Şəhər | |
Salmas | |
---|---|
سلماس | |
38°11′43″ şm. e. 44°45′56″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Bölgə | Qərbi Azərbaycan ostanı |
Tarixi və coğrafiyası | |
Əvvəlki adları | Dilməqan / Dilman, Şahpur (Pəhləvilər dövründə) |
Sahəsi | 2892 km² |
Əhalisi | |
Əhalisi | 92,811[1] nəfər (2016) |
Milli tərkibi | Azərbaycan türkləri |
Dini tərkibi | İslam |
Rəsmi dili | Fars dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +98 44 |
Salmas (fars. سلماس, az.-əski. سلماس، دیلمقان ), Səlmas[mənbə göstərilməlidir] və ya digər tarixi adı Dilməqan — İranda şəhər və Qərbi Azərbaycan ostanında yerləşən Salmas şəhristanının Mərkəzi.
E'timad-ü səltənə bu şəhərin adının Assuriya hökümdarı Salmanasardan iqtibas olduğunu iləri sürmüşdür.[2]
Övliya Çələbi Salmas haqqında yazır:
Salmas qalasının, yəni "Delmas" şəhərinin banisi Buzər Cümehridir. O, bu adı şəhərə onun bərəkətli və heyvandarlığın bol olduğuna görə vermişdir.[3] |
Tohid Məlikzadə Salmas adının iki bəxşdən təşkil tapdığını irəli sürür, bunlar Salma və as sözləridir. Salma salmaq feilindən törəmişdir, As isə Kültigin kitabələrində adı qeyd olunan As ve ya Az mədəniyyətindən alınmışdır. As/Az sözü məntəqədəki adlarda dəfələrcə qeyd ounub; Azərbaycan (Az+ərbaycan), Sivas (Siva+as), Astara (As+tara), Minas (Min+as) və s.[4]
Nəticədə Salmas sözünün mənası; "As elinin yurdu" şəklində özünü əks edir.
9 min illik Kültəpə (Əhrivan təpəsi)
Yaxın şərqin ən qədimi yerləşim məkanlardan biri olan Əhrivan təpə, Salmas şəhərinin şimal Qərb bölgəsində yer almışdır. Kültəpənin qazıntılarında tapılmış arxeoloji materiallar, salmasın qədim yaşayış mərkəzi olduğunu sübut edir. Bu təpənin böyük bir ərazidə yer aldığı, o çağlarda şəhər əhalisinin çox olduğundan xəbər verir.[5]
Tə'süflə Şəhərin genişlənməsi ve təpənin ətrafında bina tikmə gedişi, onun təxribinə ve bu dəyərli tarixi əsərin günü gündən aradan getməsinə səbəb olubdur. Bu tarixə qədər Əhrivan təpəsinil araşdırmaq və onun qidmətini dəqiqləşdirmək üçün gözəgəlim araşdırma olmayıbdır.
Aratta Dövləti
Aratta Şəhər-Dövlətinin dəqiq sərhədləri bəlli olmasa da bəzi tətqiqatçıların dediyinə görə Urmu gölü ətrafında yerləşirdi.[6] Bu barədə Şumer lövlərində belə yazılır; "Aratta dağ ucalığında inşa edilmişdir. Yeraltı sular Arattanın suya olan tələbatını təmin edir. Aratta yolu üzərində, Hurum dağında Lugalbanda xəstələnər".[7]
Salmasın cənubunda yerləşən Zincir qala dağı üzərində qurulduğu üçün bəlkədə Şumer kitabələrində adı çəkilən Arattadır və yenədə Salmasın cənubunda olan Qarnıyarıq dağından(Üç Qardaşlar dağı), məntəqənin qədim əhalisi, bu dağı qullanaraq yeraltı sularından əkin yerlərini suvarırdılar.
Başqa bir diqqət çəkən məsələ; Salmasın qərbində olan Ərəvil dağıdır. Ərə+vil adında gələn "Ərə", "Ara+tta"daki "Ara" və ya Ərəttə dəki "Ərə" ilə eynidir. Tohid Məlikzadə i Dilməqani Ərəttə adının Ərə+dağ tərkibindən yaranmış olabiləcəyindən söz edir.[8] və bu baxış, Arattanın dağlıq bir məntəqə olduğuna baxaraq coxda qeyri-adi nəzərə gəlmir.
