. Love.az

Istifadeci Atro S Qaralama - Wikipedia - Love.az

Ana Səhifə - Istifadeci Atro S Qaralama
Şəhər
Salmas
سلماس
38°11′43″ şm. e. 44°45′56″ ş. u.HGYO
Ölkə  İran
Bölgə Qərbi Azərbaycan ostanı
Tarixi və coğrafiyası
Əvvəlki adları Dilməqan / Dilman, Şahpur (Pəhləvilər dövründə)
Sahəsi 2892 km²
Əhalisi
Əhalisi 92,811[1] nəfər (2016)
Milli tərkibi Azərbaycan türkləri
Dini tərkibi İslam
Rəsmi dili Fars dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +98 44
Salmas xəritədə
Salmas
Salmas


Salmas (fars. سلماس‎‎, az.-əski. سلماس، دیلمقان‎ ), Səlmas[mənbə göstərilməlidir] və ya digər tarixi adı Dilməqan — İranda şəhər və Qərbi Azərbaycan ostanında yerləşən Salmas şəhristanının Mərkəzi.

Mündəricat

  • 1 Etimologiyası
  • 2 Tarixi
    • 2.1 Qədim dövr
    • 2.2 Orta əsrlər
      • 2.2.1 İslamdan öncə
      • 2.2.2 İslamdan sonra
      • 2.2.3 Monqolların hücumu
    • 2.3 Erkən müasir dövr
    • 2.4 XX əsr
      • 2.4.1 Birinci Dünya Müharibəsi
      • 2.4.2 Cilovluq(Ermənilər) Faciəsi
      • 2.4.3 Dilman Zəlzələsi (1930.05.07)
      • 2.4.4 İkinci Dünya Müharibəsi
    • 2.5 XXI əsr
  • 3 Coğrafiya
    • 3.1 Relyef və geologiya
    • 3.2 İqlim
    • 3.3 Dağlar
    • 3.4 Çaylar
  • 4 Görməli yerlər
    • 4.1 Xan-Taxtı daş kitabəsi
    • 4.2 Həftvan kilsəsi
    • 4.3 Şıx hamamı
    • 4.4 Çəhriq qalası
    • 4.5 Əhrəncan təpəsi
    • 4.6 Köhnəşəhər imamzadə türbəsi
    • 4.7 İstisu müalicəvi bulağı
    • 4.8 Xorxora şəlaləsi
  • 5 Əhalisi
    • 5.1 Demoqrafiyası və etnik tərkibi
    • 5.2 Din
    • 5.3 Dialekti
    • 5.4 İqtisadiyyat
  • 6 Qalereya
  • 7 Qeydlər
  • 8 İstinadlar
  • 9 Ədəbiyyat
  • 10 Xarici keçidlər

Etimologiyası

redaktə
 
İstəxrinin çəkdiyi Məsalik ul-Məlik kitabındakı Azərbaycan xəritəsindəki Salmasın adı

E'timad-ü səltənə bu şəhərin adının Assuriya hökümdarı Salmanasardan iqtibas olduğunu iləri sürmüşdür.[2]

Övliya Çələbi Salmas haqqında yazır:

  Salmas qalasının, yəni "Delmas" şəhərinin banisi Buzər Cümehridir. O, bu adı şəhərə onun bərəkətli və heyvandarlığın bol olduğuna görə vermişdir.[3]  

Tohid Məlikzadə Salmas adının iki bəxşdən təşkil tapdığını irəli sürür, bunlar Salma və as sözləridir. Salma salmaq feilindən törəmişdir, As isə Kültigin kitabələrində adı qeyd olunan As ve ya Az mədəniyyətindən alınmışdır. As/Az sözü məntəqədəki adlarda dəfələrcə qeyd ounub; Azərbaycan (Az+ərbaycan), Sivas (Siva+as), Astara (As+tara), Minas (Min+as) və s.[4]

Nəticədə Salmas sözünün mənası; "As elinin yurdu" şəklində özünü əks edir.

Tarixi

redaktə
Azərbaycan tarixi
 
Etimologiya • Xronologiya • Etnogenez
Ən qədim dövr
Daş və Mis dövrü
Quruçay mədəniyyəti
Azıx mağarası
Azıxantrop
Tağlar mağarası
Damcılı mağarası
Zar mağarası
Şuşa mağarası
Şulaveri-Şomutəpə mədəniyyəti
təxm.6500–3400 e.ə.
Şomutəpə yaşayış yeri
Kür-Araz mədəniyyəti
təxm.3400–2000 e.ə.
I Kültəpə yaşayış yeri (Babək)
Qarğalartəpəsi yaşayış yeri
Leylatəpə mədəniyyəti

Tunc və Dəmir dövrü
Xocalı-Gədəbəy mədəniyyəti
təxm.XIII–VII əsrlər e.ə.
Boyalı Qablar mədəniyyəti
təxm.II minillik e.ə.
II Kültəpə yaşayış yeri (Babək)
Üzərliktəpə yaşayış yeri

Erkən tayfa ittifaqları
Aratta
III min.I yar. e.ə.
Lulubi
XXIII əsr-II min. e.ə.
Kuti
III min.əvv.-III min.son. e.ə.
Turukki
XX–XIX əsr e.ə.

Erkən dövlətlər
Manna
850–616 e.ə.
Midiya
728—549 e.ə.
İşquz
652–625 e.ə.
Kiçik Midiya
558–330 e.ə.
Küp qəbirləri mədəniyyəti
e.ə.IV əsr-b.e. VII əsr

Antik dövr
İskəndər imperiyasından sonra
Atropatena
328—224 e.ə.
Atropatidlər
Atropatena Arşakiləri
Sasanilər dövrü
Qafqaz Albaniyası
e.ə.IV əsr—b.e.704
Aranoğulları
Roma ilə əlaqələr
Alban Arşakiləri
Xristianlığın yayılması
301
Satraplıq
252-639
Hun-türk hücumları
XI əsrə qədər
Akilisen sülhü
387
Fars-Göytürk müharibəsi
627-629
Mehranilər
Leq çarlığı
b.e III əsr
Maskut
b.e III əsr
Kaspiana
Şirvan
İlk Şirvanşahlar

Orta əsrlər
Ərəb dövrü
İslamın yayılması
VIII-IX əsrlər
Arran
Ərməniyyə
653–884
Xürrəmilər hərəkatı
VIII-IX əsrlər
Şəki dövləti
VIII əsr—1117
Mehranilər
Arevmanelilər
Qriqol oğulları

Orta əsrlər Azərbaycanı
Layzanşahlar
861 — 917
Şirvanşahlar
861 — 1539
Məzyədilər
861-1027
Kəsranilər
1027-1382
Vikinq yürüşləri
914-1041
Gürcü təbəəliyi
1124-1239
Dərbəndilər
1382-1539
Dərbənd əmirliyi
869 — 1075
Sacilər
889-929
Salarilər
919-1062
Şəddadilər
951–1075
Ani əmirliyi
1072-1174
Rəvvadilər
955-1071
Vaspurakan çarlığı
908–1021
Sünik çarlığı
987— 1170
Artsak çarlığı
1000–1261
Xaçın knyazlığı
X-XIV əsrlər
Dəfnə sülaləsi
Həsən-Cəlalyanlar sülaləsi
Naxçıvanşahlıq
X əsr — XI əsrin 60-cı illəri
Əbuduləfilər

Türk-Monqol dövrü
Türkləşmə
Ağsunqurlular
1108–1227
Azərbaycan Atabəyləri
1136-1225
Elxani təbəəliyində
1236–1335
Monqollarla mədəni əlaqələr
Qarabağ
1230-cu illər
Çobanilər
1335–1357
Cəlairilər
1336–1432
Teymurilər
Hürufilik
Şəki hakimliyi
1384–1551
Orlat sülaləsi
Qara keşiş nəsli
Qaraqoyunlular
1406–1468
Çağatay mədəni əlaqələri
Ağqoyunlular
1468–1508
Ərdəbil hakimliyi

Erkən müasir dövr
İmperiyalar dövrü və parçalanma
Səfəvilər
1501–1736
Azərbaycan tayfaları
Şiələşdirmə
Qarabağ bəylərbəyliyi
Azərbaycan bəylərbəyliyi
Şirvan bəylərbəyliyi
Çuxursəəd bəylərbəyliyi
Osmanlı ilə müharibələr
Habsburqlarla ittifaq
Naxçıvan sancağı
Ordubadilər
Əfşarlar
1736–1747
Xəmsə məlikləri
Qacarlar
1796–1925
Azərbaycan xanlıqları
1747–1828
Azərbaycan sultanlıqları
XVI əsr–1828
Car-Balakən camaatı
XVII əsr–1830
Kürəkçay müqaviləsi
Gülüstan müqaviləsi
Türkmənçay müqaviləsi

Rusiya dövrü
Müsəlman əyalətləri rəisliyi
1804–1840
Hərbi dairə rəisliyi
1806–1840
Erməni vilayəti
1828–1840
Xəzər vilayəti
1840–1846
Şamaxı quberniyası
1846–1859
Bakı quberniyası
1859–1917
Yelizavetpol quberniyası
1868–1917
İrəvan quberniyası
1850–1917
Zaqatala dairəsi
1859–1917
Bakı tətili
1903
Milli oyanış
Milli Azadlıq Hərəkatı
Hümmət
1904
Müsavat
1911
Qafqaz cəbhəsi
1914–1918
Bakı qırğınları
1918
Quba qırğınları
1918
Şamaxı qırğınları
1918
Şuşa qırğınları
1918
Qafqaz İslam Ordusu
Bakı döyüşü
1918
Göyçay savaşı
1918
Araz Türk Cümhuriyyəti
1918-1919
Muğan Hərbi Diktaturası
1918-1919

