I Təlal və ya Təlal ibn Abdullah (ərəb. طلال بن عبد الله; 26 fevral 1909[1], Məkkə, Hicaz vilayəti[2] – 7 iyul 1972, İstanbul[2]) — II İordaniya kralı.[3]
I Təlal | |
---|---|
ərəb. طلال بن عبد الله | |
![]() | |
20 iyul 1951 – 11 avqust 1952 | |
Əvvəlki | I Abdulla |
Sonrakı | I Hüseyn |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 fevral 1909(1909-02-26)[1] |
Doğum yeri | |
Vəfat tarixi | 7 iyul 1972(1972-07-07) (63 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | cərrahiyyə əməliyyatından şikayət[d] |
Fəaliyyəti | hökümdar[d] |
Atası | I Abdulla |
Anası | Müsbəh bint Nasir (İordaniya kraliçası) |
Həyat yoldaşı | |
Uşaqları | |
Ailəsi | Haşimilər |
Dini | İslam |
Rütbəsi | Feldmarşal |
Təltifləri |
![]() ![]() ![]() ![]() ![]() ![]() |
![]() |
1909-cu ildə Məkkədə dünyaya gəldi. Atası İordaniya kralı I Abdullah, anası isə onun ilk xanımı Müsbəh bint Nasirdir. Ammanda xüsusi təhsil aldıqdan sonra hərbi dərslər aldı və 1927-ci ildə leytenant rütbəsi aldı. Babası Hicaz kralı Şərif Hüseynin Kipr sürgünü illərində yanında yer aldı.[4]
1946-cı ildə atasının müstəqil İordaniya kralı təyin edilməsinin ardından, taxtın varisi elan olundu. 1948-ci ildə general rütbəsinə yüksəldi. Atasının 1951-ci ildə Qüdsdə sui-qəsd nəticəsində öldürülməsinin ardından taxta çıxarıldı. Müasir konstitusiyanı qəbul edərək ölkəni parlamentli monarxiyaya çevirdi. Cəmi 1 illik səltənətinin ardından, qoyulan şizofreniya diaqnozu səbəbilə taxtdan endirildi.[5] Qalan ömrünü İstanbuldakı bir sanatoriyada keçirdi.
1934-cü ildə dayısı qızı Zeynəl-şərəf bint Cəmillə evləndi. Cütlüyün bu nigahdan 4 övladı dünyaya gəldi.