Samuel Noah Kramer sərşünas Şümer tarix yazarı deyir ki; "Van gölü yaxınlarında yaşayan Hürrilərin ilk yurdunun Hurum dağı olduğunu var saymaq məntiqsiz olmadığı üçün də Hurum dağının Urmiya gölü yaxınlarında, hətta daha şərqdə olduğu sonucuna vara bilərik. Əslində Enmerkarın Aratta səfəri bir ölçüdə II Sarqonun 2 min ildən daha cox bir sürə sonra (e.ə. 714) Manna ölkəsinə etdiyi səfər ilə qarşılaştırıla bilər. əcibdir ki, bu səfərin hikayəsi də Aratta adlı bir ırmağın aşılmasından söz etməkdədir. Bu isimsə bəlkə də Aratta şəhərinden qalmadır."[9]
Antik Təpələr
Salmasda Antik Təpələrinin Arxeologiya araşdırmaları bu şəhərin müxtəlif dövrələrdə yaşayış mərkəzi olduğundan xəbər verir. Müxtəlif dövrələrə aid olan Antik Təpələr ve onlardan əldə edilən tarixi əşyalar, o cümlədən; saxsı qablar, küzə, gil küpələr, boyalı qablar, kasa, çölmək və s. bu bölgənin Sumerlər zamanından mədəniyyətin icad olduğu və sonralar Qutti, Hurri, Manna və Urartunun bu torpaqlarda iz buraxdığını göstərməkdədir.
Salmas ərazisində qeydə alınmış antik təpələr:
1- Əhrivan Təpəsi (Kül Təpə)
2- Girdəsərə (Muğancıq Təpəsi)
3- Həftivan Təpəsi
4- Həmzəkəndi Təpəsi
5- Şorik Təpəsi
6- Hödər Təpəsi
7- Qabaq Təpə
8- Diriş Təpəsi
9- Pəyəcük Təpəsi
10- Gavır Qala
ve s.
Urartular dünyadaki süni suvarma sisteminin ilk yaradıcıları
Assuriya İmperyası yaranırkən və Muzdlu döyüşçüləriylə böyük ordular yaradıb yeni Mədəniyyətin qurulmasına ilərlərkən; Mesopotamiyada qiymətli daş, cəvahirat və binalar üçün işəgəlim daş mənbələrin azlığına görə, şimal və qərbdəki dağlıq bölgələrə yönəldilər. O cümlədən Salmas bölgəsinin dağlıq olduğuna görə Assuriyalılar dəfələrcə bu əraziyə hücum eddilər.
Assuriyalıların hər hücumunda yerli əhalini Qətliam edib bəzilərini əsir tuturdular və bölgənin Etnik quruluşunu dəyiştirmək və aralarındaki bağı qırmaq amacıyla yerli əhalini sürgünə göndərirdilər və onların yerinə başqa etnik və ya Assuriyalı yerləştirirdilər.[11] Xosrava kəndindəki yaşayan Assuriyalılarda həmin dövrələrlə ilgidə olmalıdır.
Assuriya lövhələrində Urmu gölünün qərbi bölgəsi Gilzan adlandırılıb. Bu ad Salmas kəndlərindən biri olan Gülüzan ve ya Gülzan kəndi adına çox bənzəyir. Gilzan hökümdarı e.ə.823 də _Assuriya hücumlarına qarşı_ Urartu ölkəsinə qoşuldu.[12]. Bu məsələ Salmas bölgəsində Suvarma sisteminin gəlişməsinə səbəb oldu. O zamana aid olan _Urmu gölü ətrafındaki Uləhu şəhəridə böyük ehtimalla Salmas kəndlərindən biri olan Ülə kəndi olmalıdır. Edwin Wright (?) o cümlə araşdıranlardandır ki Uləhu şəhərinin yerini Salmas bilir. O, Romalıların sənədlərində adı keçən Chiliacomos bölgəsini həmin Salmas bölgəsi olaraq bəyan edir.[13] Bu bölgədə ilgi çəkən başqa bir məsələ; Chiliacomos bölgəsinin anlamı "minqəsəbə" (min+qəsəbə) olaraq qeyd olub və əcibdir ki bu, Salmas kəndi olan Minasda da (min+as) eyni şəkildə görünür.
