. Love.az

I Huseyn Iordaniya Krali - Wikipedia - Love.az

Ana Səhifə - I Huseyn Iordaniya Krali

I Hüseyn və ya Hüseyn ibn Təlal (ərəb. الحسين بن طلال‎; 14 noyabr 1935[1][2][…], Amman[1] – 7 fevral 1999[2][3][…], Amman) — III İordaniya kralı.[4]

I Hüseyn
ərəb. جلالة الملك الحسين بن طلال‎
III İordaniya kralı
11 avqust 1952 – 7 fevral 1999
ƏvvəlkiI Təlal
SonrakıII Abdullah
Şəxsi məlumatlar
Doğum adı الحسين بن طلال بن عبد الله بن الحسين بن علي العوني العبدلي القتادي الحسني العلوي الهاشمي القُرشي
Doğum tarixi 14 noyabr 1935(1935-11-14)[1][2][…]
Doğum yeri
  • Amman[1]
Vəfat tarixi 7 fevral 1999(1999-02-07)[2][3][…] (63 yaşında)
Vəfat yeri
  • Amman, İordaniya
Vəfat səbəbi qeyri-Hodgkin lenfoma[d]
Təhsili
  • Harrou Məktəbi[d]
Fəaliyyəti monarx
Atası I Təlal (İordaniya kralı)
Anası Zeynəl-şərəf bint Cəmil
Həyat yoldaşları
  • Dinə bint Əbdülhəmid (İordaniya kraliçası) (1955–1957),
  • Muna əl-Hüseyn (İordaniya kraliçası) (1961–1972),
  • Aliyə Tukan (İordaniya kraliçası) (1972–1977),
  • Nur əl-Hüseyn (İordaniya kraliçası) (1978–1999)
Uşaqları
  • Aliyə bint Hüseyn,
  • II Abdullah,
  • Feysəl ibn Hüseyn (I Hüseynin oğlu),
  • Ayşə bint Hüseyn,
  • Zeyn bint Hüseyn,
  • Haya bint əl-Hüseyn,
  • Əli bin əl-Hüseyn,
  • Həmzə ibn Hüseyn,
  • Haşim ibn Hüseyn,
  • İman bint Hüseyn,
  • Rayihə bint Hüseyn
Ailəsi Haşimilər
Dini Əhlis-Sünnə
Hərbi xidmət
Qoşun növü Kral Hərbi Hava Qüvvələri
Döyüşlər
  • Altıgünlük müharibə

Təltifləri Knight Grand Cross of the Royal Victorian Order (Birləşmiş Krallıq) — 1953 Grand Star of the Decoration for Services to the Republic of Austria (Avstriya) — 1976 Bailiff Grand Cross of the Order of Saint John (Birləşmiş Krallıq) Order of Solomon (Efiopiya imperiyası) — 1960 Knight Grand Cross in the Order of the Netherlands Lion (Niderland) — 1964 Knight of the Order of the Golden Fleece — 1985 "Qızıl mahmız" ordeni (Vatikan) — 1964 "Fəxri legion" ordeninin Böyük xaçı (Fransa) — 1967 Collar of the Supreme Order of the Chrysanthemum (Yaponiya) — 1976 Grand Cross Special Class of the Order of Merit of the Federal Republic of Germany (Almaniya) — 1967 Knight Grand Cross with Collar of the Order of Saint Olav‎ (Norveç) — 1964 Grand Cross of the Military Merit - White Badge (İspaniya) — 1955 Katolik İzabella ordeni sepi (İspaniya) — 1977 Grand Cordon of the Order of Leopold (Belçika) — 1964 Grand Cross with Collar of the Order of the White Rose of Finland (Finlandiya) — 1987 Dannebroq ordeni (Danimarka) "İtaliya qarşısında xidmətlərə görə" ordeninin lentli böyük cəngavərlik xaçı — 1983 "Xilaskar" ordeni (Yunanıstan) — 1960 Grand Cross of the Military Order of the Tower and Sword (Portuqaliya) — 1964 "Nil" ordeni (Misir) — 1955 Pəhləvi ordeni (Pəhləvilər İranı) — 1959 Order of the Royal House of Chakri (Rattanakosin Kingdom) Grand Order of the Hashimites (İraq krallığı) — 1953 Order of the Two Rivers (İraq) — 1953 "Yuqoslaviya ulduzu" ordeni — 1979 "Böyük Mübarək" ordeni (Küveyt) — 1974 Xidmətlərə görə ordeni (Livan) — 1960 Order of the Crown of the Realm (Malayziya) — 1965 Order of Independence (Qətər) — 1978 "Kral Əbdüləziz" ordeni (Səudiyyə Ərəbistanı) — 1960 Order of Umayyad (Suriya) — 1955 Order of Propitious Clouds (Tayvan) — 1959 Knight of the Order of the Elephant (Danimarka) — 1998 Ronald Reyqan adına azadlıq mükafatı (Amerika Birləşmiş Ştatları) National Order of Merit (Qvineya) — 1960 Filadelfiya azadlıq mükafatı (Amerika Birləşmiş Ştatları) Grand Cross of the Order of the Bath (Birləşmiş Krallıq) — 1984 Order of Sikatuna (Filippin) — 1976 Royal Victorian Chain (Birləşmiş Krallıq) — 1966
Princess of Asturias Award for Concord (İspaniya) — 1995
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1935-ci ildə Ammanda dünyaya gəldi. Atası İordaniya kralı I Təlal, anası isə onun türk əsilli[5] xanımı Zeynəl-şərəf bint Cəmildir.[6][7] İbtidai təhsilini Ammanda tamamladıqdan sonra öncə İsgəndəriyyədəki Viktoriya kollecinə, ardından İngiltərədəki Harrou məktəbinə göndərildi. 1951-ci ildə babasının ölümü və atasının qısa səltənətinin ardından hələ 17 yaşında ikən taxta çıxarıldı.[8]

