İsrailin İrana zərbələri (2025) hələ davam etdiyi üçün məqalə tez-tez dəyişikliyə məruz qala bilər. Məqalənin hazırkı adı da sonradan dəyişdirilə bilər. Etibarlı mənbələrə istinad etməklə bu məqaləni zənginləşdirə və təkmilləşdirə bilərsiniz. Məqalənin son yenilənmə tarixi: 02:17, 14 iyun 2025 (UTC) (1 saniyə əvvəl). |
İsrailin İrana zərbələri (2025), və ya kod adı ilə Yüksələn Aslan əməliyyatı (ivr. מבצע עם כלביא) — 13 iyun 2025-ci il, səhər saatlarında İsrailin İranın bir neçə bölgəsindəki hədəflərə qarşı genişmiqyaslı hücumu.[1][2]
İsrail-İran münaqişəsi | |||
---|---|---|---|
ivr. מבצע עם כלביא | |||
![]() Tehranda partlayışlar | |||
Tarix | 13 iyun 2025 – davam edir | ||
Yeri |
![]() |
||
Nəticəsi |
• İranın nüvə obyektləri vuruldu, • Hüseyn Səlami, Məhəmməd Baqiri, Qulaməli Rəşid, Əli Şamxani, Əmirəli Hacızadə kimi hərbi və mülki vəzifəli şəxslər öldürüldü, • İranın hərbi obyektləri vuruldu |
||
Münaqişə tərəfləri | |||
|
|||
|
|||
![]() |
İsrail Müdafiə Qüvvələri və Mossad tərəfindən həyata keçirilən hücumlar nüvə obyektlərində, hərbi obyektlərdə və rəsmilərin iqamətgahında baş verib.[3] İsrailin hücumu İran–İraq müharibəsindən sonra İrana edilən ən böyük hücum idi. Hərbi bazaların yaxınlığında və yüksəkrütbəli komandirlərin məskunlaşdığı məhəllələr də daxil olmaqla, Tehranda partlayışlar baş verib. Şahidlər kütləvi alovları və təkrarlanan partlayışları təsvir ediblər. Partlayışlar ölkənin ən mühüm nüvə obyektlərindən birinin yerləşdiyi İranın İsfahan vilayətinin Natanz şəhərində qeydə alınıb. Xondab və Xürrəmabaddakı nüvə obyektləri də hədəfə alınıb. Hücumlarda İran İnqilab Keşikçiləri Korpusunun komandiri Hüseyn Səlami həlak olub.[4][5][6][7] Həmçinin İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri, nüvə alimləri Fereydun Abbasi və Məhəmməd Mehdi Tehrançi də öldürülüb.
Hücumlarda həm iranlı hərbçilər, həm də mülki iranlılar həlak olub. Zərər çəkmiş binalara nüvə obyektləri, hərbi obyektlər və yaşayış məntəqələri daxildir. Hücumdan əvvəlki aylarda İran və ABŞ yeni nüvə sazişi üzrə danışıqlar aparırdılar. İran hazırda uranı 60% saflığa qədər zənginləşdirir, silah səviyyəsinə yaxındır və daha təkmil sentrifuqalar quraşdıraraq nüvə inkişafını sürətləndirir. Təhlilçilər xəbərdarlıq edirlər ki, bu fəaliyyətlər hər hansı bir məqbul mülki məqsəddən qat-qat artıqdır.[8] Hücumdan bir gün əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) 20 ildə ilk dəfə İranın nüvə öhdəliklərinə əməl etmədiyini müəyyən etdi. İran yeni zənginləşdirmə sahəsini işə salmaqla və qabaqcıl sentrifuqalar quraşdırmaqla cavab verdi.[9]
Hüseyn Səlami | İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı |
Məhəmməd Baqiri | İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi |
Əmirəli Hacızadə | İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin baş komandanı |
Qulaməli Rəşid | Hatəm-əl Ənbiya Mərkəzi Qərargahının komandiri |
Əli Şamxani | İranın ali dini liderinin siyasi müşaviri |
Fereydun Abbasi-Davani | Nüvə alimi |
Məhəmməd Mehdi Tehrançi | Nüvə alimi |