Telefonçu qız | |
---|---|
Janr |
dram məhəbbət |
Rejissor | Həsən Seyidbəyli |
Ssenari müəllifləri |
Həsən Seyidbəyli İsidor Annenski |
Baş rollarda |
Raisa Nedaşkovskaya — Mehriban Nodar Şaşıqoğlu — Zakir Elvira Brunovskaya — Zərəngiz Gündüz Abbasov — Mehribanın atası Məryəm Seyidbəyli — Mehriban (uşaq) Kima Məmmədova — Firuzə Valentina Xmara — Qalina A.Yegizarova — Cəmilə R.Aydınova — Əminə Ətayə Əliyeva — Simuzər |
Operator | Yuli Fogelman |
Bəstəkar | Tofiq Quliyev |
Rəssam | Elbəy Rzaquliyev |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 18 iyul 1962 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 75 dəqiqə |
Ölkə |
![]() |
Dil | azərbaycanca |
İl | 1962 |
Texniki məlumatlar |
Azərbaycan variantı — 8 hissə 2206 metr rus variantı — 8 hissə 2188 metr 35 mm |
Rəng | ağ-qara |
IMDb | ID0237811 |
Lirik kinopovestdə həyatda öz yerini tapan gənc qız Mehribanın (Raisa Nedaşkovskaya) taleyindən və onun ilk məhəbbətindən danışılır. Mehribanın məhəbbəti çətinliklərlə üzləşir, ona sevinc gətirmir, lakin qızı ruhdan da salmır. Sevdiyi adam bir zamanlar xəyalında yaşatdığı insanın səviyyəsinə qalxa bilmir. Ancaq Mehriban zahirən xəyal dostuna bənzəyən Zakiri (Nodar Şaşıqoğlu) dərindən düşünməyə və insanlara qarşı münasibətinə yenidən nəzər salmağa vadar edir.