Sarıtorpaq məhəlləsi — Şamaxı şəhərinin ən böyük tarixi məhəlləsi.
Sarıtorpaq məhəlləsi | |
---|---|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı |
Sarıtorpaq Şamaxının ən böyük tarixi məhəlləsidir. Ümumən, Şamaxı şəhərində ərazi və qədimliyinə görə 26 məhəllə seçilir. Sarıtorpaq məhəlləsinin adı oradakı torpağın qumsal, sarı rəngli olduğu ilə bağlıdır. Hesab olunur ki, bu məhəllədə ziyalılar, ədiblər yaşayıblar.[1]
Hesab olunur ki, Orta əsrlərdə Şamaxı şəhərində təqribən 100 məhəllə olubdur[1]. XVII-ci əsrin Osmanlı səyyahı[2] E. Çələbinin məlumatına görə, Şamaxı 26 məhəlləyə bölünmüşdü[3][4].
XVIII-ci əsrin 70-ci illərində Şamaxıda təqribən 1000 evdə 5-6 min insan yaşayıbdır. 1771-ci ildə Şamaxıda olmuş alman alimi S.Qmelinin məlumatına görə, Sarıtorpaq məhəlləsi Köhnə Şamaxı şəhərinin 9 məhəllələrindən biri idi.[3]
XIX-cu əsrin axırlarında şəhərin 15 məhəllələrin arasında Sarı torpaq adı çəkilir[3].
Həmçinin, şəhərdə 35-dən artıq məhəllənin olduğuna dair də məlumat va, onların da arasında Sarıtorpaq məhəlləsinin adı qeyd olunur. Hər məhəllədə ibadət yeri, karvansara, hamam olmuşdu.[3]
Sarıtorpaq məhəlləsinin məşhur sakinlərindən deyərək[1], Azərbaycan şairi, pedaqoqu[5], maarifçisi[6][7] S.Ə.Şirvanini[1], Azərbaycan şairi[8] və satiriki[9] M.Ə.Sabiri qeyd etmək olar[1]. Bu məhəllədə həmçinin azərbaycan memar, əvvəl Şamaxı şəhərinin Baş memarı, sonradan isə Bakı şəhərinin Baş memarı olmuş Zivər bəy Əhmədbəyov da yaşamışdı[10].
Sarıtorpaq məhəlləsinində doğulanlarından deyərək[11][12], Azərbaycan ədəbiyyatında romantizm cərəyanının əsas nümayəndələrindən biri olan[13] Məhəmməd Hadinin[11], Azərbaycan şairi, dramaturq və tərcüməçi, Azərbaycan ədəbiyyatında romantizmin nümayəndəsi Abbas Səhhətin adlarını çəkmək olar[12]. Həmçinin, Şamaxı şəhərinin Baş planının müəllifi, Bakı şəhərinin mərkəzinin formalaşmasında vacib rol oynamış Azərbaycan memarı[14] Qasım bəy Hacıbababəyov da bu məhəllədə doğulmuşdu[15]. Azərbaycan xanəndəsi və şairi[16] Mirzə Məhəmmədhəsən Fələkizadə də Sarıtorpaq məhəlləsində doğulmuşdu[17]. Həmçinin, Seyid Əzim Şirvaninin də bu məhəllədə doğulması barədə deyilir[18]. Ustad xanəndə – Əliyusif Qənizadə Şirvaninin (1911, Şamaxı, Sarıtorpaq məhəlləsi – 1971, Kürdəmir) də Şamaxının Sarıtorpaq məhəlləsində doğulmasına dair məlumat var[19].
Azərbaycanın ilk Prezidenti Ayaz Mütəllibov[20][21]; Azərbaycan[22], Rusiya[23] və sovet[22] yazıçısı, kinodramaturqu və kinorejissoru[22] Rüstəm İbrahimbəyov[24]; Azərbaycan Respublikasının Xalq artisti[25][26] İlham Namiq Kamal[27] əslən bu məhəllədəndirlər.
Hesab olunur ki, Azərbaycan şairi[28] və mütəfəkkiri[29][30] Seyid İmadəddin Nəsimi əslən bu məhəllədən idi[18]. Azərbaycan xalq yazıçısı Əzizə Cəfərzadənin əsli də Sarıtorpaq məhəlləsi ilə bağlıdır[31].
Şikəstə növlərindən biri olan[32] Sarıtorpaq şikəstəsini[33] Şamaxının şəhərinin Sarı torpaq məhəlləsi ilə əlaqələndirirlər[34]. Sarıtorpaq məhəlləsində doğulmuş[17] Azərbaycan xanəndəsi və şairi[16] Mirzə Məhəmmədhəsən Sarıtorpaq şikəstəsinin müəllifi hesab olunur[35][36].