Qanlı zəmi filmi rejissorlar Həsənağa Turabov və Əbdülləhman Mahmudov tərəfindən 1985-ci ildə ekranlaşdırılmışdır. Kəskin süjetli filmdə xalq qisasçısı, əfsanəvi qəhrəman Qaçaq Nəbidən, onun dəstəsinin göstərdiyi igidliklərdən söhbət açılır. Film aktyor Həsənağa Turabovun quruluşçu rejissor kimi kinoda ilk işidir. Film 1-ci kateqoriyaya layiq görülüb. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Həsənağa Turabov, Mömünat Qurbanova, Gümrah Rəhimov, Ənvər Həsənov, Ömür Nağıyev, Eldəniz Quliyev, Rasim Balayev, Ramiz Əzizbəyli, Şahmar Ələkbərov ifa edirlər.[1]
Qanlı zəmi | |
---|---|
Fayl:Qanlı zəmi (film, 1985).jpg | |
Janr |
tarixi döyüş macəra bioqrafik |
Rejissorlar |
Əbdül Mahmudov Həsənağa Turabov |
Ssenari müəllifləri |
Süleyman Rüstəm Əhmədağa Muğanlı |
Baş rollarda |
Həsənağa Turabov Mömünat Qurbanova Gümrah Rəhimov Ənvər Həsənov Ömür Nağıyev Eldəniz Quliyev Rasim Balayev Ramiz Əzizbəyli Şahmar Ələkbərov |
Operator | Kənan Məmmədov |
Bəstəkar | Emin Sabitoğlu |
Rəssam | Kamil Nəcəfzadə |
İstehsalçı | "Azərbaycanfilm" kinostudiyası |
İlk baxış tarixi | 25 avqust 1984 |
Filmin digər adları |
Qaçaq Nəbi Atları yəhərləyin |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 82 dəq. |
Ölkə |
![]() |
Dil | azərbaycanca |
İl | 1985 |
Texniki məlumatlar |
9 hissə 2404 metr genişekranlı 35 mm "Svema" kinolenti Şostka kimya kombinatı |
Rəng | rəngli |
IMDb | ID0263880 |
XIX əsrin sonlarında Azərbaycanın torpaqlarında çar canişinlərinin hakimiyyətinə, xalqın hesabına varlanan feodal əyanlarına və tacirlərinə qarşı silahlı kəndli dəstələri yaranırdı. Həmin dəstələrdən birinə xalq qəhrəmanı Qaçaq Nəbi başçılıq edirdi. Onun arvadı qorxmaz Həcər də əri ilə birgə həmin dəstədə vuruşurdu.[2]
1986-cı ildə ssenari müəllifi Əhmədağa Qurbanova, quruluşçu rejissorlar Əbdül Mahmudov və Həsənağa Turabova, quruluşçu operator Kənan Məmmədova, quruluşçu rəssam Kamil Nəcəfzadəyə, geyim rəssamı Kazım Kazımzadəyə, bəstəkar Emin Sabitoğluna, aktyor Gümrah Rəhimova və aktyor Rasim Balayevə Azərbaycan SSR Dövlət Mükafatı verilmişdir.[3]