Müasir Azərbaycan
İlk Azərbaycan Respublikası
1918–1920
Batum konfransı
1918
Muğan Sovet Respublikası
1919
Ermənistanla müharibə
1918–1920
Azadıstan
1920

Müasir dövr
SSRİ dövrü
Azərbaycan SSR
1920–1991
Qarabağ üsyanı
1920
Gəncə üsyanı
1920
Moskva müqaviləsi
1921
Qars müqaviləsi
1921
Stalin repressiyaları
1920-1950
Dağlıq Qarabağ Muxtar Vilayəti
1923
Naxçıvan Sovet Respublikası
1924
Azərbaycan Milli Hökuməti
1945-1946
II Dünya müharibəsi
1941-1945
Azərbaycan legionu
Deportasiya
1947–1988
Sumqayıt hadisələri
1988
Meydan hərəkatı
1988-1991
Qarabağ müharibəsi
1989–1994
Qara Yanvar
1990

Müstəqillik dövrü
Azərbaycan
1991-ci ildən
Naxçıvan
1991-ci ildən
Xəzərin statusu
1991-ci ildən
Talış-Muğan
1993
Dağlıq Qarabağ
1994-cü ildən
Qarabağ müharibəsi
1988-1994
Xocalı soyqırımı
1992
Gəncə hadisələri
1993
Mart hadisələri
1995
İkinci Qarabağ müharibəsi
2020
Böyük Qayıdış
Azərbaycan diasporu
  Azərbaycan portalı
  • b
  • m
  • r

Qədim dövr

redaktə
 
Əhrivan Təpəsi

9 min illik Kültəpə (Əhrivan təpəsi)
Yaxın şərqin ən qədimi yerləşim məkanlardan biri olan Əhrivan təpə, Salmas şəhərinin şimal Qərb bölgəsində yer almışdır. Kültəpənin qazıntılarında tapılmış arxeoloji materiallar, salmasın qədim yaşayış mərkəzi olduğunu sübut edir. Bu təpənin böyük bir ərazidə yer aldığı, o çağlarda şəhər əhalisinin çox olduğundan xəbər verir.[5]

Tə'süflə Şəhərin genişlənməsi ve təpənin ətrafında bina tikmə gedişi, onun təxribinə ve bu dəyərli tarixi əsərin günü gündən aradan getməsinə səbəb olubdur. Bu tarixə qədər Əhrivan təpəsinil araşdırmaq və onun qidmətini dəqiqləşdirmək üçün gözəgəlim araşdırma olmayıbdır.

Aratta Dövləti

 
Arattanın təxmini yeri

Aratta Şəhər-Dövlətinin dəqiq sərhədləri bəlli olmasa da bəzi tətqiqatçıların dediyinə görə Urmu gölü ətrafında yerləşirdi.[6] Bu barədə Şumer lövlərində belə yazılır; "Aratta dağ ucalığında inşa edilmişdir. Yeraltı sular Arattanın suya olan tələbatını təmin edir. Aratta yolu üzərində, Hurum dağında Lugalbanda xəstələnər".[7]

 
Qarnıyarıq dağı

Salmasın cənubunda yerləşən Zincir qala dağı üzərində qurulduğu üçün bəlkədə Şumer kitabələrində adı çəkilən Arattadır və yenədə Salmasın cənubunda olan Qarnıyarıq dağından(Üç Qardaşlar dağı), məntəqənin qədim əhalisi, bu dağı qullanaraq yeraltı sularından əkin yerlərini suvarırdılar.

Başqa bir diqqət çəkən məsələ; Salmasın qərbində olan Ərəvil dağıdır. Ərə+vil adında gələn "Ərə", "Ara+tta"daki "Ara" və ya Ərəttə dəki "Ərə" ilə eynidir. Tohid Məlikzadə i Dilməqani Ərəttə adının Ərə+dağ tərkibindən yaranmış olabiləcəyindən söz edir.[8] və bu baxış, Arattanın dağlıq bir məntəqə olduğuna baxaraq coxda qeyri-adi nəzərə gəlmir.

Samuel Noah Kramer sərşünas Şümer tarix yazarı deyir ki; "Van gölü yaxınlarında yaşayan Hürrilərin ilk yurdunun Hurum dağı olduğunu var saymaq məntiqsiz olmadığı üçün də Hurum dağının Urmiya gölü yaxınlarında, hətta daha şərqdə olduğu sonucuna vara bilərik. Əslində Enmerkarın Aratta səfəri bir ölçüdə II Sarqonun 2 min ildən daha cox bir sürə sonra (e.ə. 714) Manna ölkəsinə etdiyi səfər ilə qarşılaştırıla bilər. əcibdir ki, bu səfərin hikayəsi də Aratta adlı bir ırmağın aşılmasından söz etməkdədir. Bu isimsə bəlkə də Aratta şəhərinden qalmadır."[9]

Antik Təpələr

 
Girdəsərə Təpəsi
 
Salmasda kəşf olan Qutti hökümdarının heykəli[10]


 
Salmasda kəşf olan Qutti hökümdarının heykəli

Salmasda Antik Təpələrinin Arxeologiya araşdırmaları bu şəhərin müxtəlif dövrələrdə yaşayış mərkəzi olduğundan xəbər verir. Müxtəlif dövrələrə aid olan Antik Təpələr ve onlardan əldə edilən tarixi əşyalar, o cümlədən; saxsı qablar, küzə, gil küpələr, boyalı qablar, kasa, çölmək və s. bu bölgənin Sumerlər zamanından mədəniyyətin icad olduğu və sonralar Qutti, Hurri, Manna və Urartunun bu torpaqlarda iz buraxdığını göstərməkdədir.

Salmas ərazisində qeydə alınmış antik təpələr:

1- Əhrivan Təpəsi (Kül Təpə)
2- Girdəsərə (Muğancıq Təpəsi)
3- Həftivan Təpəsi
4- Həmzəkəndi Təpəsi
5- Şorik Təpəsi
6- Hödər Təpəsi
7- Qabaq Təpə
8- Diriş Təpəsi
9- Pəyəcük Təpəsi
10- Gavır Qala
ve s.

Urartular dünyadaki süni suvarma sisteminin ilk yaradıcıları

Assuriya İmperyası yaranırkən və Muzdlu döyüşçüləriylə böyük ordular yaradıb yeni Mədəniyyətin qurulmasına ilərlərkən; Mesopotamiyada qiymətli daş, cəvahirat və binalar üçün işəgəlim daş mənbələrin azlığına görə, şimal və qərbdəki dağlıq bölgələrə yönəldilər. O cümlədən Salmas bölgəsinin dağlıq olduğuna görə Assuriyalılar dəfələrcə bu əraziyə hücum eddilər.

 
Gilzan bölgəsi Urartu tərkibində

Assuriyalıların hər hücumunda yerli əhalini Qətliam edib bəzilərini əsir tuturdular və bölgənin Etnik quruluşunu dəyiştirmək və aralarındaki bağı qırmaq amacıyla yerli əhalini sürgünə göndərirdilər və onların yerinə başqa etnik və ya Assuriyalı yerləştirirdilər.[11] Xosrava kəndindəki yaşayan Assuriyalılarda həmin dövrələrlə ilgidə olmalıdır.
Assuriya lövhələrində Urmu gölünün qərbi bölgəsi Gilzan adlandırılıb. Bu ad Salmas kəndlərindən biri olan Gülüzan ve ya Gülzan kəndi adına çox bənzəyir. Gilzan hökümdarı e.ə.823 də _Assuriya hücumlarına qarşı_ Urartu ölkəsinə qoşuldu.[12]. Bu məsələ Salmas bölgəsində Suvarma sisteminin gəlişməsinə səbəb oldu. O zamana aid olan _Urmu gölü ətrafındaki Uləhu şəhəridə böyük ehtimalla Salmas kəndlərindən biri olan Ülə kəndi olmalıdır. Edwin Wright (?) o cümlə araşdıranlardandır ki Uləhu şəhərinin yerini Salmas bilir. O, Romalıların sənədlərində adı keçən Chiliacomos bölgəsini həmin Salmas bölgəsi olaraq bəyan edir.[13] Bu bölgədə ilgi çəkən başqa bir məsələ; Chiliacomos bölgəsinin anlamı "minqəsəbə" (min+qəsəbə) olaraq qeyd olub və əcibdir ki bu, Salmas kəndi olan Minasda da (min+as) eyni şəkildə görünür.