E. ə. IX əsrdə Urmiya rayonunun qərbində mühüm bir siyasi qurum çar II Tukulti-Ninurtanın (e.ə.890–894) səlnamələrində adı ilk dəfə çəkilən Gilzan dövləti idi.[14] Aşşurnasirapalın Zamuaya qarşı yürüş etdiyi zaman Gilzan Xubuşkiya və Hartiş ölkələri ilə birlikdə Assurlara fidyə verərək qarətlərin, dağıntının, kütləvi qırğının qarşısını almışlar. Assuriya hökmdarlarının Gilzan üzərinə çox tez-tez yürüş etmələri bu ölkənin Assurlar üçün necə böyük əhəmiyyətə malik olduğunu göstərir. Ölkəni çarlar idarə edirdilər. Burada e. ə. IX əsrin birinci yarısında və ortalarında Asu, sonra isə Upu hökmdar idi.[15][16] Uzun müddət hökmranlıq etmiş Asu e. ə. 856-cı ildə III Salmanasarın (e.ə.859–824) pişvazına "öz qardaşları və oğulları ilə birlikdə" çıxır. Bu, sübut edir ki, Asu artıq tayfa başçısı deyil, suveren irsi hökmdardır. III Salmanasarın (e.ə.859–824) Gilzandakı məbədə zəfər sütunu stelasını qoymağına baxmayaraq Assurlar elə bu dəfənin özündə də ölkəni qarət etməmiş, fidyə olaraq davar, qara-mal, at, ikihürgüclü dəvələr, şərab və s. almaqla kifayətlənmişdilər.[17] IX əsrin axırlarında güclənmiş Urartu dövləti Gilzanı işğal edib öz ərazisinə qatdı.[18]
Madaylar dövrü
Əhəmənilər dövləti dövrü
Makedoniyalı İsgəndər dövrü
Atropatena dövləti
Atropatena tərkibində olan Salmas şəhəri Strabon yazılarında e.20 ci ilində Simbasa və ya Simbaka şəkildə adı qeyd olunubdur. Bu bölgənin hakimiyəti sürəkli olaraq Roma İmperiyası ilə Atropatena dövləti arasında dəyişilirdi, buna görədə Salmas böyük xəsarətlərə məruz qaldı.[19]
Arşakilər dövrü
Rəhim Rəisniya kitabinda, Vladimir Minorskidən istinad edərək Salması Arşakilər və Sasanilər dövründəki Persarmenia bölgəsinin bir qismi olaraq qeyd edir.[20].
Xantəxti Qabartması
Urmiya caddəsində Xantəxti kəndinin yaxınlığında Çavuş Dağında həkk olunan bu qabartma İran tarixçiləri düşüncəsiylə Sasani şahı I Ərdəşirə (224–242) aiddir və Roma İmperiyası Severus Alexander (222–235) üz verən döyüşü qazanıb, Yerli Ermənilərin(?) I Ərdəşirə hədiyə verdiyini ifadə etməktədir.[21]
Ancaq qabartmadaki adamların geyinişi ilə üzlərinə diqqət edincə və Sasanilərin digər qabartmalarıyla müqayisə edincə bu qabartmanın daha əsgi bir mədəniyyətə ait olduğu gözə çarpmaqdadır. və belə nəzərə gəlir ki bu əsər Sasanilərdən daha öncəki mədəniyyət Arşakilərə və ya hətta onlardan da öncəyə ait ola bilər. Hər halda bu məsələnin aydınlaşması üçün tərəfsiz bir araşdırma ekibi qabartmanın dəqiqən hansı dövrəyə ait olduğunu uzə çıxaracaqdır.
Dr.Tohid Məlikzadə bu barədə yazır ki; "qabartmada I Ərdəşirə (224–242) hədiyə verən yerli əhali ProtoTürklər olmalıdırlar."[22] Təbiidir ki Böyük Ermənistan idyası var olduqca qərəzli tarixçilər Azərbaycan torpaqlarında ProtoTürk əhalisinin mövcud olduğunu qəbul etməyəcəklər.
