Ömrün ilk saatı | |
---|---|
Fayl:Ömrün ilk saatı (film, 1973).jpg | |
Janr | dram |
Rejissor | Arif Babayev |
Ssenari müəllifi | Ramiz Fətəliyev |
Baş rollarda |
Həsənağa Turabov — Mehdi Şahmar Ələkbərov — Yusif Sergey Kurilov — Mereşkovski Tofiq Mirzəyev — Əsəd Rafiq Əzimov — Sadıq Leyla Şıxlinskaya — Azərin sevgilisi |
Operator | Rasim Ocaqov |
Bəstəkar | Fərəc Qarayev |
Rəssam | Fikrət Bağırov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 16 sentyabr 1974 |
Filmin digər adları |
Ömrün ilk anı Ömrün ilk anları Ömrün ilk günü |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 95,5 dəq. |
Ölkə |
![]() |
Dil | azərbaycanca |
İl | 1973 |
Texniki məlumatlar |
10 hissə 2611 metr 35 mm |
Rəng | ağ-qara |
Kinopovest Azərbaycan neftçilərinin fəhlə sülaləsinin üç nəsli haqqındadır. Onlardan hər birinin öz məqsədi və idealı vardır. Lakin ümumilikdə bu adamlar əmək və həyat ənənələrinə sədaqətlərini qoruyub saxlamışlar.
Filmdəki hadisələr 20-ci illərdə, müharibədən sonrakı dövrdə və bizim günlərdə cərəyan edir və hər dövr qəhrəmanlar qarşısında yeni-yeni vəzifələr qoyur. Film tanınmış neft ustası Mehdiyevin mənzilində yeni uşağın doğulması ilə qurtarır. Bu uşaq böyüyəndən sonra necə adam olacaq? Dünyaya təzəcə gəlmiş bu körpənin arxasında böyük bir sülalənin 3 nəsli durur. Deməli cavab məlumdur.