E. ə. IX əsrdə Urmiya rayonunun qərbində mühüm bir siyasi qurum çar II Tukulti-Ninurtanın (e.ə.890–894) səlnamələrində adı ilk dəfə çəkilən Gilzan dövləti idi.[14] Aşşurnasirapalın Zamuaya qarşı yürüş etdiyi zaman Gilzan Xubuşkiya və Hartiş ölkələri ilə birlikdə Assurlara fidyə verərək qarətlərin, dağıntının, kütləvi qırğının qarşısını almışlar. Assuriya hökmdarlarının Gilzan üzərinə çox tez-tez yürüş etmələri bu ölkənin Assurlar üçün necə böyük əhəmiyyətə malik olduğunu göstərir. Ölkəni çarlar idarə edirdilər. Burada e. ə. IX əsrin birinci yarısında və ortalarında Asu, sonra isə Upu hökmdar idi.[15][16] Uzun müddət hökmranlıq etmiş Asu e. ə. 856-cı ildə III Salmanasarın (e.ə.859–824) pişvazına "öz qardaşları və oğulları ilə birlikdə" çıxır. Bu, sübut edir ki, Asu artıq tayfa başçısı deyil, suveren irsi hökmdardır. III Salmanasarın (e.ə.859–824) Gilzandakı məbədə zəfər sütunu stelasını qoymağına baxmayaraq Assurlar elə bu dəfənin özündə də ölkəni qarət etməmiş, fidyə olaraq davar, qara-mal, at, ikihürgüclü dəvələr, şərab və s. almaqla kifayətlənmişdilər.[17] IX əsrin axırlarında güclənmiş Urartu dövləti Gilzanı işğal edib öz ərazisinə qatdı.[18]

Madaylar dövrü

Əhəmənilər dövləti dövrü

Makedoniyalı İsgəndər dövrü

Atropatena dövləti
Atropatena tərkibində olan Salmas şəhəri Strabon yazılarında e.20 ci ilində Simbasa və ya Simbaka şəkildə adı qeyd olunubdur. Bu bölgənin hakimiyəti sürəkli olaraq Roma İmperiyası ilə Atropatena dövləti arasında dəyişilirdi, buna görədə Salmas böyük xəsarətlərə məruz qaldı.[19]

Arşakilər dövrü
Rəhim Rəisniya kitabinda, Vladimir Minorskidən istinad edərək Salması Arşakilər və Sasanilər dövründəki Persarmenia bölgəsinin bir qismi olaraq qeyd edir.[20].

Orta əsrlər

redaktə

İslamdan öncə

redaktə

Xantəxti Qabartması

 
Salmasın Xantəxti qabartması
 
Salmasın Xantəxti qabartması yaxın nimadan
 
Salmasın Xantəxti qabartması tərrahisi

Urmiya caddəsində Xantəxti kəndinin yaxınlığında Çavuş Dağında həkk olunan bu qabartma İran tarixçiləri düşüncəsiylə Sasani şahı I Ərdəşirə (224–242) aiddir və Roma İmperiyası Severus Alexander (222–235) üz verən döyüşü qazanıb, Yerli Ermənilərin(?) I Ərdəşirə hədiyə verdiyini ifadə etməktədir.[21]

Ancaq qabartmadaki adamların geyinişi ilə üzlərinə diqqət edincə və Sasanilərin digər qabartmalarıyla müqayisə edincə bu qabartmanın daha əsgi bir mədəniyyətə ait olduğu gözə çarpmaqdadır. və belə nəzərə gəlir ki bu əsər Sasanilərdən daha öncəki mədəniyyət Arşakilərə və ya hətta onlardan da öncəyə ait ola bilər. Hər halda bu məsələnin aydınlaşması üçün tərəfsiz bir araşdırma ekibi qabartmanın dəqiqən hansı dövrəyə ait olduğunu uzə çıxaracaqdır.

Dr.Tohid Məlikzadə bu barədə yazır ki; "qabartmada I Ərdəşirə (224–242) hədiyə verən yerli əhali ProtoTürklər olmalıdırlar."[22] Təbiidir ki Böyük Ermənistan idyası var olduqca qərəzli tarixçilər Azərbaycan torpaqlarında ProtoTürk əhalisinin mövcud olduğunu qəbul etməyəcəklər.

Kilsələr

 
Salmasın kilsələri

Şimali Azərbaycanda olduğu kimi Cənub şəhərlərindədə Xristyanlıq İslamdan öncə və islamın ilk əsrlərində Azərbaycan cəmiyətinin arasında yayqınıydı. Albanyalıları xristiyan dinini qəbul etmiş bir ProtoTürk ölkəsi qəbul etdiyimiz kimi, Salmas şəhərindəki kilsələridə ProtoTürk mədəniyyətindən miras qaldığı quşqusuzdur. Tarix boyunca Roma İmperiyası ilə Arşakilər və sonrası Sasanilər İmperiyası arasında defələrcə əldən ələ edilən bu bölgə, dinsəl binalarla dolu olması olduqca normaldır. Salmas şəhərində heç bir kilsə görməsək belə ətrafdaki bölgəsində bir bollu kilsə gözə çarpmaqdadır.

o cümlədən;
Həftivan Kilsəsi
Qızılca Kilsəsi
Marıyaqub Kilsəsi
Əsgi Kilsəsi
Vang Kilsəsi
Qələsər Kilsəsi
Bağçacik Kilsəsi
Diriş Kilsəsi və s.
(Yerli əhali bu kilsələri Xristian ibadətgahı olduğuna görə Erməni kilsəsi adlandırar hal buki Salmasın Xosrava kəndində Asorlu cəmiyyəti yaşayır və Salmas əhalisi onlarıda Erməni adlandırır. Əslində bu yanlışlıqla Xristian sözünün yerini almışdır və beləliklə qədimdən miras qalan bu kilsələr, Ermənilər yox, bəlkə o çağlarda bölgədə yerli əhali arasında yayqın olan Xristyan dinini daşıyan ProtoTürk cəmiyyətinə aitdir.)

Göytürk xaqanlığı dövrü

 
GökTürk tərkibində Xəzərlər e.488 də

Bəlazuri Fütuhul Büldan əsərində belə yazır:(Sasanilərin şahı I Qubaddan (488–531) öncə) "Cürzan ile Arran, Xəzərlərin əlindəydi."[23] "Xəzərlər hududları geçərlər ve basqınlarda bulunarlar; Zaman zaman da Deynəvərə qədər ilərlərdi."[23]
Deynəvər şəhəri indiki İranda Kirmanşah ostanında yer alırdı. Beləlikə Xəzərlər Cənubi Azərbaycan ərazisinədə enirdilər ve Salmas şəhəridə bu məsələdən kənarda qalmırdı.1940 lara qədər Salmasın Köhnəşəhər"ində yaşayan Yəhudilərdə həmin məsələni təsdiq etməkdədir.

E.614 cü ilində Sasanilər Yerusəlimə hücum eddikdən sonra Bizans imperatoru I İrakli (610–641) Göytürk xaqanlığı tərkibində olan Xəzərlərlə ittifaq müqaviləsi bağlayaraq Sasanilərə qarşı e.622 ci ilində hücuma keçtilər. Xəzərlər 40 min atçıyla hücumda iştirak edərlər və Urmiya şəhəri yaxınlıqlarına qədər yerləri talanlayıb ilərlədilər. Xəzərlərin böyük qismi yerli əhaliyə qarışıb bölgədə məskən tutarlar.[24]

İslamdan sonra

redaktə

Azərbaycanın şimal vilayətlərində olduğu kimi, cənub vilayətlərində də bir sıra görkəmli şəhərlər var idi. İbn Xordadbeh bunlardan Marağa, Miyanic, Ərdəbil, Varsan, Sisrə, Bərzə, Səburxast, Təbriz, Mərənd, Xoy, Gülsərə, Muğan, Bərzənd, Cənzə, Əbərviz, Cabrvan, Nəriz, Urmu (Zərdüşt şəhəri), Səlmas, Şiz (burada atəşkədə olmuşdur) şəhərlərini göstərir[25]

Haqqında IX–X əsr müəlliflərinin məlumat verdikləri Səlmas Azərbaycanın qərbində, Anadolu torpaqları ilə sərhəd ərazidə yerləşir. Səlmas, Xoy ilə birlikdə, Azərbaycanda İslamın ilk qəbul edildiyi şəhərdir. 639-cu ildə Van gölü ətrafındakı Ərməniyyə torpaqlarının fəth edən İyaz ibn Ğənəm (ا) bir müddət sonra Xoy və Səlmas şəhərlərini də ələ keçirmişdi. əl-Vaqidi (747–823) yazır ki, az bir qismi istisna olmaqla Xoy və Səlmas əhalisi İslamı qəbul etmiş və bu dini öyrənmək üçün müsəlmanlardan müəllimlər istəmişlər[26]

IX–X əsr coğrafiyaşünas və səyyahları Səlmas haqqında, ətraflı olmasa da, məlumat verirlər. Görünür bu dövrdə Səlmas elə də böyük olmayan, ölkənin siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynamayan şəhər idi. XIII əsr müəllifi Yaqut əl-Həməvi isə Səlmasın moğol işğalçıları tərəfindən demək olar ki, tamamilə dağıldıldığını bildirir[27]

Həmidullah Qəzvininin verdiyi məlumatlardan Elxanilərin hakimilyəti illərində Səlmasın dirçələrək abadlaşdığını öyrənirik. Müəllif şəhərin dağılmış qala divarlarının Elxanilərin vəziri Tacəddin Əlişah Təbrizi tərəfindən bərpa edildiyini və Səlmasın qala duvarlarının uzunluğunun 8000 addım (6,43 km) olduğunu yazır. O, Səlmas əhalisinin qatı dindar sünni olduğunu yazır[28]

Müsəlmanların ilk gəlişi

Rəşidi xilafəti dövründə Ömər ibn Xəttabın göndərdiyi Utbə b.Fərqədin əmrində olan Müsəlman"ların ordusu Mosuldan Azərbaycana doğru hərəkət edər. e.641 cı ilində Urmiya, Salmas və Xoy şəhərlərini ələ keçirərlər.[29] Bəlazuri belə deyir: "Muâfi b.Tavus və Mosul xalqı şeyxləri yoluyla rivayət edilmiştir: Urmiyə, Mosul fəthlerindəndir; burasını Utbə b.Fərqəd (عتبة بن فرقد السلمي) fəth eddi. Buranın xəracı, Mosula gəlirdi; Huvr, Xuveyy ve Sələmasda eyni durumdaydı. Muâfi bunları söylədi: Men, Utbənin Azərbaycan valisi ikən burasını fəth ettiyini eşitdim; Allah, ən iyi biləndir."[30]

VII əsrin ortalarında Salmas əhalisinin mədəniyyəti və dili

Müsəlman Ərəblərin Azərbaycan torpaqlarını ələ keçirmədən öncə, Azərbaycan xalqının ümumi dilinin təşəkküllənmə prosesi təkmillənmişdi, əgər Türk dili Azərbaycannın vahid dili olmasaydı; Ərəblərin istilası dövründə Ərəb dili dinsəl, hərbi və ədəbi dəstəyiylə yerli əhalinin dillərini rahatca aradan aparardı. Necəki Yaxın Şərqin çoxlu yerlərində, Ərəb dili yerli dillərinin aradan getməsinə səbəb oldu.[29]
Buna baxaraq Ərəblər Salması ələ keçirəndə Türk dilli bir əhaliylə üzləşdilər.

