"Qəzəlxan" — Əliağa Vahidin həyatı və yaradıcılığından bəhs edən Azərbaycan filmi. Şahmar Ələkbərovun quruluşçu rejissor kimi kinoda son işi hesab olunur.
Qəzəlxan | |
---|---|
Janr |
dram bioqrafik |
Rejissor | Şahmar Ələkbərov |
Ssenari müəllifi | Şahmar Ələkbərov |
Baş rollarda |
Loğman Kərimov — Əliağa Vahid Mirzə Ağayev — Ağahüseyn Həmidə Ömərova — Xanım Nübar Novruzova — Leyli Kamal Xudaverdiyev — Qafarzadə Yaşar Nuri — müdir |
Operator | Rafiq Əliyev |
Bəstəkarlar |
Ramiz Mirişli Nazim Mirişli |
Rəssamlar |
Rafiq Nəsirov Elbəy Rzaquliyev |
İstehsalçı | "AMAfilm" kinoşirkəti |
İlk baxış tarixi | 1991 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət |
148 dəq. 1-ci seriya: 83 dəq. 2-ci seriya: 65 dəq. |
Ölkə |
![]() |
Dil | azərbaycanca |
İl | 1991 |
Texniki məlumatlar |
2 seriya 14 hissə 35 mm |
Rəng | rəngli (ağ-qara kadrlarla) |
IMDb | ID2741420 |
Film dahi Azərbaycan şairi Məhəmməd Füzulinin yadigarı-qəzəlxan, lirik şair Əliağa Vahidə həsr olunmuşdur.
Burada vahid bir süjet xətti yoxdur. Buna baxmayaraq şairin həyatı xronoloji ardıcıllıqla izlənilir. Müəlliflər Vahidi əhatə edən adamların da adlarını dəqiq göstərmirlər. Onlar ustad şairin çətin keçən həyat yolunun ayrı-ayrı məqamlarını lentə almaqla onun ümumiləşdirilmiş bədii obrazını yaratmağa çalışmışlar.
Filmdə çoxlu lirik mahnılar, muğamlar və təsniflər oxunur.
Film aktyor Əhməd Əhmədovun kinoda son işidir.
Filmdə Əliağa Vahidin sağlığında lentə alınmış səsi də yer almışdır.
Film iki seriyadan ibarətdir.