çayının qovuşuğunda | ||||
45 | 1272 | Köhnə qəbiristanlıq | Dəmir dövrü | Qazax rayonu, Hüseynbəyli kəndi, qravi karxanası açılmış təpədə | ||||
46 | 1273 | Şomutəpə yaşayış yeri | İlk tunc – dəmir dövrü | Qazax rayonu, Kosalar kəndi | ||||
47 | 1274 | Xırmantəpə yaşayış yeri | Son tunc – dəmir dövrü | Qazax rayonu, Çaylı kəndi, Qazax–Aşağı Əskipara kəndi yolunda | ||||
48 | 1275 | Böyük təpə yaşayış yeri | Tunc – dəmir dövrü | Qazax rayonu, Çaylı kəndi yaxınlığında | ||||
49 | 1276 | Çaxmaqlıtəpə | Tunc – dəmir dövrü | Qazax rayonu, Çaylı kəndi yaxınlığında | ||||
50 | 1277 | Alban məbədinin qalıqları | İlk orta əsrlər | Qazax rayonu, Kəmərli kəndi | ||||
51 | 1278 | Yeraltı yol | XIV əsr | Qazax rayonu, Yuxarı Əskipara kəndi | ||||
52 | 1279 | Yeraltı su kəməri | Qazax rayonu, Yuxarı Əskipara kəndi |
№ | İnventar № | Adı | Aid olduğu dövr | Məlumat | Koordinatlar | Yeri | Şəkil | İstinadlar |
---|---|---|---|---|---|---|---|---|
Memarlıq abidələri | ||||||||
1 | 4499 | Qazax Müəllimlər Seminariyasının binası | XX əsr | Qazax şəhəri, Azadlıq prospekti | ||||
2 | 4500 | Yaşayış evi | XX əsr | Qazax şəhəri, Bakı küçəsi, 70 | ||||
3 | 4501 | Yaşayış evi | XX əsr | Qazax şəhəri, Vaqif küçəsi, 1 | ||||
4 | 4502 | Yaşayış evi | XX əsr | Qazax şəhəri, Şamoy Çobanov küçəsi, 14 | ||||
5 | 4503 | Yaşayış evi | XX əsr | Qazax şəhəri, Şamoy Çobanov küçəsi, 16 | [3] | |||
6 | 4504 | Yaşayış evi | XX əsr | Qazax şəhəri, Sabir küçəsi, 84 | ||||
7 | 4505 | Yaşayış evi | XX əsr | Qazax şəhəri, Sabir küçəsi, 86 | ||||
8 | 4506 | Yaşayış evi | XX əsr | Qazax şəhəri, Sabir küçəsi, 88 | ||||
9 | 4507 | Yaşayış evi | XX əsr | Qazax şəhəri, Sabir küçəsi, 103 | ||||
10 | 4508 | Yaşayış evi | XX əsr | Qazax şəhəri, Səməd Vurğun küçəsi, 54 | ||||
11 | 4509 | İsrafil Ağanın yaşayış evi | XIX əsr | 100 metr yüksəklikdə tikilib. İlk vaxtlar dövrün tanınmış xeyriyyəçilərindən İsrafil ağa Kərbəlayevin evi olmuşdur. Sovet hakimiyyəti qurulduqdan sonra tikilidən tibb məntəqəsi, kitabxana, klub kimi istifadə olunub.
4 tərəfində pəncərələr olan 200 kvadratmetrlik evdir. Ev 3 otaq və 2 eyvandan ibarətdir. Tikintisində yumurta sarısı, gil qatı, kərpic, çay daşları, kirəc və əhəng suyu istifadə olunub. |
41°12′49″ şm. e. 45°27′39″ ş. u.HGYO | Qazax şəhəri, Bayramov küçəsi, 15 | [12][13] | |
12 | 4510 | Hacı Əfəndinin yaşayış evi | XIX əsr | Qazax rayonu, Aslanbəyli kəndi | ||||
13 | 4511 | Damcılı bulağı | XIX əsr | Təbii çatlardan süzülən su damcılarına görə belə adlandırılmışdır. Dəniz səviyyəsindən hündürlüyü 900 metr olan nəhəng qayalardan soyuq və duru su damcı-damcı süzülərək, aşağıdakı ovucda yığılır. Bu sudan yerli kənd camaatı və turistlər istifadə edirlər. | 41°49′50″ şm. e. 45°08′08″ ş. u.HGYO | Qazax rayonu, Daş Salahlı kəndi, Avey dağının aşağısında | [5] | |
14 | 4512 | Türbə | XIX əsr | Qazax şəhəri, qəbiristanlıqda | ||||
15 | 4513 | Cümə məscidi | 1901-ci il
(1899-cu il) |
Tikilmə tarixi və tikdirəni ilə bağlı müxtəlif fərziyyələr mövcuddur. Sovet dövründə cümə məscidi qorunaraq yeməkxana, anbar, əczaxana və kitabxana kimi fəaliyyət göstərib. 1990-cı ildə dövlət tərəfindən təmir-bərpa edilərək yenidən istifadəyə verilib.