Xürrəmilər hərəkatı dövrü

 
Hərəkatın başladığı, əhatə etdiyi əraziləri və əsas döyüş yerləri

E.817 ci ildə Babək Xürrəmilər hərəkatı başına keçər və Azərbaycan torpaqlarını o cümlədən Salmas şəhərini öz tabeiyəti altına alar. E.823 Əli b.Sədəqə (Zəriq) Babək qiyamını aradan qaldırmağa mənsub oldu. Bir neçə il öncə Babası Sədəqə Urmiya və onun yaxın şəhərlərini ki Səlmasda onlardan biriydi, geri aldı.[31]

Sacilər dövrü (889–929)

Salarilər dövrü (919–1062)

Salarilər hökümdarı Mərzban ibn Məhəmməd (941–957) Azerbaijan valisi Deysəm ibn İbrahimə (935–942) qələbə edərək, Azerbaijanda Siyasi iqtidarı ələ keçirdi. Salmasın hakimi Əbu əl Heyca (944–960) (ابوالهیجاء) Deysəmin (935–942) məğlubiyətini görüb Salar adına xütbə oxudu və onun hakimiyətini qəbul etdi.[32]

E.945 cı ilində Mosul Həmdanilərin hökümdarı Nasir əd-Dövlə (929–969) əmioğlusu Hüseyn b.Səidi böyük bir qoşunla Azərbaycanı təsərrüf etmək üçün göndərdi. Hüseyn b.Səid qoşunuyla Salmas şəhərini ələ keçirdi. Bu xəbər; Azərbaycanın şimal bölgəsində işqalçı Ruslarla döyüşdə olan Salarilər hökümdarı Mərzbana (941–957) çatır və o Salmasa doğru yola çıxır. Hüseyn b.Səid Salmas şəhərinin duvarları arxasında qalaraq Mərzbanı (941–957) gözlür. Bu arada Abbasilər xilafətinidə əmir əl-üməra Tuzunun (943–945) öldüyünə görə Bağdadı təsərrüf etmək niyyətində olan Nasir əd-Dövlə (929–969), əmioğlusu Hüseyn b.Səidə məktub yazaraq geri dönməsini əmr edir. Belaliklə Salmas şəhəri yenidən Salarilər elinə keçir.[33]

Mərzban (941–957) 948-ci ildə həbs olunandan sonra Vəhsudan (941–967) Deysəmə (935–942) ordu verərək Azərbaycanı Büveyhi işğalından azad etmək üçün göndərmişdi. Mərzban (941–957) həbsdən qurtulan kimi Deysəmə (935–942) hücum etmiş, Azərbaycanı geri almışdı. Əvvəlcə Bağdada, sonra isə Həmdanilərə qaçan Deysəmə (935–942), sonuncuların köməyi ilə 956-cı ildə Salması ələ keçirmişdi. Deysəmə (935–942) yenə Vaspurakana qaçdısa da həbs edilərək Mərzbana (941–957) göndərildi və onun tərəfindən edam olundu.[34]

Rəvvadilər dövrü (955–1071)

Səlcuq İmperyası dövrü (1037–1194)

e.1053 də Toğrul bəy Azərbaycanda hakim olan Rəvvadiləri Səlcuq imperiyasına bağladı. e.1063 də Bizans İmperiyası dəstəyiylə bölgədəki yerli Xristian əhali Azərbaycanın qərbinə hücum etməyə başladı. Lakin bu ordular Salmas Sərhədlərindən püsgürüldü və Səlcuqlular qərb və şimalda ilərləyərək torpaqlarını Gürcüstana qədər genişləndirdilər.[35].

Eldənizlər dövrü (1136–1225)

Səlcuq imperiyası zəiflədiyinə görə şimali Azərbaycanda Gürcülər hərəkətə keçib torpaqlarını genişlətməyə başladılar.Azərbaycan Atabəylər dövləti (Eldənizlər) Gürcüləri dayandırmaq üçün onlara hücum edərlər və onları Azərbaycan torpaqlarından qovarlar.[36]

Eldənizlər hökümdarı Qızıl Arslanın (1186–1191) Həmədanda olmasından istifadə edən Səlcuq imperyasi sultanı III Toğrul (1176–1194) öz qoşunu ilə Uşnu, Xoy, Urmiya və Səlmas şəhərlərinə soxulub, hər yeri talan etdi[37] və Səlahəddin Əyyubiyə (1174–1193) müraciət edərək, yardım göstərməsini xahiş etdi. Səlahəddin (1174–1193), Qızıl Arslanla (1186–1191) III Toğrulu (1176–1194) barışdırmağa cəhd göstərsə də bu heçbir nəticə vermədi. Əvvəl barışığa razı olan III Toğrul (1176–1194), yenidən Qızıl Arslanla (1186–1191) müharibə etmək qərarına gələrək, 1190-cı ilin oktyabrında Qızıl Arslanın (1186–1191) üzərinə hücuma keçdi. Qızıl Arslan (1186–1191) digər rəqibi İnanc xatunun oğulları ilə barışıq imzaladı, onları öz yanında xidmətə götürdü və nəhayət mərhum qardaşının dul qalmış arvadı İnanc xatunla evləndi. Beləliklə yalnız bu tədbirlərdən sonra 1191-ci ildə III Toğrulla (1176–1194) qarşılaşan Qızıl Arslan (1186–1191) Sultanı məğlub edərək həbsə atdı.[38]

Xarəzmşahlar dövləti dövrü (1077–1231)

1221 il noyabrın 24-də Xarəzmşahların son hökümdarı Cəlaləddin Mənguberdi (1220–1231) Çingiz xana (1206–1227) məğlub olaraq Hindistana qaçmışdı. 1225 ildə Eldənizlərin son hökümdarı Özbək Müzəffərəddini (1210–1225) məğlub edərək Azərbaycanı (Şirvandan başqa) işğal etmişdi. Bu hadisədə Cəlaləddin (1220–1231) Təbrizi mühasirə edərkən Özbəklə (1210–1225) bir anlaşma geçirdi. Bu anlaşmada Özbəkin həyatyoldaşının mülkləri Salmas, Xoy və Naxçıvanda qorunmalıdır diyə qeyd oldu. E.1226 cı ildə Cəlaləddin (1220–1231) Əxlat şəhərini mühasirə etdi bu arada Yıva türkmənləri fürsəti qənimət sayıb Salmas və Urmiyaya hücum edərək bu şəhərləri və bir neçə ətraf kəndləri işqal etdilər. Cəlaləddin (1220–1231) Əxlatın mühasirəsini bıraxdı və Salmasa gəlib Yıvalıları bu geri qaytardı.[39] 1231 ildə Monqollar yenidən Təbrizə soxuldular; Döyüşdə məğlub olan Cəlaləddin (1220–1231) Qərbdə Salmasa doğru qaçdı və Monqolların qorxusundan dahada qərbə qaçaraq sonunda Diyarbəkirin (bugünkü adıyla Silvan) Meyyâfâriqînə geri çəkildiyində bir iddə yolkəsən tərəfindən olduruldu ve Harzem kəndində dəfnedildi.

Monqolların hücumu

redaktə

Atabəy Özbəyin (1210–1225) hakimiyyətinin və Eldənizlilərin son dövründə Monqolların Orta Asiya, Orta Şərq və Qafqaza birinci yürüşü gerçəkləşdi. Cəbə Noyon və Subutay Bahadırın[q 1] komandanlığı altında Monqollar Xorasan və İraqi Əcəmin torpaqlarından keçərək 1221-ci ildə yanvar ayında Təbrizə gəldilər. Atabəy Özbək (1210–1225) Monqollara elçi göndərib barışıq imzalamağı təklif etdi. Monqollar Təbriz qarnizonlarındakı Xarəzmlilərin onlara təslim edilməsini istədilər. Atabəy Özbək (1210–1225) Xarəzmlilərin bir hissəsini özü öldürtdü, qalanını da Monqollara göndərdi. Bunun xaricində Özbək (1210–1225) onlara təzminat olaraq pul, paltar və mal-qara da verdi.[40]
Eyni ildə Monqollar Cəbə Noyon komandanlığında Salmasa yürüş etdi. Salmas əhalisi Monqolların hakimiyəti altına girməyi qəbul etmədilər, buna görədə Monqollar Salması yıxıb-yaxdılar.[39] 1231 ildə Cəlaləddini (1220–1231) məğlub eden Monqollar Salmas şəhərinidə torpaqlarına əlavə etdilər.

