"Qarabağ" ordeni — Azərbaycan Milli Məclisinin 20 noyabr 2020-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və Azərbaycan Prezidentinin 26 noyabr 2020-ci il tarixli Sərəncamına əsasən təsis edilmiş orden.
2020-ci ildən azı 213 nəfər "Qarabağ" ordeni ilə təltif edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli 2338 nömrəli Sərəncamına əsasən 48-i ölümündən sonra olmaqla 204 nəfər "Qarabağ" ordeni ilə təltif edilib.[1]
Azərbaycan Prezidenti İlham Əliyevin 12.01.2021-ci il tarixli Sərəncamına əsasən 2 nəfər "Qarabağ" ordeni ilə təltif edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli 2721 nömrəli Sərəncamına əsasən 2 nəfər "Qarabağ" ordeni ilə təltif edilib.[2]
Azərbaycan Prezidenti İlham Əliyevin 07.11.2023-cü il tarixli 4158 nömrəli Sərəncamına əsasən 5 nəfər "Qarabağ" ordeni ilə təltif edilib.[3]