↑ 1216 oktyabr 1992-ci il tarixində 91-lərin"Səs" qəzeti vasitəsilə yayımladığı müraciət əsasında 21 noyabr 1992-ci il tarixində Heydər Əliyevin liderliyində 550 nəfərdən ibarət təşəbbüs qrupu NaxçıvandaYeni Azərbaycan Partiyasını təsis etdi. Partiya 18 dekabr 1992-ci il tarixində rəsmi dövlət qeydiyyatına alınmışdır.
↑İsa Qəmbər 18 may 1992-ci il tarixində Ali Sovetin sədri seçilmişdir.[7]
↑Tamerlan Qarayev 7 fevral 1992-ci il tarixində Ali Sovetin sədr müavini seçilmişdir. Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti ələ aldıqdan sonra Ali Sovetin Rəyasət Heyətində dəyişikliklərə gedilmiş, Tamerlan Qarayev 18 may 1992-ci il tarixində Ali Sovetin sədrinin müavini vəzifəsindən azad edilərək[8] sədrin birinci müavini seçilmişdir.[9]
↑Elmira Qafarova öz xahişi ilə 5 mart 1992-ci il tarixində səhhətinin vəziyyəti ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsindən azad edilmişdir.[12]
↑ 12324 may 1991-ci il tarixində Azərbaycan Respublikasının xalq deputatları Feyruz Mustafayevin Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, Zülfü Hacıyevin Azərbaycan Respublikası Baş nazirinin müavini, Əlisaab Orucovun Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilməsi və onların öz səlahiyyətlərini üzərindən götürmək barəsində şəxsi ərizələri ilə əlaqədar olaraq səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmişdir.[14]
↑Hacıbaba Əzimov 28 noyabr 1992-ci il tarixində Vahid Azərbaycan Milli Birlik Partiyasını təsis etmişdir. Partiya 13 yanvar 1993-cü il tarixində rəsmi dövlət qeydiyyatına alınmışdır.
↑16 oktyabr 1991-ci il tarixində Telman Orucovun əvəzinə Ziyad Səmədzadə Ali Sovetin sədrinin birinci müavini seçilmişdir.[15] 18 may 1992-ci il tarixində o, vəzifəsindən azad edilmişdir.[16]