Elxanlılar dövrü (1256–1353)

 
Qırxlar adası (Kazim Daşi)
 
Mirə Xatun türbəsi

Çingiz xanın (1206–1227) nəvəsi və Elxanilər dövlətinin qurucusu, Hülakü xan (1256–1265) 1255-ci ildə Orta Şərqdə torpaqların fəthini bitirmək məqsədiylə qardaşı Mengü xan (1251–1259) tərəfindən bölgədəki ərazilərin hökmdarı təyin edildi. e.1258 ci ilində Hülakü xan (1256–1265) Bağdadı fəth edərək Abbasilər xilafətinə son verdi. O Bağdadın fəthindən ələ gələn qənimətləri Azərbaycana daşıdı. Qənimətlərin Bir bölümünü Mengü xana (1251–1259) göndərdi, qalanıysa Salmasın güneydoğusunda yer alan Qırxlar adasına (Kazım Daşına) gömdü.[41]

Elxanlılar dövrünə vəzir olan Tacəddin Əlişahın həyat yoldaşı Mirə Xatunun məqbərəsi (e.1310), Salmasın qərbində Köhnə Şəhər yaxınlıqlarında Mirə Türbəsi olaraq tarixçilər tərəfindən qeyd olunmuşdu. Bu türbə Dilman Zəlzələsində (1930.05.07) yıxılıb aradan geddi.[42]

Çobanilər dövrü (1335–1357)

Cəlairilər dövrü (1335–1432)

Teymurilər dövrü (1370–1507)

Qaraqoyunlular dövrü (1375–1468)

1431 də Azərbaycanda qıtlıq Salmas əhalisinin bir qısmını köçməyə məcbur eddi. Qaraqoyunlularla Teymurilərin Azərbaycanda sürəkli döyüşləri, kəndlər və əkinəcək yerləri aradan aparmışdı və ticarəti bozqun vəziyata getirmişdi.
1428-ci ildə Teymurilər hökümdarı Şahrux (1405–1447) sərkərdə Əliyə Kükəltaşın başçılığı ilə Azərbaycana qoşun göndərdi. 1429-cu ilin mayında isə Şahrux (1405–1447) tərkibində Şirvan qoşunları da olan 100 minlik süvari qoşunla Qaraqoyunlu hökümdarı İsgəndərin (1420–1436) üzərinə yeridi və onun qoşunlarını Cənubi Azərbaycandakı Salmasın həndəvərində darmadağın etdi.[43]

Ağqoyunlular dövrü (1378–1501)

Erkən müasir dövr

redaktə

Səfəvilər dövrü (1501–1736)

Osmanlı İmperiyası və Səfəvilər arasındaki yüzlərcə il savaş, Salmas şəhərinin iki ölkənin sərhəd toraqlarında yer almasına görə hər iki tərəfin qoşunlarının at gəzdirmək meydanına dönüşmüşdü. Rəsmi bir savaş olmayan günlərdə belə sərhəddə yaşayan Köçəri tayfalar döyüşün alovlanmasına nədən olurdular. Şah İsmayılın (1501–1524) Salmas və Xoydaki huzuru, sərhəd Köçərilərin talanlarının qabağını alsada 1502 də Şah İsmayılın (1501–1524) ölkənin cənubuna hərəkət etdiyindən xəbərdar olan Köçərilərin sərkərdəsi Sarım Xan baş qaldırdı və 40 minlik bir orduyla Urmia və Salması ələ keçirib Təbrizə doğru yola çıxdı. Şah İsmayılın (1501–1524) qardaşı İbrahim Təbrizi qorumaqdaydı. O Təbrizi olacaq döyüş təhlükəsindən uzaqlandırmaq hədəfiylə yola cıxdı və Salmas yaxınlıqlarında iki qoşun savaşa girdi. Savaş sonucunda Sarım Xan öldürüldü və ordusu darmadağın oldu. Bu savaşdan sonra Köçərilərin talanları çox azaldı ama arxasıca Osmanlı qoşunu bu bölgəyə yönəldi. 23 avqust 1514 ilində Sultan I Səlim (1512–1520) və Şah İsmayıl (1501–1524) arasında üz verən Çaldıran döyüşü nəticəsində Salmas, Xoy və Urmiya şəhərləri Osmanlı İmperiyası təsərrüfatına keçdi.[44]

Şah Təhmasib (1524–1576) dövründə Osmanlıların sürəkli Səfəvilərə savaş açması nəticəsində Şah Təhmasib (1524–1576) paytaxtı Təbrizdən Qəzvinə daşıdı. O Osmanlıların ilərləməsinin qarşısını almaq üçün Yaxıb yıxma taktikini qullanırdı, buna görədə Azərbaycan bölgəsi o cümlədən Salmas şəhəri böyük xəsarətlərə məruz qaldı və millətin yaşamında əsas mənfi təsir buraxdı.[45]

Şah Təhmasib (1524–1576) qаrdаşı Əlqаs Mirzənin İstanbula qaçması nəticəsində iki ölkənin arası bozuldu və sərhəddəki Köçəri tayfalar yenədə talanlamağa başladılar. 1549 da Osmanlı sərhəd bölgələrində Köçərilərin sərkərdəsi Şahqulu Belilan Salmasa hücum etdi və şəhəri taladı.[46]

1635 ci ildə Osmanlı sultanı IV Murad (1623–1640) Azərbaycana hücum etdi və Salmas şəhərinədə qoşun çəkdi. Bu hücumun əlyazma nüsxəsində belə tanıdır:

  (Salmasın) üst yanında dağ ətəyində Qarnıyarıq adlı bir qala tikilib, qayət keçilməzdir və içində 15 nəfər Qızılbaş olub...[47]  

Və Övliya Çələbinin yazdığına görə:

  Salmas qalası, geniş bir çölün içərisində yerləşib. Dörd tərəfdən Urmiya, Təsuc, Qumla(Xamnə), Qarabağlar, Xoy, Mərənd, Behistan, Çors Xanlıqlarıyla qonşudur ... Qalanın duvarlarının ətrafı min addımdır ... Qalanın qərbindəki çay Penyanşi və Abaqay dağlarından gələrək neçə yüzmin bağ və bağçadan keçərək Urmiya gölünə tökülür ... Şəhər ətrafındaysa qala duvarları yoxdur, ancaq dörd tərəfdə xəndəq qazılmışdır. Üç qapısı vardır; Urmiya qapısı, Təsuc qapısı və Təbriz qapısı. Qapının böyründəki yaşayış qəsəbənin ətrafı 7 min addımdır. Şəhərdə 3 min ev, 3 məscid və 9 məhəllə vardır. 4 məhəllədə Əcəm sünnuləri və 5 məhəllədəysə Göydolaqlar yaşayır ... Çayları yeraltıyla axır.[48]  

Və birdə Övliya Çələbinin katibi Hacı xəlifə, Cəhan nima kitabında (XXI hicri) belə yazır:

  Bu qəsəbə şərqdən Dilməqan qəsəbəsinə və Urmiya gölünə, cənubdan Üşnəviyyəyə, qərbdən Hakkari dağlarına, şimaldansa Qusqun qıran gədiyinə (aşırımına) hüdudlanıb.[2]  

Üstdəki sənədlərdən belə gəlir ki; Qədim Salmas indiki Köhnəşəhərin yerində, və ya o civarda bir yerdə olmalıydı. Köhnəşəhərdə böyük bir əsgi qəbristanliğın olması bu məsələni təsdiq etməkdədir.

Əfşarlar dövrü (1736–1796)

 
1724-cü ildə siyasi vəziyyət Yaşıl — Osmanl imperiyası Narıncı — Rus imperatorluğu Sarı — Səfəvi dövləti Qara — Əfqan üsyanı

Osmanlı İmperiyası və Səfəvilərin uzun sürə savaşları nəticəsində Salmas şəhəri əsasi xəsarətlərə məruz qaldı və yerli əhalinin böyük qismi doğma yurdlarını tərk etməyə məcbur qaldılar. Eləki Nadir şah Əfşar (1736–1747) dövründə Salmas şəhərindən yalnız bir ad geriyə qalmışdı. Bu dövrdən bəri Dilman qəsəbəsi inkişaf etməyə başladı ama bölgənin adı Salmas olaraq davam etdi.[49]

Əfqan kökənli Hotaki dövləti Səfəvilərə qələbə çaldıqdan sonra 1724 də Osmanlı İmperiyası və Rusiya imperiyası arasında imzalanan İstanbul müqaviləsi əsasında Səfəvilər torpaqlarının böyük qismi Osmanlılara verildi. Salmas şəhəridə həmin tarixdən Osmanlıya zəmimə oldu. 1732 ci il 10 yanvarda Osmanlı İmperiyasıyla Səfəvilər arasında bağlanan Əhməd paşa müqaviləsi nəticəsində Cənubi Azərbaycan torpaqları Səfəvilərə geri qaytarıldı Ama Şimali Azərbaycan, Araz çayı sərhəd olaraq Osmanlı torpaqlarına əlavə edildi.