Məscidin binası qırmızı kərpicdən tikilib. Qoşa minarənin qülləsi dəmir təbəqə ilə işlənib. Minarələrin hündürlüyü 18 metr, günbəzin diametri 13 metrdir. Binanın 3 girişi və 12 pəncərəsi var. |
Qazax şəhəri, Şəhidlər Xiyabanı küçəsi 15, İsrafil ağa hamamı ilə üzbəüz | [14] | ||
16 | 4514 | İsrafil Ağanın hamamı
(Qoşa günbəzli hamam) |
XIX əsr | Qazax şəhərin mərkəzində, məscidin qarşısında yerləşir. Hamam Qıraq Kəsəmən kəndinin sakini, Qazax mahalında tanınmış sahibkar İsrafil Ağa Kərbəlayev XIX əsrin axırlarında tikdirmişdir, bu səbəbdən hamam onun adını daşıyır. Abidə memar Müzəffər Hüseynovun layihəsi əsasında inşa olunmuşdur.
Qırmızı kərpicdən kirəclə hörülüb. Hamamın ümumi zalı, otaqları, hovuzu və çayxanası var. Ölçüləri 30x20 metrdir. Hamamın plan quruluşu iki hissəyə bölünür: ənənəvi Azərbaycan və Şərq hamamlarına xas olan dəhliz ilə birləşən iki günbəzli hissə və kabinələrdən ibarət hissə. Hamamın küçəyə çıxan hissəsində kiçik dükanlar yerləşir. |
41°05′35″ şm. e. 45°21′36″ ş. u.HGYO | Qazax şəhəri | [15] | |
17 | 4515 | Türbə | XIX əsr | Qazax şəhəri | ||||
18 | 4516 | Aşağı türbə | XIX əsr | Qazax şəhəri | ||||
19 | 4517 | Türbə kompleksi (8 türbə) | XIX əsr | Ağstafa rayonu, Poylu kəndi | ||||
20 | 4518 | Qüllə | XVII əsr | Qazax rayonu, Yuxarı Əskipara kəndi | ||||
21 | 4519 | Qatır körpüsü | XII–XIII əsr | Qazax rayonu, Yuxarı Əskipara kəndi | ||||
22 | 4520 | Qızıl Hacılı körpüsü | Qazax rayonu, Yuxarı Əskipara kəndi | |||||
23 | 4521 | Kazım körpüsü | Qazax rayonu, Yuxarı Əskipara kəndi | |||||
24 | 4522 | Qulucanlı körpüsü | Qazax rayonu, Yuxarı Əskipara kəndi | |||||
25 | 4523 | Hamam qalıqları | Qazax rayonu, Yuxarı Əskipara kəndi | |||||
26 | 4524 | Koroğlu qalası qülləsi | Qazax rayonu, Yuxarı Əskipara kəndi | |||||
27 | 4525 | Türbə | Qazax rayonu, Yuxarı Əskipara kəndi | |||||
28 | 4526 | Türbə | XIX əsr | Qazax rayonu, Xanlıqlar kənd qəbiristanlığında | ||||
29 | 4527 | Türbə | XIX əsr | Qazax rayonu, Birinci Şıxlı kəndi | ||||
30 | 4528 | Türbə | XIX əsr | Qazax rayonu, Birinci Şıxlı kənd qəbiristanlığı | ||||
31 | 4529 | Türbə | 1842-ci il | Qazax rayonu, Birinci Şıxlı kənd qəbiristanlığı | ||||
32 | 4530 | Türbə | XIX əsr | Qazax rayonu, İkinci Şıxlı kəndi | ||||
33 | 4531 | Dini tikili kompleski | XIX əsr | Qazax rayonu, Salahlı kəndi | ||||
34 | 4532 | Dəyirman | Qazax rayonu, Aşağı Əskipara kəndi | |||||
