Bizim küçə tammetrajlı bədii filmi rejissor Əlisəttar Atakişiyev[1] tərəfindən 1961-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Lirik-psixoloji dramda müharibədə itkin düşmüş bir qızın-Saranın acı taleyindən bəhs olunur. Əsas rolları Rimma Məmmədova, Ətayə Əliyeva, Ağadadaş Qurbanov, Gündüz Abbasov və Giuli Çoxonelidze ifa edirlər.
Bizim küçə | |
---|---|
Janr |
dram macəra |
Rejissor | Əlisəttar Atakişiyev |
Ssenari müəllifi | İmran Qasımov |
Baş rollarda |
Rima Məmmədova Ətayə Əliyeva Ağadadaş Qurbanov Gündüz Abbasov Giuli Çoxonelidze |
Operator | Rasim Ocaqov |
Bəstəkar | Xəyyam Mirzəzadə |
Rəssam | Kamil Nəcəfzadə |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 11 yanvar 1962 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 84 dəq. |
Ölkə |
![]() |
Dil | azərbaycanca |
İl | 1961 |
Texniki məlumatlar |
9 hissə 2522 metr |
Rəng | ağ-qara |
IMDb | ID2081193 |
Lirik-psixoloji dramda müharibədə itkin düşmüş bir qızın-Saranın (Rimma Məmmədova) acı taleyindən, qürbətdə başına gələn macəralardan, uzun axtarışlardan sonra xoş bir təsadüf nəticəsində anasına (Ətayə Əliyeva) qovuşmasından bəhs olunur.[2]