Bu Müqaviləni qəbul etməyən Nadir şah Əfşar (1736–1747) 1734–1735 ci illərdə Şimali Azərbaycan, Şərqi Ermənistan və Şərqi Gürcüstan Osmanlılardan geri aldı. 1736 ildə Nadir Əfşar (1736–1747) özünü şah elam edir. Həmin ildə Salmas və Xoy şəhərlərində verginin çox olması nədəniylə üsyan çıxır. Nadir şah Əfşar (1736–1747) buraya qoşun çəkərək üsyanı yatıdır.[50]

Xanlıqlar dövrü (XVIII əsrin 40-cı illəri)

 
Salmas şəhəri Xoy xanlığı tərkibində

Nadir şah Əfşarın (1736–1747) ölümündən sonra Əfşarlar hakimiyətində olan torpaqlarda mərkəzi iqtidar aradan gedir və ölkə bölgəsəl idarəçiliyə (Xanlıq) keçir. Bu dövrədə Salmas şəhəri zamanla Urmiya xanlığı, Təbriz xanlığı və Xoy xanlığı idarəçiliyində idi. Urmiya xanlığı hakimi Fətəli xan Əfşar (1747–1763) bu boşluqdan yararlanaraq Salmas və bölgədəki bir çox yeri öz hakimiyəti altına gətirir.[50]

Zəndlər dövrü (1776–1796)
Şiraz şəhərində güclənən Kərim xan Zənd (1747–1779), Fətəli xan Əfşara (1747–1763) qarşı 1763cü ildə Urmiya şəhərinə yürüşə keçir və oranı ələ keçirdikdən sonra Salmas və Xoy şəhərlərinidə özünə tabe edir. Salmas idarəçiliyinə İbrahim xan Bəğayeri Xurasanini mənsub edir. Kərim xan Zəndin (1747–1779) ölümündən sonra Məhəmmədəli xan Zənd, (1779) hakimiyətə keçir və urmiyada baş qaldıran İmamqulu xan Əfşara (1772–1783) qarşı yürüş edir. Salmasın Diriş çimənində Urmiya xanlığı ordusu bir yere toplanır və Quşcu gədiyini yenerek Cəbəl çölündə iki qoşun döyüşə girdi (1783). Sonucda Urmiya xanlığı ordusu məğlub olur.[51]

Qacarlar dövrü (1789–1925)

Ağa Məhəmməd şah Qacar (1794–1797) gürcü çarı II İraklinin və Qarabağ xanı İbrahimxəlilin (1763–1806) Rusiya himayəsinə keçmək niyyətində olduqlarını eşidir. İbrahimxəlilin (1763–1806) sözsüz razılığı ilə İrakli Qacarların dədə-baba torpaqlarını – Qarabağ, İrəvan xanlıqlarını və Gəncəni rus çarına vermək istəyirdi. Gürcüstan çarının bu niyyətini Qacarlar bu torpaqların tabeçiliyində olan bir şəxsin xəyanəti və Azərbaycan xanlıqlarının daxili işinə qarışmaq kimi qəbul edirdi. Üstəlik Qacar buna əsaslanırdı ki, bir neçə əsr qabaq onun tayfasından olan çox sayda adam bu yerlərə köçürülmüş və həmin torpaqların idarəçiliyində fəal iştirak etmişdi.

Ağa Məhəmməd şah Qacar (1794–1797) 1795 də bölgəyə girdi və bu yürüşdə Tiflisi yağmalır və oranı Qacarlarlara tabe edir. Tiflis alındıqdan sonra bir çox Azərbaycanin güney xanliqlari Ağa Məhəmməd şaha (1794–1797) tabe olduqlarını bildirir. Yalnız İrəvan və Qarabağ xanları onun tabeçiliyini qəbul etmirlər. 1796-cı ilin yayında Ağa Məhəmməd şahın (1794–1797) qardaşlarının komandanlığı altında 20 minlik ordu İrəvana yaxınlaşır. Beş həftəlik mühasirədən sonra qala təslim olur və sülh bağlanır.

1797 ci ildə Ağa Məhəmməd şah (1794–1797) bir suiqəst nəticəsində öldürülür ve yenədə bölgədəki yaranmış nisbi sibat aradan gedir. Bölgədə çoxlu isyanlar üz verir. Ən önəmli İsyanlardan biri Urmiyada Məhəmmədqulu хаn (1760–1798) tərəfindən olmuşdur. Qacarların yeni şahı Fətəli şah (1797–1834) bu isyanı yatırmaq üçün Salmasa gəlib ordan Təbrizə keçir və Təbrizdəki hakimiyətini təsbit etdikdən sonra bölgədəki Xanlıqlar yenədə Qacar dövlətinə tabeliklərini elan edirlər. Fətəli şah (1797–1834) Azərbaycandaki iqtidarının sürəkliləşməsini qorumaq üçün oğlu Abbas Mirzəni Təbrizə yolladı (1799).

Eyni ildə Xoy xanı cəfərqulu xan Dünbüli (1797–1813) isyan edib Salmas şəhərinə yerləşdi. Abbas Mirzə qoşunuyla Salmasa hücum eddi. Ağziyarət kəndi yaxınlığında cəfərqulu xan Dünbülinin (1797–1813) qoşununu yendib Salmas mahalını ələ keçirdi və Pirqulu xan Qacarı Salmasa hökümdar təin eddi. Qacar qoşunu 2 aya yaxın Salmasda qaldı. cəfərqulu xan Dünbüli (1797–1813) bu sürədə dağlıq bölgələrdə və Maku qalası ətrafında qalırdı. O sonralar Rus ordusuna qoşuldu və Azərbaycana qarşı döyüşdü.

XX əsr

redaktə

Birinci Dünya Müharibəsi

redaktə

Cilovluq(Ermənilər) Faciəsi

redaktə

Dilman Zəlzələsi (1930.05.07)

redaktə
 
Dilmandan qalan tekce şəkil

İkinci Dünya Müharibəsi

redaktə

XXI əsr

redaktə

Coğrafiya

redaktə
 

Relyef və geologiya

redaktə
<mapframe>: JSON məzmunu etibarlı GeoJSON+simplestyle deyil. Aşağıdakı siyahı JSON sxemasına uyğun olaraq onu tətbiq etmək üçün bütün cəhdləri göstərir. Hamısı xəta olmaya bilər.
  • /0/query: The property query is required
  • /0/ids: The property ids is required
  • /0: Failed to match at least one schema
  • /0/title: The property title is required
  • /0/service: Does not have a value in the enumeration ["page"]
  • /0: Failed to match exactly one schema
  • /0/geometries: The property geometries is required
  • /0/type: Does not have a value in the enumeration ["GeometryCollection"]
  • /0/type: Does not have a value in the enumeration ["MultiPolygon"]
  • /0/type: Does not have a value in the enumeration ["Point"]
  • /0/type: Does not have a value in the enumeration ["MultiPoint"]
  • /0/type: Does not have a value in the enumeration ["LineString"]
  • /0/type: Does not have a value in the enumeration ["MultiLineString"]
  • /0/type: Does not have a value in the enumeration ["Polygon"]
  • /0/coordinates: The property coordinates is required
  • /0/geometry: The property geometry is required
  • /0/type: Does not have a value in the enumeration ["Feature"]
  • /0/features: The property features is required
  • /0/type: Does not have a value in the enumeration ["FeatureCollection"]

Salmas şəhəri dəniz səviyəsindən 1396 metr yüksəklikdə yerləşir.[52] Quzeydə Xoy şəhəri, güneydə Urmiya, şərqdə Şəbistər və qərbdə isə Türkiyə sınırı ilə sərhədlənibdir. Salmas şəhərinin ortasından Qurd dərəsi keçir və Şəhərin indiki əsas qismətləri qədim Dilman, Əhrivan kəndi, Təzəkənt təşkil edir. Şəhər, Şahmat xanələri şəklində düzəlib və özünə görə məxsus memarlığı vardır.

 
  Türkiyə Xoy Mərənd  
Köhnəşəhər   Şəbüstər
 
West
  Salmas  
 
East
 
  Türkiyə Urmiya Urmu gölü

İqlim

redaktə

Köppen iqlim təsnifatı əsasında, 0 °C (32 °F) izotermi istifadə edərək Salmas, Kontinental iqlimə (Dsa) sahibdir və beləliklə Yaxın Şərqdəki nadir şəhərlərdən biridir.

Salmasın iqlimi
Göstərici Yan Fev Mar Apr May İyn İyl Avq Sen Okt Noy Dek İl
Mütləq maksimum, °C 9 16 23 32 33 37 41 43 39 34 23 19 43
Maksimum orta, °C 3 4 8 15 22 28 31 32 28 21 12 4 17
Orta temperatur, °C −0,9 3,3 7,6 14,5 20,8 25,3 28,4 27,9 22,9 16,1 8,1 1,5 14,6
Minimum orta, °C −9 −8 −4 3 9 14 18 18 12 7 0 −6 5
Mütləq minimum, °C −28 −29 −27 −22 −11 4 11 8 3 −7 −22 −27 −29
Yağıntı norması, mm 0,52 0,32 0,43 0,8 1,12 0,86 0,26 0,26 0,22 0,94 0,88 0,64 7,25
Mənbə: "Weather Trends 360".[53] "Weather Underground".[54] "World Weather Online".[55]


Dağlar

redaktə

Salmasın önəmli dağları;

  • Ərəvil dağı
  • Sarı çiçək dağı
  • Qızıldağ
  • Avqan dağı
  • Qarnıyarıq dağı
  • Palantökən dağı
  • Qabaqtəpə
  • Pirçavuş dağı

Çaylar

redaktə
 
Zolaçay, Salmas və Xosrava yaxınlığında

Salmasın cənubundan keçən önəmli çayı Zolaçaydır, Türkiyə ilə sərhədindəki dağlarda yüksələn Salmas Düzü boyu cənub-qərbə doğru axır. Çay, 846 km²lik bir toplam sahəyə malikdir.[56] Çay suvarma məqsədilə bəndlənmişdir.[57] Səddin hündürlüyü 83m, eni 287m olub mərkəzi gil nüvəsinə malik ərazi qaya bəndindən keçirilmişdir. Bənd 85 milyon m³ su tutur.[58] Ondan sonra Derik çayı, Arzın çayı (indi quruyub) və Xorxora çayı (Zolaçaya qarışır) vardır. Bu çayların hamısı Urmiya Gölünə axır.

