. Love.az

Urud Zengezur - Wikipedia - Love.az

Ana Səhifə - Urud Zengezur
Bu adın digər istifadə formaları üçün bax: Urud.

Urud — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qarakilsə (Sisyan) rayonu ərazisində kənd. [2] Urud toponiminin mənasını sözün kökü “UR”da axtarmaq lazımdır.

Urud
39°29′19″ şm. e. 46°08′29″ ş. u.HGYO
Ölkə
  •  Ermənistan
Tarixi və coğrafiyası
Sahəsi
  • 18,24 km²
Mərkəzin hündürlüyü 1.420 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 263 nəf. (2011)[1]
Rəsmi dili
  • erməni dili
Xəritəni göstər/gizlə
Urud xəritədə
Urud
Urud
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 Mədəniyyəti
  • 3 Coğrafiyası və iqlimi
  • 4 Əhalisi
  • 5 İqtisadiyyatı
  • 6 Əhalisi
    • 6.1 Görkəmli şəxsiyyətləri
  • 7 İstinadlar

Tarixi

redaktə

Urud kəndi 500 ilə yaxın bir müddətdə bölgədə nahiyə mərkəzi olmuşdur. 1593-cü ildə tərtib edilmiş, “Urud və İskəndər qalası livalarının müfəssəl dəftəri”ndə Urud livasının Urud,Gığı, Muğüancıq və Zəngəzur nahiyələrindən ibarət olduğu və bu nahiyələrdə 104 kənd və 5 məzrə qeydə alındığı göstərilir. Urud kəndi Zəngəzurda ən qədim yaşayış məskənlərindən biri olmuşdur. Urud qalasının adının IX-X əsr ərəb mənbələrində “Rud-ər-Rud” şəklində çəkilməsi, buradakı Babək qalasının(VII əsr) mövcudluğu, orta əsrlərə məxsus Alban qəbiristanlığı, Baydar kahası və s. tarixi abidələr bu kəndin qədimiliyindən xəbər verən tarixi faktlardır. XV-XVIII əsrə aid Matenadaran sənədlərində Urud kəndinin qəza, nahiyə mərkəzi kimi adının çəkilməsi, XVI-XVII əsrlərə aid Osmanlı arxivlərindəki sənədlərdə Urud kəndinin liva, nahiyə mərkəzi kimi qeyd olunması bu kəndin hələ orta əsrlərdən bölgədə inzibati mərkəz kimi tanınmasını göstərir. Urud qalası — Qarakilsə rayonunun Urud kəndində VI-VII əsrlərdə tikilmiş müdafiə qalası. Bazarçayın sağ sahilində sərt sıldırım qayalığın üzərində yerləşirdi.Urud qəbirüstü abidələri — Qarakilisə rayonunun Urud kəndində orta əsrlərə (XIV-XVI əsrlər) məxsus qəbiristandakı sənduqə, at və qoç heykəlli daş abidələr. Urud qəbiristanlığı Urud kəndinin qənşərində, Urud qalasının qarşısında, Bədir qayasının yanında, Bazarçayın sol sahilində yerləşir.Urud qəbiristanlığı tarixi-etnoqrafik əhəmiyyəti baxımından təkcə bir kəndin deyil, bütöv mahalın keçmişi haqqında ən geniş məlumatı və tutarlı dəlilləri qoruyub- saxlamış bir məbədgah idi.[3]

Mədəniyyəti

redaktə
Əsas məqalə: Urud abidələr kompleksi
Əsas məqalə: Urud qəbiristanlığı

Coğrafiyası və iqlimi

redaktə

Qafqazda ən qədim yaşayış məntəqələrindən biri hesab edilən Urud kəndi Qarakilisə rayon mərkəzindən 15 km. şərqdə, Bazar çayın sol sahilində Vağudi kəndi ilə Şam qəsəbəsinin arasında, dəniz səviyyəsindən 1450 m. yüksəklikdə yerləşir.[4]

Əhalisi

redaktə

Kənddə 1886-cı ildə 270, 1905-ci ildə 435, 1914-cü ildə 408 nəfər azərbaycanlı yaşamışdır.[5] 1918-ci ildə kəndin sakinləri qırğınlarla deportasiya olunmuşdur.[6] İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan urudlular öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 173 nəfər, 1926-cı ildə 263 nəfər, 1931-ci ildə 340 nəfər,[5] 1987-ci ildə 1000 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi torpaqlardan deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır. Toponim türk dilində "dağ, təpə" mənasında işlənən ur sözünə[7] türk dillərində yer məzmunu əmələ gətirən — ud şəkilçisinin birləşməsindən əmələ gəlib "dağlı, təpəli, yerdə salınan kənd" mənasını verir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3. VII.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vorotan qoyulmuşdur.[8]

1988-ci ildə ermənilər tərəfindən törədilən soyqırım siyasəti nəticəsində azərbaycanlılar qovulmuşlar.[9]

İqtisadiyyatı

redaktə

Əkinçilik və heyvandalıq

Əhalisi

redaktə

Görkəmli şəxsiyyətləri

redaktə
  • Əbdülmənaf Hacıyev (d.1896 — ö.1984) — Naxçıvan MSSR–nin ilk Ədliyyə Naziri, Əməkdar müəllim.
  • Sabir Hacıyev (professor) — Azərbaycan Milli Elmlər akademiyasinin müxbir üzvü.
  • Aqil Quliyev (milli qəhrəman) (d.1963 – ö.1992) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
  • Fəxrəddin Nəcəfov (milli qəhrəman)(10 yanvar 1968, Bakı – 4 sentyabr 1992, Çıldıran, Ağdərə rayonu)-Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.
  • Azay Quliyev — ATƏT–in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü.
  • Məmməd Sadıq Aran (1895–1971) — Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü, yazıçı.
  • Flora Xəlilzadə — tanınmış azərbaycan jurnalisti, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
  • Musa Urud — Milli Məclisin deputatı, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Tibb üzrə fəlsəfə doktoru, şair-publisist.
  • Elşad Qurbanov — akademik, əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin biologiya fakültəsinin, botanika kafedrasının müdiri, biologiya elmləri doktoru.
  • Vladimir Tahirov — Azərbaycan Milli Elmlər akademiyasinin müxbir üzvü.
  • Yaqub Yolçiyev — Azərbaycan Milli Elmlər akademiyasinin müxbir üzvü.
  • Bəkir Tahirov — Fizika–riyaziyyat elmləri doktoru, professor.

İstinadlar

redaktə
  1. ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. ↑ Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.76
  3. ↑ Musa Urud. Zəngəzur toponimləri (az.). Nurlar NPM. 2013. ISBN 978-9952-460-56-8.
  4. ↑ Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданія Кавказскаго Военно–Топографическаго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.252
  5. ↑ 1 2 Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.76–77, 146–147
  6. ↑ История Азербайджана по документам и публикациям, Баку, "Элм", 1990. s.205
  7. ↑ Мурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.415
  8. ↑ "Arxivlənmiş surət". 2011-05-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-06-23.
  9. ↑ http://www.west-land.az/index.php?mod=static&page=kendu[ölü keçid]
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Urud_(Zəngəzur)&oldid=8153073"
LOVE.AZ