Onun bəlalı sevgisi | |
---|---|
Janr |
dram komediya məhəbbət |
Rejissor | Ziyafət Abbasov |
Ssenari müəllifləri | Bayram Bayramov, İqor Strekov |
Baş rollarda |
Nataliya Tağıyeva — Şövkət Mikayıl Kərimov — Bəhruz Hacıbaba Bağırov — Qaraxalov Tofiq Mirzəyev — Sabirov Barat Şəkinskaya — nənə Sona Mikayılova — Xalidə |
Operator | Arif Nərimanbəyov |
Bəstəkar | Emin Sabitoğlu |
Rəssam | Elbəy Rzaquliyev |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 29 fevral 1980 |
Filmin digər adları |
Onun bəlalı məhəbbəti Onun bəlalı sevgilisi |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 72,5 dəq. |
Ölkə |
![]() |
Dil | azərbaycanca |
İl | 1980 |
Texniki məlumatlar |
8 hissə 2097 metr genişekranlı 35 mm |
Rəng | rəngli |
IMDb | ID1636822 |
Tələbə Bəhruz (Mikayıl Kərimov) diplom işi üçün istehsalı idarəetmə mövzusunu seçir. Müdafiəyə yaxşı hazırlaşmaq məqsədilə o, tikiş fabrikində direktor katibəsi vəzifəsinə işə düzəlir. İstehsalatla yaxından tanış olandan sonra gənc sosioloq aydınlaşdırır ki, məhsulun aşağı keyfiyyətdə olmasının səbəbi rəhbərliyin düzgün aparılmamasındadır.
Bir tərəfdən fabrik direktoru, gözəl və cavan Şövkətlə (Nataliya Tağıyeva) Bəhruz arasında gedən işgüzar münaqişə, digər tərəfdən onların bir-birini təmiz qəlblə sevmələri filmin əsas süjet xəttini təşkil edir.