Görməli yerlər

redaktə

Xan-Taxtı daş kitabəsi

redaktə

Bu kitabə Salmas dan 15 kilometr güney də,Urmiya yolunun üzərində və Pirçavuş dağının üstündə yerləşir.Kitabə Sasanilərin Azərbaycanı işğal etdiyi dönəmə aid olaraq, onların Roma imperiyasına qalib gəlmələrini təsvir edir.[59]

Həftvan kilsəsi

redaktə

Səfəvilər dönəminə aid olan bu kilsə Həftvan kəndində yer alır və kilsənin tikilişində qara maqmatik süxurlar dan geniş istifadə edilib.Kilsə 1930-cu ilin zəlzələsində xəsarətlər alsa da, sonradan bərpa olunub.[59]

Şıx hamamı

redaktə

Təsuci hamamı kimi də tanınan bu hamam Salmasın mərkəzi hissəsində yerləşərək,1930-cu il zəlzələsindən sonra tikilib.Hamamın üstü 7 qübbə ilə örtülmüşdür.[59]

Çəhriq qalası

redaktə

Qalanın tikintisində əsasən daşdan istifadə olunuraq,Salmasın qərbində və Zolaçayın yaxınlığında dır.[59]

Əhrəncan təpəsi

redaktə

Şəhərin içində yerləşən bu təpə 7000 il qidmətə malik olaraq, orta-şərq də insanların ilk yaşadığı yerlərdən biri kimi də adı çəkilir.Keçmişdə təpənin sahəsi çox olsa da,baxımsızlıq dan onun böyük bir hissəsi aradan gedib.[59]

Köhnəşəhər imamzadə türbəsi

redaktə

Salmas dan 8 kilometr aralı Təzəşəhər (keçmişki Köhnəşəhər) də yerləşir.Türbədə şiələrin 10-cu imamı olan Əli ən-Nəqi nin soyundan olan neçə nəfərin dəfn edildiyi deyilir.[59]

İstisu müalicəvi bulağı

redaktə

Bu bulaq Urmiya yolunun yaxınlığında, azərbaycan türklərinin qolu olan Kürəsünnülərin yaşadığı İstisu kəndində yerləşir.[59]

Xorxora şəlaləsi

redaktə

Şəlalə 80 metr dərinliyi olan çökəklikdə, Şorgöl kəndindən sonra və Salmasdan 22 kilometr cənub-qərb də yerləşir.[59]

Əhalisi

redaktə

Demoqrafiyası və etnik tərkibi

redaktə

Rəzmaranın farsca Fərhəngi Coğrafiyayi kitabı əsasında Salmas 1959-cu ildə 11,000 nəfər əhalisi olaraq şiə inanclı türk(azərbaycanlı)dürlər, ancaq buna baxmayaraq şəhərdə neçə xristian ailədə var ki assur dilində danışırlar.[60] İndiki Əhalisi əsasən Azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.[61][62] Asorlar Xosrava kəndində Ermənilərsə Pətəvir kəndində yaşamaqdadırlar.

Din

redaktə

Salmas əhalisinin çoxluğunun dini İslam və məzhəbi baxımdan Şiədir.[63] Bu şəhərdə yaşayan Azərbaycanlıların bir qolu olan Kürəsünnilər Sünnidirlər və yanlış olaraq bəzən Kürd adlanırlar. azlıq olaraqda Xristian vardır.

Dialekti

redaktə

Salmas əhalisinin ləhcəsi Azərbaycan ədəbi dilinə çox yaxındır və kəlmələri düz tələffüz edirlər. Ancaq ətraf kəndlər fərqli ləhcələrdə danışırlar.

Bu ləhcələri üç yere ayırmaq olar

  1. Salmas ləhcəsi
  2. Ləkistan ləhcəsi
  3. Köhnəşəhər və Kürəsinlilərin ləhcəsi

Misal üçün bəzi kələmələri belə tələffüz edirlər:

Ədəbi Salmas Ləkistan Köhnəşəhər Kürəsinli
qullab qullab qullab Kıllab qullab
milçək milçəh milçəh çibin çibin (mırçəh)
gedirəm gedirəm gedirəm gederəm gederəm
gedirik gedirix gedirih gederıx gederıx
çıxacaq çıxacax çixəcəh çıxəcax çıxəcax
alıram alıram alıram alerəm alerəm
hara? hara? hara? harə? harə?
alır alır alur aler aler
dolanırıq dolanırıx dolanürüh dolanerıx dolanerıx
nərdivan nərdivan ? ? nəvdıran
nənə nənə nənə nənə ənnə (nənə)
silkələ silkələ silkələ silkələ sıt (silkələ)

İqtisadiyyat

redaktə

Qalereya

redaktə
  •  
    Salmasda Dilgüşa qonaq evi
  •  
    Salmas bulvarı
  •  
    Millət parkında çaydan abidəsi
  •  
    Qaim meydanı
  •  
    Salmasda İmam xiyabanı
  •  
  •  
    Həftvan kəndində kilsə
  •  
    Xan Taxtı kəndinə gedən yol
  •  
    Şəhərin görünuşü

Qeydlər

redaktə
  1. ↑ Bu sərkərdənin adı Sübidey, Subatay, Sabutay Bahadır olaraq da yazılır.

İstinadlar

redaktə
  1. ↑ Əhalinin sayı
  2. ↑ 1 2 اعتماد السلطنه ، قبراط الماس فی ترجمه سلماس
  3. ↑ Z.Bayramli, B.Əzizli, Övliya Çələbinin 1654-cü il Siyahətnaməsi, Bakı, 2000, s.91
  4. ↑ Dilməqani, 2005. səh. 25
  5. ↑ http://www.irna.ir/wazarbaijan/fa/News/82927880
  6. ↑ Kramer (1963) p. 275.
  7. ↑ "Lugalbanda in the mountain cave". Etcsl.orinst.ox.ac.uk. İstifadə tarixi: 30 December 2018.
  8. ↑ Dilməqani, 2005. səh. 47
  9. ↑ Samuel Noah Kramer, Sümerler, Kabalcı yayımevi, 2002, s. 363
  10. ↑ Dilməqani, 2005. səh. 51
  11. ↑ Dilməqani, 2005. səh. 52
  12. ↑ Rəhim Rəisniya, آذربایجان در سیر تاریخ ایران (Farsca) s. 169
  13. ↑ دایرة المعارف، مصاحب ج1، ص 1327
  14. ↑ ARAB, I, 414
  15. ↑ И. Алиев. История Мидии, стр. 172
  16. ↑ Э. А. Грантовский. Ранняя история иранских племен Передней Азии. Səh. 130
  17. ↑ ARAB, I, 607
  18. ↑ И. М. Дьяконов. История Мидии, səh. 164
  19. ↑ Dilməqani, 2005. səh. 69
  20. ↑ Rəhim Rəisniya, آذربایجان در سیر تاریخ ایران (Farsca), c2 s. 926
  21. ↑ "سنگ نگاره سلماس". 2020-12-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-09-06.
  22. ↑ Dilməqani, 2005. səh. 71
  23. ↑ 1 2 Əbul-Həsən Əhməd bin Yəhya bin Cabir bin Davud əl-Bəlazuri, Fütuhul Büldan (Türkcə) (Nşr. Siyer Yayınları) Tercüme: Prof.Dr.Mustafa Fayda s. 225
  24. ↑ Dilməqani, 2005. səh. 75
  25. ↑ İbn Xordadbeh. Göstərilən əsəri, səh. 119–120.
  26. ↑ Əbu Abdullah Muhəmməd ibn Ömər əl-VAQİDİ, Fütuhü’ş-Şam, (Nşr. Ə. Əbdürrəhman), C. II, s. 169, Beyrut 1997.
  27. ↑ Mu’cəmü’l-Büldan, C. V, s. 234.
  28. ↑ QƏZVİNİ, Nüzhətü’l-Qülub, s. 87.
  29. ↑ 1 2 Dilməqani, 2005. səh. 79
  30. ↑ Əbul-Həsən Əhməd bin Yəhya bin Cabir bin Davud əl-Bəlazuri, Fütuhul Büldan (Türkcə) (Nşr. Siyer Yayınları) Tercüme: Prof.Dr.Mustafa Fayda s. 378
  31. ↑ Dilməqani, 2005. səh. 83
  32. ↑ Dilməqani, 2005. səh. 86
  33. ↑ Dilməqani, 2005. səh. 87
  34. ↑ Amedroz, Henry Frederick. (2013). pp. 449–50. The Eclipse of the Abbasid Caliphate (Vol. 4). London: Forgotten Books. (Original work published 1921), s. 179
  35. ↑ Pr.Dr.Farak Sumer, İslam kaynaklarına göre Malazgirt savaşı, Türk tarih karama, Ankara, 1988, s. 6
  36. ↑ Dilməqani, 2005. səh. 99
  37. ↑ Süleyman Əliyarlı.s.123.
  38. ↑ Azərbaycan tarixi.316.
  39. ↑ 1 2 Dilməqani, 2005. səh. 103
  40. ↑ Əkbər N.Nəcəf.s.45.
  41. ↑ Dilməqani, 2005. səh. 105
  42. ↑ Dilməqani, 2005. səh. 107
  43. ↑ Dilməqani, 2005. səh. 110
  44. ↑ Dilməqani, 2005. səh. 113
  45. ↑ Dilməqani, 2005. səh. 114
  46. ↑ روملو، احسن التواریخ s. 438
  47. ↑ haşımzadə, 17ci əsrin əvvəllərində Səfəvi_Osmanlı münasibətləri, Türkiyə qaynaqlarında, İstanbul 2001
  48. ↑ Z.Bayramli, B.Əzizli, Övliya Çələbinin 1654cü il Siyahətnaməsi, Bakı, 2000, s.92
  49. ↑ Dilməqani, 2005. səh. 130
  50. ↑ 1 2 Dilməqani, 2005. səh. 131
  51. ↑ Dilməqani, 2005. səh. 132
  52. ↑ Global Gazetter Version
  53. ↑ "Weather Trends 360". Weather Trends International, Inc. İstifadə tarixi: February 26, 2017.
  54. ↑ "Weather Underground". The Weather Company, LLC © Copyright 2017. İstifadə tarixi: February 26, 2017.
  55. ↑ "World Weather Online". Data provided by WorldWeatherOnline.com. İstifadə tarixi: June 6, 2017.
  56. ↑ Jamshid Yarahmadi, The integration of Satellite Images, GIS and CROPWAT model to investigateion of water balance in irrigated areas:A case stude of Salmas and Tassoj Plains Iran. 2003.
  57. ↑ wetland hydrology and modelling at water basin level - Data User ....
  58. ↑ Conducting of Zola Dam's Construction Arxivləşdirilib fevral 7, 2015, at the Wayback Machine.
  59. ↑ 1 2 3 4 5 6 7 8 Salmasın görməli yerləri
  60. ↑ فرهنگ جغرافیایی ایران — حسینعلی رزم آرا — جلد 4 آذربایجان — انتشارات دائره جغرافیایی ستاد ارتش — شاپور صفحه 292
  61. ↑ əhalisi:Salmasın etnik tərkibi
  62. ↑ Etnik:Salmas bölgəsinin etnik tərkibi
  63. ↑ http://www.akairan.com/iranshenasi-irangardi/azarbayjan-gharbi/9933.html