İlk demokratik hökumət kabinetinin qurulmasını təmin etsə də, bir neçə ay sonra onu istehfaya zorladı. Bütün siyasi partiyaları qadağan etdi və diktatorluq elan etdi. İordan çayının qərb sahili uğrunda İsrailə 3 dəfə müharibə elan etdi və 1994-cü ildə sülh bağlandı. Qiymət artımı səbəbilə ölkənin cənubunda çıxan üsyanları yatırmaq məqsədilə 1989-cu ildə ölkəni seçimə göndərdi.

1999-cu ildə xərçəng xəstəliyi səbəbilə vəfat etdi.

Ailəsi

redaktə

İlk evliliyi 19 aprel 1955-ci ildə uzaq qohumu Şərifə Dinə bint Əbdülhəmidlə baş tutdu.[9] Cütlüyün bu nigahdan bir qızı dünyaya gəldi. 1957-ci ildə cütlük boşandı.

  • Aliyə bint Hüseyn

İkinci evliliyi 25 may 1961-ci ildə ingilis əsilli Toni Avril Qardinerlə baş tutdu. Nigahdan sonra adı Muna əl-Hüseyn olaraq dəyişdirildi. Cütlüyün bu nigahdan 4 övladı doğulsa da, 21 dekabr 1972-ci ildə boşandılar.

  • II Abdullah[10]
  • Feysəl ibn Hüseyn
  • Ayşə bint Hüseyn
  • Zeyn bint Hüseyn

Üçüncü evliliyi 24 dekabr 1972-ci ildə Aliyə Bahəddin Tukanla baş tutdu. Cütlüyün 3 övladı doğuldu. 1977-ci ildə baş verən helikopter qəzasında həlak oldu.

  • Həya bint Hüseyn (1974-)[11][12]
  • Əli ibn Hüseyn (1975-)
  • Abir Muhaysen (1972-), 1976-cı ildə övladlıq götürülmüş qız uşağı.

Dördüncü evliliyi 15 iyun 1978-ci ildə Liza Najip Hələbi ilə baş tutdu. Nigahdan sonra adı Nur əl-Hüseyn olaraq dəyişdirildi. Cütlüyün bu nigahdan 4 övladı doğuldu.

  • Həmzə ibn Hüseyn (1980-)
  • Haşim ibn Hüseyn (1981-)
  • İman bint Hüseyn (1983-)
  • Rayihə bint Hüseyn (1986-)

Yəhudi əsilli Amerikalı aktrisa Suzanna Kabotla eşq yaşadığı və hətta 1964-cü ildə Timoti adlı bir oğlu dünyaya gəldiyi iddia edilir. Suzanna və oğlu uzun illər boyunca İordaniya dövlət xəzinəsindən ödənilən yüklü məbləğlə həyatlarını davam etdirdilər. 1986-cı ildə Suzanna Kabot öz oğlu tərəfindən qətlə yetirildi. Oğlu olduğu iddia edilən Timoti Skot Ramon isə 2003-cü ildə vəfat etdi.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Хусейн ибн Талал // Большая советская энциклопедия (rus.): [в 30 т.]. 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. ↑ 1 2 3 4 Hussein // Encyclopædia Britannica (ing.).
  3. ↑ 1 2 Husain (Husain II. Ibn Talal) // Brockhauz Ensiklopediyası (alm.).
  4. ↑ "King Hussein bin Talal". www.jewishvirtuallibrary.org. 2021-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-28.
  5. ↑ "Jordan remembers Queen Zein". Jordan Times (ingilis). 2015-04-25. 2024-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-28.
  6. ↑ "The Royal Palaces" Arxiv surəti 10 oktyabr 2018 tarixindən Wayback Machine saytında. www.kinghussein.gov.jo
  7. ↑ Miller, Judith (8 February 1999). "Death of a King; Cautious King Took Risks in Straddling Two Worlds" Arxiv surəti 28 aprel 2019 tarixindən Wayback Machine saytında. The New York Times
  8. ↑ Shlaim, Avi. Lion of Jordan: The Life of King Hussein in War and Peace (ingilis). Knopf Doubleday Publishing Group. 2009-10-06. ISBN 978-1-4000-7828-8.
  9. ↑ "Milestones, may 2, 1955" Arxiv surəti 5 dekabr 2024 tarixindən Wayback Machine saytında. Time. 2 May 1955. ISSN 0040-781X
  10. ↑ "Abdullah II | Biography, Education, Family, History, & Facts | Britannica". www.britannica.com (ingilis). 2024-12-15. 2024-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-28.
  11. ↑ "International sports community pays tribute to FEI honorary president HRH Princess Haya" Arxiv surəti 2 yanvar 2016 tarixindən Wayback Machine saytında. FEI
  12. ↑ "HRH Princess Haya Biog | The Official Website of HRH Princess Haya Bint Al Hussein". web.archive.org. 2015-01-09. 2015-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-28.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=I_Hüseyn_(İordaniya_kralı)&oldid=7986989"
LOVE.AZ