35 | 4533 | Kilsə | Qazax rayonu, Aşağı Əskipara kəndi | |||||
36 | 4534 | Göyəzən qalası | XIV əsr | 41°31′10″ şm. e. 45°06′56″ ş. u.HGYO | Qazax rayonu, Alpout kəndi, Göyəzən dağı ətrafında | [5] | ||
37 | 4535 | Aslanbəyli məscidi
(Hacı Mahmud Əfəndi məscidi) |
1909-cu il | Qazax rayonu, Aslanbəyli kəndi | ||||
38 | 4536 | Hacı Mahmud Əfəndi türbəsi | XIX əsr | Qazax rayonu, Aslanbəyli kəndi | ||||
39 | 4537 | Türbə | 1904-cü il | Qazax rayonu, Aslanbəyli kəndi | ||||
40 | 4538 | Karvansara | XIX əsr | Qazax rayonu, Aslanbəyli kəndi | ||||
41 | 4539 | Qatır körpüsü | Qazax rayonu, Məzəm kəndi | |||||
Bağ-park, monumental və xatirə abidələri | ||||||||
42 | 5649 | Molla Pənah Vaqifin heykəli | Qazax şəhəri, Sabir küçəsi, 11 | |||||
43 | 5650 | Molla Pənah Vaqif və Molla Vəli Vidadinin xatirə muzeyi | Qazax şəhəri, Sabir küçəsi, 60 | |||||
44 | 5651 | Səməd Vurğunun heykəli | Qazax şəhəri, Mərkəzi meydan | |||||
45 | 5652 | Səməd Vurğunun poeziya evi | Qazax rayonu, Yuxarı Salahlı kəndi | |||||
46 | 5653 | Molla Vəli Vidadinin qəbirüstü abidəsi | Qazax rayonu, Birinci Şıxlı kənd qəbiristanlığı | |||||
47 | 5654 | Böyük Vətən müharibəsində həlak olmuş həmvətənlərimizin xatirə abidəsi | Qazax şəhəri, Nərimanov küçəsi, 5 | |||||
Arxeoloji abidələr | ||||||||
48 | 5847 | Yaşayış yeri | Orta əsrlər | Qazax rayonu, Xanlıqlar kəndi | ||||
49 | 5848 | Eşəktəpə yaşayış yeri | Orta əsrlər | Qazax rayonu, Qazaxbəyli kəndi | ||||
50 | 5849 | Bağça qəbiristanlığı | Son orta əsrlər | Qazax rayonu, Daş Salahlı kəndi, Qara su çayının sahilində | ||||
51 | 5850 | Haqverdi Ağa körpüsü
(Çaylı körpüsü) |
XIX əsr | Qazax rayonu, Daş Salahlı kəndi, Qara su çayının üzərində | ||||
52 | 5851 | Qədir körpüsü | XIX əsrin sonu | Qazax rayonu, Daş Salahlı kəndi, Qara su çayının üzərində | ||||
53 | 5852 | Şəhərgah | Orta əsrlər | Qazax rayonu, Yuxarı Əskipara kəndi | ||||
Dekorativ-tətbiqi sənət nümunələri (Xalq daş-heykəltəraş abidələri) | ||||||||
54 | 6155 | Daş qoç fiquru | Qazax rayonu, Daş Salahlı kənd qəbiristanlığı | |||||
55 | 6156 | Daş qoç fiquru | Qazax rayonu, Daş Salahlı kənd qəbiristanlığı | |||||
56 | 6157 | Sənduqə | Qazax rayonu, Daş Salahlı kənd qəbiristanlığı | |||||
57 | 6158 | Sənduqə | Qazax rayonu, Daş Salahlı kənd qəbiristanlığı | |||||
58 | 6159 | Sənduqə | Qazax rayonu, Daş Salahlı kənd qəbiristanlığı |