Tütək səsi — rejissor Rasim Ocaqovun filmi.[1] 1976-cı ildə premyerası baş tutan "Tütək səsi" İsa Hüseynovun "Saz" və "Tütək səsi" əsərlərinin əsasında ekranlaşdırılıb.
Tütək səsi | |
---|---|
![]() Filmin afişası. | |
Janr | dram |
Rejissor | Rasim Ocaqov |
Ssenari müəllifi | İsa Hüseynov |
Baş rollarda |
Akif Məhərrəmov — Tapdıq Mixail Volontir — Cəbrayıl Məmmədrza Şeyxzamanov — İsfəndiyar kişi Zemfira Sadıqova — Xədicə Yusif Vəliyev — Qılınc Qurban Liya Eliava — Sayalı Səfurə İbrahimova — İsmət Xalidə Quliyeva — Milli Şükufə Yusupova — Tutu Ötkəm İsgəndərov — Nuru |
Operator | Teyyub Axundov |
Bəstəkar | Aqşin Əlizadə |
Rəssam | Elbəy Rzaquliyev |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 20 mart 1976 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 82 dəq. |
Ölkə |
![]() |
Dil | azərbaycanca |
İl | 1975 |
Texniki məlumatlar |
9 hissə 2373 metr genişekranlı 35 mm |
Rəng | ağ-qara |
IMDb | ID0174363 |
Kinopovestdəki hadisələr İkinci Dünya müharibəsi illərində Azərbaycan kəndlərinin birində gərgin zəhmət, ümumxalq birliyi, eyni zamanda mürəkkəb insan münasibətləri mühitində cərəyan edir. Bu kənddə hər bir evdə müharibənin nəfəsi duyulur. Qadınlar və uşaqlar cəbhəyə getmiş ərlərin, ataların, oğulların yerinə çöl işlərini görürlər.
Filmdə həyat da, məhəbbət də, sarsıntı da, sevinc də var.