Qayınana — Rejissor Hüseyn Seyidzadənin filmi.[1]
Qayınana | |
---|---|
![]() | |
Janr |
komediya musiqili |
Rejissor | Hüseyn Seyidzadə |
Əsərin müəllifi | Məcid Şamxalov |
Ssenari müəllifləri |
Əjdər İbrahimov Marqarita Maleyeva |
Baş rollarda |
Nəsibə Zeynalova — Cənnət İnarə Quliyeva — Afət; Zərifə İlham Namiq Kamal — İlqar Tanilə Əhmərova — Sevda Fuad Poladov — Ayaz Səfurə İbrahimova — Sədaqət Tələt Rəhmanov — Əli |
Operator | Fikrət Əsgərov |
Bəstəkar | Tofiq Quliyev |
Rəssam | Nadir Zeynalov |
İstehsalçı | Azərbaycanfilm |
İlk baxış tarixi | 10 sentyabr 1979 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 75 dəq. |
Ölkə |
![]() |
Dil | azərbaycanca |
İl | 1978 |
Texniki məlumatlar |
8 hissə 2165 metr genişekranlı 35 mm |
Rəng | rəngli |
IMDb | ID1411769 |
Film mənəvi-məişət mövzusundadır. Buradakı hadisələr gənc bəstəkar Ayazın (Fuad Poladov) ailəsində baş verir. Ayazın anası Cənnətin(Nəsibə Zeynalova) iki gəlini ilə münasibəti filmin əsas süjet xəttini təşkil edir. Qayınana ilə gəlinlər arasında qarşılıqlı anlaşma, hörmət olmadığı üçün dedi-qoduların arası kəsilmir. Ailə konfliktləri getdikcə kəskinləşir. Əgər Ayazın dostu İlqar (İlham Namiq Kamal) onların köməyinə gəlməsəydi, kim bilir bu ailənin aqibəti necə olacaqdı… Adi həyat hadisələrindən, insanların gündəlik qayğılarından, ailə-məişət problemlərindən bəhs edən bu film həmçinin dövrümüzə yad olan köhnə adət-ənənələrin də zərərli tərəflərini ekranda açıb göstərir.