. Love.az

Kod Adi V X A - Wikipedia - Love.az

Ana Səhifə - Kod Adi V X A

Kod adı: "V. X. A." və ya Kod adı "Vətən xainlərinin arvadları" ― 2022-ci il dekabrın 17-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrın premyerası keçirilmiş tamaşa.

Kod adı: "V.X.A."
ALJIR
Ölkə Azərbaycan Azərbaycan
Yazıçı Mehriban Ələkbərzadə
Rejissor Mehriban Ələkbərzadə
Bəstəkar Azər Hacıəsgərli
Ssenari müəllifi
  • Mehriban Ələkbərzadə
Nümayiş tarixi 17 dekabr 2022
Nümayiş yeri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı
Orijinal dili Azərbaycan dili
Mövzu Stalin repressiyaları, Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsi
Mövzudakı hadisənin tarixi 1937- 1953 cü illər
Mövzudakı hadisənin yeri Bakı, Akmola

Tamaşa Stalin repressiyaları dövründə repressiyaya məruz qalmış siyasi məhbusların həyat yoldaşlarının başına gələn hadisələr haqqındadır.

Mündəricat

  • 1 Haqqında
  • 2 Tamaşanın heyəti
  • 3 Həmçinin bax
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Haqqında

redaktə

Tarixi faktlara əsasən yazılmış əsərin müəllifi Mehriban Ələkbərzadədir.[1] Əsərdə XX əsrin 30-cu illərində Azərbaycanda baş verən Stalin repressiyalarıdan əziyyət çəkən qadınların sürgündəki həyatları təsvir edilib.[2] Tamaşa Əhməd Cavadın 130 illiyinə, repressiya qurbanı olmuş böyük fikir adamlarına və onların ailə üzvlərinə, xanımlarına ithaf olunub.[3][4]

Tamaşanın premyerası 2022-ci il dekabrın 17-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçirilib.[5]

Tamaşada şairə sürgün edilmiş 37 azərbaycanlı qadının[6] həyatı o cümlədən də şairə Ümmügülsümün, şairə və Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər Axundzadənin, Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Cavadın, aktrisa Panfiliya Tanailidinin, pianoçu Xədicə Qayıbovanın, Quba Qızlar Seminariyasının direktoru Sənubər Eyyubovanın, jurnalist Mədinə Qiyasbəylinin, ictimai-siyasi xadimlər Ceyran Bayramovanın, Ayna Sultanovanın həbsxanada və ya sürgündə başlarına gələn hadisələr real faktlar əsasında səhnələşdirilib.[7][8]

Tamaşanın heyəti

redaktə

Yaradıcı heyət[9]

  • Quruluşçu rejissor - Mehriban Ələkbərzadə
  • Quruluşçu rəssam — Mustafa Mustafayev
  • Bəstəkar — Azər Hacıəsgərli
  • İşıq üzrə rəssam — Vadim Kuskov
  • 2-ci Rejissorları — Nihad Qulamzadə, Gülnar Hacıyeva[10]
  • Rejissor assistentləri — Günay Qasımova, Sevda Hacışəmiyeva[11]

Rollarda[9]

