Nizami — Nizami Gəncəviyə həsr olunmuş, 1982-ci ildə çəkilmiş və Müslüm Maqomayevin baş rolda iştirak etdiyi film.
Nizami | |
---|---|
rus. Низами | |
![]() | |
Janr |
tarixi bioqrafik |
Rejissor | Eldar Quliyev |
Ssenari müəllifləri | İsa Hüseynov, Eldar Quliyev |
Baş rollarda |
Müslüm Maqomayev – Nizami Həmidə Ömərova – Pəri, Afaq Həsənağa Turabov – Müzəffəri Ələddin Abbasov – Xaqani Hacımurad Yegizarov (Hacımurad kimi) – Qızıl Arslan |
Operator | Arif Nərimanbəyov |
Bəstəkar | Qara Qarayev |
Rəssam | Mayis Ağabəyov |
İstehsalçılar |
"Azərbaycanfilm" kinostudiyası[1] "Mosfilm" kinostudiyası |
İlk baxış tarixi | 30 iyun 1982 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 125,5 dəqiqə |
Ölkələr |
![]() ![]() |
Dil | Azərbaycan dili |
İl | 1982 |
Texniki məlumatlar |
2 seriya 14 hissə 3690 metr I seriya: 7 hissə 1821 metr II seriya: 7 hissə 1869 metr genişekranlı 35 mm |
Rəng | Rəngli |
Çəkiliş yeri |
Şamaxı Gəncə Bakı Bakı, kinostudiyanın pavilyonu Moskva(pavilyon çəkilişləri) Ağcaqum, Türkmənistan Özbəkistan Qırğızıstan |
IMDb | ID0251899 |
Film-pritça dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuşdur.
Filmdə şairin obrazı, o uzaq illərdə Azərbaycan xalqının siyasi və sosial həyatının ab-havası, insan münasibətlərinin mürəkkəb dünyası öz əksini tapmışdır. Bu film insanın tarixdə rolu, onun adamlar qarşısında borcu haqqında düşüncələrdir. Nizaminin mənəvi idealı ilə reallıq arasında uyğunsuzluq şairin insana və ədalətə inamını qıra bilməmişdir.
1)1983-cü ildə Leninqradda XVI Ümumittifaq kinofestivalı
2)1984-cü ildə Daşkənddə Asiya, Afrika və Latın Amerikası ölkələrinin Beynəlxalq kinofestivalı