Dərviş Parisi partladır — Azərbaycan filmi.[1]
Dərviş Parisi partladır | |
---|---|
![]() Filmin afişası. 1978-ci il. | |
Janr |
komediya musiqili |
Rejissorlar |
Kamil Rüstəmbəyov Şamil Mahmudbəyov |
Əsərin müəllifi | Mirzə Fətəli Axundov |
Ssenari müəllifi | Ədhəm Qulubəyov |
Baş rollarda |
Sergey Yurski Mirzə Babayev Adil İsgəndərov Leyla Bədirbəyli Səfurə İbrahimova Mömünat Qurbanova Ənvər Həsənov Həsənağa Turabov |
Operatorlar |
Zaur Məhərrəmov Arif Nərimanbəyov |
Bəstəkar | Tofiq Quliyev |
Rəssam | Nadir Zeynalov |
İstehsalçı | "Azərbaycanfilm" kinostudiyası |
İlk baxış tarixi | 11 fevral 1977 |
Filmin digər adları | Müsyö Jordan və Dərviş Məstəli Şah |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 68 dəq. |
Ölkə |
![]() |
Dil | azərbaycanca |
İl | 1976 |
Texniki məlumatlar |
7 hissə 1934 metr genişekranlı 35 mm |
Rəng | rəngli |
IMDb | ID0321983 |
Filmdəki hadisələr XIX əsrin ortalarında Qarabağda cərəyan edir. Tanınmış fransız botanika alimi Müsyö Jordan (Sergey Yurski) mülkədar Hətəmxan ağanın (Adil İsgəndərov) qonağı olur. O, ev sahibinin qardaşı oğlu Şahbaz bəyi (Ənvər Həsənov) özü ilə Parisə aparmaq, orada onu oxutdurmaq istəyir. Lakin feodal-patriarxal ənənələrə kor-koranə riayət edən qohumlar bu səfərin qarşısını almaq üçün hər cür hiyləyə əl atırlar.
Əsərdə olduğu kimi, filmdə də XIX əsr feodal Azərbaycanında hökm sürən ətalət və gerilik ifşa edilir, eyni zamanda sakit patriarxal mühitində mütərəqqi meyllərin yaranmasından danışılır, gənclər biliklərə yiyələnməyə dəvət olunur. İctimai elmlər, o cümlədən təbiətşünaslıq elmi təbliğ edilir.