Park | |
---|---|
Janr |
dram məhəbbət |
Rejissor | Rasim Ocaqov |
Ssenari müəllifi | Rüstəm İbrahimbəyov |
Baş rollarda |
Fəxrəddin Manafov(Fərhad Manafov kimi)-Marat Qalina Belyayeva-Vika Mikayıl Kərimov-Dost Stanislav Sadalski-Kamil Abbas Kazımov-Mirzə Aleksandr Kalyagin-Gena Qalina Polskix-Matiss Məbud Məhərrəmov-Alik Tofiq Şabanov-Vaqif Həsənağa Turabov-İdarə rəisi |
Operatorlar | Rafiq Qəmbərov, Yuri Vorontsov |
Bəstəkar | Emin Sabitoğlu |
Rəssam | Fikrət Bağırov |
İstehsalçılar |
Azərbaycanfilm "Lenfilm" kinostudiyası |
İlk baxış tarixi | 30 yanvar 1984 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 77,5 dəq. |
Ölkələr |
![]() ![]() |
Dil | azərbaycanca |
Texniki məlumatlar |
8 hissə 2206 metr genişekranlı 35 mm "Svema" kinolenti(Şostka kimya kombinatı) |
Rəng | rəngli |
Çəkiliş yeri |
Bakı Sankt-Peterburq, Rusiya |
IMDb | ID0290021 |
Adi günlərin birində neftçilərin briqadiri Marat (Fəxrəddin Manafov) sahədə olarkən dostu (Mikayıl Kərimov) onun yanına gəlir. Marat onu uşaqlıqdan tanıyırdı. O, xudbin, özünü sevən bir adam idi. Hətta Maratın sevdiyi qızı (Qalina Belyayeva) əlindən alıb onunla evlənmişdir. İndi də buraya elə-belə gəlməmişdi. Dost dissertasiya müdafiə etmək üçün mütləq mədəndə təcrübə işləri aparmalı idi. Guya bu təcrübə neft hasilatını qat-qat artıracaqdır. Lakin təcrübə keçirilən müddətdə cari planı təhlükə altına qoyacaqdı. Dostun vaxtilə ona etdiyi xəyanətə baxmayaraq, Marat təcrübəni keçirməyə icazə verir...
Film sosial və mənəvi problemlərə toxunmaqla yanaşı, gənclərin dünyagörüşündən, onların həyat mövqeyindən danışır. Burada həyata baxışlar, işlər, məhəbbət, dostluq, xarakterlər toqquşur, qorxaqlıqla cəsarət, yalanla həqiqət bir-biri ilə mübarizə aparır. Gənc fəhlə ümumi vacib işin naminə şəxsi maraqdan yüksəkdə durur.
Film aktyor Ruslan Nəsirovun kinoda ilk işidir.