Ədəbiyyat

redaktə
  • Məlikzadə Dilməqani, Tohid. Salmasın on min illik tarixi (fars). Təbriz: Eldar. 2005. 706. ISBN 978-9649-069-91-3.

Xarici keçidlər

redaktə

[1]

 
Salmas şəhristanı
Şəhərlər
Salmas • Təzəşəhr
Dehistanlar
(qəsəbələr)
MƏRKƏZİ BƏXŞİ: Kənarporuc • Kürəsünni • Ləkistan • Zolaçay KUHSƏR BƏXŞİ: Çəhriq • Şinətal • Şəpiran
Kəndlər
Abdulabad • Abgərm / İstisu / Dərmanabad • Acvac • Ağaismayıl • Ağbərzə • Ağziyarət • Axtaxana • Axyan • Aslanik • Ayan • Baharabad • Bahik • Bağçacıq • Baləkan • Balqazan • Berüşkvaran • Bəxşkəndi • Bərgüşad • Bərəzi • Camalabad • Candar • Cəng-i Sər • Çəhriq-i Süfla • Çəhriq-i Ülya • Çaharsütun • Çiçək • Çobanlı-i Süfla / Heydərabad • Çobanlı-i Ülya • Deləzi • Derik • Derəli • Düşvan • Dustan • Dərab • Dərgah • Diriş • Dərmandek • Dərzəkünan • Əlibulağı • Aşnəq • İlyasi • Gəvlən (Kürəsinli dehistanı) • Gəvlən (Zolaçay dehistanı) • Gəbrabad • Gələşin • Gərdiyan • Gərmaviç • Gübə • Gülüzan • Gülədam • Güzik (Şəpiran dehistanı) • Güzik (Şinətal dehistanı) • Hacıcafan • Haqverən • Haplaran • Hasbaşa • Həbəşi • Hödər • Həftvan • Həmzəkəndi • Hərəkiyan • Həştərak • Hümmətabad • Xantaxtı • Xanədam • Xənəyə • Xinəvin • Xosrava • Xorxora • Qaratəpə dəmiryolu stansiyası • Kalran • Kanisəfid • Kaniyan • Kapik • Karikan • Katban • Kesis • Keşkavıc • Kəhriz • Kəlik • Kələrəş-i Bala • Kələrəş-i Pain • Kələşan • Kəngərli • Kum / Qum • Közərəş • Köçəmiş • Qabaqtəpə • Qalasər • Qaraqışlaq • Qəsrik • Qəsrik-i Süfla • Qəsrik-i Ülya • Qəzrabad • Qızılca • Qızılkənd • Lilus • Lüləkabad-i Süfla • Lüləkabad-i Ülya • Ləkabad-i Ülya • Ləşgiran • Mafikəndi • Mataxırpə • Məlhəm • Məzrayə-i Hisar • Məzrayə-i Şinətal-i Süfla • Minas • Mirabad • Moğul • Muğancıq • Nızrava • Ortanis • Ülə • Pətəvir • Piyəcik (Zolaçay dehistanı) • Pikəçik (Kürəsünni dehistanı) • Pirmənd • İrkava • Sərəmerik • Sarna • Sədəqiyan • Sinci • Silav • Sivədar • Siyavan • Sufiabad-i Süfla • Sultanəhməd • Susanabad • Sürə • Şeydan • Şəkəryazı • Şəmrin • Şinətal-i Ülya • Şirani • Şirvani • Şirəki • Şivə • Şorgöl • Şorik • Təmər • Tamrabad • Tezxarab • Orban • Üstunrəş • Üsturə • Varik • Vərdan • Yalqızağac • Yengicə • Yoncalıq • Yovşanlı • Zəngü • Zərrindərə • Zindəşt • Zivəcik • Zola
Qərbi Azərbaycan ostanı
 
Qərbi Azərbaycan ostanı
Mərkəzi
Urmiya / Urmiyə / Urmu
Şəhristanlar
Bükan • Çaldıran • Çaypara • Xoy • Maku / Makı / Daşmakı • Məhabad (Soyuqbulaq) • Miyandoab (Qoşaçay) • Nəqədə (Sulduz) • Piranşəhr (Xana) • Puldəşt (Ərəblər) • Salmas / Səlmas / Dilməqan • Sərdəşt (Sarıdaş) • Şahindej (Sayınqala) • Şot • Təkab (Tikantəpə) • Urmiya (Urmu) • Üşnəviyyə (Üşnü)
Şəhərlər
Avacıq / Ərəbdizac/Ərəbdizə/Ərəbdizəsi • Barıq • Bazərgan • Bükan (Bəykəndi) • Çaharbürc • Evoğlu • Firurəq / Perə / Pirfiruzan • Gərdəkşanə • Göytəpə • Xəlifan • Xoy • Keşavərz • Qaraziyaəddin • Qotur • Quşçu • Mahmudabad / Mahmudabadcıq • Maku / Makı / Daşmakı • Məhabad (Soyuqbulaq) • Məhəmmədyar • Mərgənlər • Mirabad • Miyandoab (Qoşaçay) • Nalus • Nəqədə (Sulduz) • Nuşinşəhr / Nuşin / Karxana-i Qənd • Piranşəhr (Xana) • Puldəşt (Ərəblər) • Rabat • Salmas / Səlmas / Dilməqan • Sərdəşt (Sarıdaş) • Silvanə • Siminə (Qaramusalı) • Sirov • Siyahçeşmə (Qaraeyni / Qarabulaq) • Şahindej (Sayınqala) • Şot • Təkab (Tikantəpə) • Təzəşəhr (Köhnəşəhr) • Urmiya (Urmu) • Üşnəviyyə (Üşnü) • Yolagəldi • Zöhrabad
İran ostanları • Qeyd: Bəzi şəhərlərin adlarının altından xətt çəkilməsi onların müvafiq olduqları şəhristanın inzibati mərkəzi olmalarını əks edir; adı qalın yazılan şəhər isə bütün ostanın inzibati mərkəzidir
 
Qədim Azərbaycan şəhərləri
Azərbaycan
Təbriz • Ərdəbil • Marağa • Təxti Süleyman • Həsənlitəpə • Kənduvan • Nəriz şəhəri • Xunə
 
Muğan
Həməşəra şəhəri • Hasıllı şəhəri • Mahmudabad • Bərzənd • Bəcirəvan • Varsan • Şəhriyar
Şirvan
Dərbənd • Quba • Şamaxı • Qədim Şirvan • Qədim Şabran • Yunan • Moz şəhəri • Niyazabad şəhəri • Xursan • Bəndovan • Qırxçıraq şəhəri
Arran
Qədim Gəncə • Qədim Qəbələ • Xaçın (Albaniya) • Xunan şəhəri • Qədim Beyləqan • Nuxa (indiki Şəki) şəhəri • Bərdic şəhəri • Xanarxı • Atəşpərəstlər daxması • Ərşə • Xılxına şəhəri
Naxçıvan
Naxçıvan şəhəri • Qarabağlar şəhəri • Cuğa şəhəri • Astabad • Əncan
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İstifadəçi:Atro_S/Qaralama&oldid=8047238"
LOVE.AZ