"Ən vacib müsahibə" — rejissor Eldar Quliyevin filmi.[1]
Ən vacib müsahibə | |
---|---|
Janr | dram |
Rejissor | Eldar Quliyev |
Ssenari müəllifi | Maqsud İbrahimbəyov |
Baş rollarda |
Hacımurad Yegizarov — Zaur Ariadna Şengelaya — Səidə Səyavuş Şəfiyev — Altay Müxlis Cənizadə — Ənvər müəllim Tofiq Mirzəyev — əcnəbi müğənni Rza Təhmasib — Cəbrayıl |
Operator | Rasim Ocaqov |
Bəstəkar | Polad Bülbüloğlu |
Rəssamlar |
Kamil Nəcəfzadə Fikrət Əhədov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 5 fevral 1971 |
Filmin digər adları |
Əsas müsahibə Baş müsahibə Vacib müsahibə |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 85,5 dəq. |
Ölkə |
![]() |
Dil | azərbaycanca |
İl | 1971 |
Texniki məlumatlar |
9 hissə 2471 metr 35 mm |
Rəng | ağ-qara |
IMDb | ID8225784 |
Kinopovest analitik səpgidə jurnalist mənəviyyatından söhbət açır. Bu mənada ki, jurnalistin vicdanı, mənəviyyatı təmiz olmalıdır. O belə bir suala cavab tapmalıdır: "Həyatın mənası nədədir və mən insanlar üçün nə edə bilmişəm?"
Filmin qəhrəmanı Zaur (Hacımurad Yegizarov) radio jurnalistidir. O, süjet boyu bu sualın cavabını axtarır, lakin cavabı tapmaqda çətinlik çəkir, həyatın mürəkkəb təzadları onu çaşdırır.