  • Kəmalə Müzəffər — 30024 — Şükriyyə Bejanidze
  • Leyli Vəliyeva — 2385 — Ceyran Bayramova
  • Qəmər Məmmədova — 30037 — Umgülsüm Sadıqzadə
  • Şəfəq Əliyeva — 28965 — Xavər Qarayeva
  • Günel Məmmədova — 2496 — Ayna Sultanova
  • Gülər Nəbiyeva — 30418 — İzzət Vəzirova
  • Aygün Fətullayeva — 10506 — Dilbər Axundzadə
  • Səbinə Məmmədzadə — 30419 — Şövkət Məmmədxanova
  • Asya Atakişiyeva — Aydan Hesenzade. 30415 — Tamara Hüseynova
  • İlqarə Tosova — 1775 — Zivər Əfəndiyeva
  • Zülfiyyə Alhüseynova — 30510 — Panfiliya Tanalidi
  • Mehriban Abdullayeva — 2239 — Firəngiz Rzayeva
  • Sevinc Əziz — 29954 — Xədicə İsmayılova
  • Zemfira Əbdülsəmədova — 22482 — Güllü Camalbəyova
  • Könül Əbilova — 30789 — Anna Kisilyova
  • Nübar Novruzova — 30585 — Sitarə Qarayeva
  • Fəridə Qurbanova — 30212 — Xədicə Qayıbova
  • Naibə Allahverdiyeva — 23346 — Kriminal avtoritet
  • Könül Şahbazova — 30418 — Mariya Paşina
  • Yasəmən Məmmədova — 82185 — Yelizaveta Qorbunova
  • Nəsibə Eldarova — 30221 — Kövsər Seyidbəyli
  • Xalidə Əliməmmədova — 82231 — Xədicə Kəngərlinskaya
  • Nuriyyə Əliyeva — 2385 — Gülarə Qədirbəyova
  • Şəbnəm Hüseynova — 2334 — Suğra İsazadə
  • Simuzər Ağakişiyeva — 1314 — Sənubər Eyyubova
  • Mehriban Hüseynova — 29997 — Natalya Talıblı
  • İradə Rəşidova — 30001 — Məryəm Mirqədirova
  • Güşvər Şərifova — 29998 — Ruhiyyə Qurbanova
  • Gülbəniz Lətifova — 29981 — Firuzə Eminbəyli
  • Hüsniyyə Əhmədova — 2230 — Mədinə Qiyasbəyli
  • Xəyalə Qasımova — 30610 — Mələk Qədirli
  • Zümrüd Quliyeva — 1746 — Alyona Şaxova
  • Aybəniz Heydərova — 29988 — Nəimə Məmmədova
  • İlahə Əmirxanova — 30073 — Anastasiya Qasımova
  • Nuranə Hüseynova — 30527 — Fəridə Salamzadə
  • Venera Abbasova — 10222 — Səfurə Səlimova

Mühim işler üzre müstentiq - Şövqi Hüseynov

Müstentiq- İlham Esedov

Müstentiq- Vüqar Memmedeliyev

Müstentiq- Elnur Kerimov

  • Kərəm Hadızadə — Qəzənfər Musabəyov
  • Araz Pirimov — Həmid Sultanov
  • Bakuyev-Nofəl Vəliyev
  • Vahid Əliyev — Qoca qazax
  • Hilal Dəmirov — Məmməd
  • Bəhram Əliheydər — Orxan
  • Anar Səfiyev — Şaban
  • Nurlan Süleymanlı — Əziz

Həmçinin bax

redaktə
  • Siyasi Repressiya Qurbanları Muzeyi
  • Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsi
  • ALJİR (roman)

İstinadlar

redaktə
  1. ↑ ""Kod adı: V.X.A" tamaşası növbəti dəfə səhnədə" (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 2023-02-27. 2023-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-06.
  2. ↑ Резникова, Валентина. "Тридцать седьмая". regionplus.az. 2023-04-15. 2023-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-16.
  3. ↑ "Kod adı – V.X.A – (Xalq düşmənlərinin arvadları...)" (az.). 525-ci qəzet. 2022-06-17. 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-06.
  4. ↑ ""Kod adı: V.X.A" faciəsi səhnədə". Xalqqazeti.az (az.). İstifadə tarixi: 2023-10-16.
  5. ↑ ""Kod adı "V.X.A" – Gənc Tamaşaçılar Teatrında premyera" (az.). medeniyyet.az. 2022-12-18. 2022-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-27.
  6. ↑ "Kod adı: "V.X.A." – Repressiya qadınları". Kulis.az (az.). 2023-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-16.
  7. ↑ "KOD ADI – VXA". teatro.az (az.). 2023-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-16.
  8. ↑ "Kod adı V.X.A. Vətən Xainlərinin Arvadları – 37 ilin 37 qadını – İlqar FƏHMİ". Edebiyyatqazeti.az. 2023-10-01. 2023-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-16.
  9. ↑ 1 2 "Kod adı – V.X.A." (az.). Gənc Tamaşaçılar Teatrı. 2023-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-16.
  10. ↑ "Премьера в Баку! Код V.X.A - что происходило в лагере жен врагов народа (ФОТО)". Trend.Az (rus). 2022-12-17. 2022-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-16.
  11. ↑ ""Kod adı V.X.A" təqdim olundu" (az.). 525-ci qəzet. 2022-12-21. 2022-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-06.

Xarici keçidlər

redaktə
  • Kod adı "V. X. A" — treyler
  • Kod adı "V. X. A" tamaşaya hazırlıq
  • Kod adı VXA Tamaşasının musiqiləri / Azər Hacıələsgərli
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kod_adı:_%22V.X.A.”&oldid=7682417"
LOVE.AZ