Urud — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qarakilsə (Sisyan) rayonu ərazisində kənd. Erməni mənbələrində kəndin başqa adının Orod olduğu göstərilir.[2]
Urud | |
---|---|
![]() | |
39°29′19″ şm. e. 46°08′29″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.420 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Xəritəni göstər/gizlə
| |
![]() |
Rayon mərkəzindən 8 km cənub-şərqdə, Bazarçay çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsindən qeyd edilmişdir.[3]
Kənddə 1831-ci ildə 111 nəfər, 1873-cü ildə 222 nəfər, 1886-cı ildə 211 nəfər, 1897-ci ildə 359 nəfər, 1908-ci ildə 435 nəfər, 1914-cü ildə 408 nəfər azərbaycanlı yaşamışdır.[4] 1918-ci ildə kəndin sakinləri qırğınlarla deportasiya olunmuşdur.[5] İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan urudlular öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 173 nəfər, 1926-cı ildə 263 nəfər, 1931-ci ildə 340 nəfər,[4] 1987-ci ildə 16–18 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi torpaqlardan deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır. Toponim türk dilində "dağ, təpə" mənasında işlənən ur sözünə[6] türk dillərində yer məzmunu əmələ gətirən — ud şəkilçisinin birləşməsindən əmələ gəlib "dağlı, təpəli, yerdə salınan kənd" mənasını verir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3. VII.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vorotan qoyulmuşdur.[7]
1988-ci ildə ermənilər tərəfindən törədilən soyqırım siyasəti nəticəsində azərbaycanlılar qovulmuşlar.[8]
Əkinçilik və heyvandalıq