Nar bağı — Rejissor İlqar Nəcəfin filmi.
Nar bağı | |
---|---|
![]() | |
Janr | dram |
Rejissor | İlqar Nəcəf |
Ssenari müəllifləri |
İlqar Nəcəf Asif Rüstəmov Roelof Jan Minneboo |
Baş rollarda |
Qurban İsmayılov İlahə Həsənova Səmimi Fərhad Həsən Ağayev |
Operator | Ayhan Salar |
Bəstəkar | Firudin Allahverdi |
Rəssam | Rafiq Nəsirov |
İstehsalçılar |
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi "Azərbaycanfilm" kinostudiyası "Buta Film" |
İlk baxış tarixi |
30 iyul 2017, Çexiya, Karlovı Varı Beynəlxalq Film Festivalı 2 avqust 2017, Bakı, Nizami Kino Mərkəzi |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 1 saat 29 dəq. |
Ölkə |
![]() |
Dil | azərbaycanca |
İl | 2017 |
Rəng | rəngli |
IMDb | ID7095054 |
Film Anton Çexovun məşhur "Albalı bağı" pyesinin motivləri əsasında çəkilib. Hadisə əyalətlərdən birində baş verir. Şamilin (Qurban İsmayılov) iri nar bağı var, onu kəndin imkanlı adamlarından biri (Kazım Abdullayev) almaq istəsə də o satmır. Onun oğullarından biri ölüb, digəri Qabil (Səmimi Fərhad) isə evlənib, sonra heç kəsə nəsə demədən ailəsini də atasının yanında qoyaraq Rusiyaya gedib. Baba gəlini Sara (İlahə Həsənova) və 11-12 yaşlı nəvəsi Cəlalla (Həsən Ağayev) yaşayır. Günlərin birində gözlənilmədən oğul qayıdır. O, atasına ailəsini Rusiyaya aparacağını deyir, nar bağını satdırır və pulu da götürərək ailəsindən gizlin tək Rusiyaya qayıdır. Çünki onun başqa ailəsi var və borcu olduğundan qızı girov götürülüb. Bu pul ona qızının xilası üçün lazımdır...[1]
Əvvəlki: Nabat |
Azərbaycandan Xarici dildə ən yaxşı filmə görə Oskar mükafatına göndərilmiş film 2018 |
Sonrakı: Daxildəki ada |