Xoşbəxtlik qayğıları | |
---|---|
Janr |
Dram Komediya Məhəbbət |
Rejissor | Həsən Seyidbəyli |
Ssenari müəllifi | Həsən Seyidbəyli |
Baş rollarda |
Firuz Babayev — İbrahim Şəfiqə Məmmədova- Rüxsarə Xalidə Quliyeva- Xalidə Şükufə Yusupova- Gülxar Dilarə Hüseynova- Səkinə Cəmilə Ağayeva- Zəhra Rəna Cəfərova- Sevinc |
Operator | Rasim İsmayılov |
Bəstəkar | Tofiq Quliyev |
Rəssamlar | Məmməd Hüseynov, Mayis Ağabəyov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1 noyabr 1976 |
Filmin digər adı | Səadət Qayğıları |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 88 dəq. |
Ölkə |
![]() |
Dil | Azərbaycan dili |
İl | 1976 |
Texniki məlumatlar |
9 hissə 2489 metr 35 mm |
Rəng | rəngli |
IMDb | ID2158581 |
Film insan səadətinin, ailə xoşbəxtliyinin təkcə maddi nemətlərin əldə olunması ilə ölçülməməsindən bəhs edir. Rüxsarə(Şəfiqə Məmmədova) ilə oğlu İbrahimin (Firuz Babayev) qayğısı böyükdür. Onları evdə böyüyən beş qızın-Gülxar(Şükufə Yusifova), Xalidə(Xalidə Quliyeva), Səkinə(Dilarə Hüseynova), Zöhrə(Cəmilə Ağayeva) və Sevincin(Rəna Cəfərova) gələcək taleyi çox narahat edir. Rüxsarənin arzusu qızların hər birinə cehiz vermək, necə deyərlər, "ata-baba" qaydası ilə ər evinə yola salmaqdır. İbrahim ailə səadətinin cehizlə, par-par parıldayan mebellə ölçülmədiyini yaxşı bilir. Lakin anasının xatirinə qızlara cehiz pulu qazanmağa çalışır. Bacılar da başa düşürlər ki, xoşbəxtliyin təməli heç də cehizlə qoyulmur. Sevdiyin adamla əl-ələ versən, həyatın bütün sınaqlarından alnıaçıq çıxa bilərsən...