Qorxma, mən səninləyəm — rejissor Yuli Qusmanın filmi.[1]
Qorxma, mən səninləyəm | |
---|---|
![]() | |
Janr |
komediya döyüş macəra musiqili məhəbbət |
Rejissor | Yuli Qusman |
Ssenari müəllifləri |
Yuli Dunski Valeri Frid |
Baş rollarda |
Muxtarbəy Kantemirov — Rüstəm Polad Bülbüloğlu — Teymur Lev Durov — San Sanıç Həmidə Ömərova — Telli Həsənağa Turabov — Cəfər |
Operator | Valeri Kərimov |
Bəstəkar | Polad Bülbüloğlu |
Rəssam | Nadir Zeynalov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 29 iyun 1981 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 148,75 dəq. |
Ölkə |
![]() |
Dil | rusca |
İl | 1981 |
Sonrakı film | Qorxma, mən səninləyəm! 1919 |
Texniki məlumatlar |
2 seriya 14 hissə 4070 metr 35 mm |
Rəng | rəngli |
IMDb | ID0175948 |
Filmdə hadisələr XIX əsrin sonu – XX əsrin əvvəllərində baş verir. Zülmkarlara qarşı mübarizə iki sevən gəncin məhəbbəti fonunda baş verir.
Filmdə ideal qəhrəmandan, xeyirxah, cəsur, imkansızlara əl tutan, gücsüz adamların müdafiəsinə qalxan sirk artisti Rüstəmdən (Muxtarbəy Kantemirov), onun sədaqətli dostlarından söhbət açılır.
Bu filmin janrını dəqiq təyin etmək çətindir. Burada musiqi də, gözəl mahnılar da var, sərgüzəştlər, gözlənilməz, qeyri-adi hadisələr də. Ekranda Azərbaycanın füsunkar təbiəti, onun mənzərəli dağları və vadiləri öz təcəssümünü tapmışdır.
Film çəkimləri Qax rayonu-nun İlisu kəndində həyata keçirilmişdir. Filmin son səhnələri tarixi abidə olan Sumuq qala da çəkilmişdir.