Kilsələr
Şimali Azərbaycanda olduğu kimi Cənub şəhərlərindədə Xristyanlıq İslamdan öncə və islamın ilk əsrlərində Azərbaycan cəmiyətinin arasında yayqınıydı. Albanyalıları xristiyan dinini qəbul etmiş bir ProtoTürk ölkəsi qəbul etdiyimiz kimi, Salmas şəhərindəki kilsələridə ProtoTürk mədəniyyətindən miras qaldığı quşqusuzdur. Tarix boyunca Roma İmperiyası ilə Arşakilər və sonrası Sasanilər İmperiyası arasında defələrcə əldən ələ edilən bu bölgə, dinsəl binalarla dolu olması olduqca normaldır. Salmas şəhərində heç bir kilsə görməsək belə ətrafdaki bölgəsində bir bollu kilsə gözə çarpmaqdadır.
o cümlədən;
Həftivan Kilsəsi
Qızılca Kilsəsi
Marıyaqub Kilsəsi
Əsgi Kilsəsi
Vang Kilsəsi
Qələsər Kilsəsi
Bağçacik Kilsəsi
Diriş Kilsəsi və s.
(Yerli əhali bu kilsələri Xristian ibadətgahı olduğuna görə Erməni kilsəsi adlandırar hal buki Salmasın Xosrava kəndində Asorlu cəmiyyəti yaşayır və Salmas əhalisi onlarıda Erməni adlandırır. Əslində bu yanlışlıqla Xristian sözünün yerini almışdır və beləliklə qədimdən miras qalan bu kilsələr, Ermənilər yox, bəlkə o çağlarda bölgədə yerli əhali arasında yayqın olan Xristyan dinini daşıyan ProtoTürk cəmiyyətinə aitdir.)
Göytürk xaqanlığı dövrü
Bəlazuri Fütuhul Büldan əsərində belə yazır:(Sasanilərin şahı I Qubaddan (488–531) öncə) "Cürzan ile Arran, Xəzərlərin əlindəydi."[23] "Xəzərlər hududları geçərlər ve basqınlarda bulunarlar; Zaman zaman da Deynəvərə qədər ilərlərdi."[23]
Deynəvər şəhəri indiki İranda Kirmanşah ostanında yer alırdı. Beləlikə Xəzərlər Cənubi Azərbaycan ərazisinədə enirdilər ve Salmas şəhəridə bu məsələdən kənarda qalmırdı.1940 lara qədər Salmasın Köhnəşəhər"ində yaşayan Yəhudilərdə həmin məsələni təsdiq etməkdədir.
E.614 cü ilində Sasanilər Yerusəlimə hücum eddikdən sonra Bizans imperatoru I İrakli (610–641) Göytürk xaqanlığı tərkibində olan Xəzərlərlə ittifaq müqaviləsi bağlayaraq Sasanilərə qarşı e.622 ci ilində hücuma keçtilər. Xəzərlər 40 min atçıyla hücumda iştirak edərlər və Urmiya şəhəri yaxınlıqlarına qədər yerləri talanlayıb ilərlədilər. Xəzərlərin böyük qismi yerli əhaliyə qarışıb bölgədə məskən tutarlar.[24]
Azərbaycanın şimal vilayətlərində olduğu kimi, cənub vilayətlərində də bir sıra görkəmli şəhərlər var idi. İbn Xordadbeh bunlardan Marağa, Miyanic, Ərdəbil, Varsan, Sisrə, Bərzə, Səburxast, Təbriz, Mərənd, Xoy, Gülsərə, Muğan, Bərzənd, Cənzə, Əbərviz, Cabrvan, Nəriz, Urmu (Zərdüşt şəhəri), Səlmas, Şiz (burada atəşkədə olmuşdur) şəhərlərini göstərir[25]
Haqqında IX–X əsr müəlliflərinin məlumat verdikləri Səlmas Azərbaycanın qərbində, Anadolu torpaqları ilə sərhəd ərazidə yerləşir. Səlmas, Xoy ilə birlikdə, Azərbaycanda İslamın ilk qəbul edildiyi şəhərdir. 639-cu ildə Van gölü ətrafındakı Ərməniyyə torpaqlarının fəth edən İyaz ibn Ğənəm (ا) bir müddət sonra Xoy və Səlmas şəhərlərini də ələ keçirmişdi. əl-Vaqidi (747–823) yazır ki, az bir qismi istisna olmaqla Xoy və Səlmas əhalisi İslamı qəbul etmiş və bu dini öyrənmək üçün müsəlmanlardan müəllimlər istəmişlər[26]
IX–X əsr coğrafiyaşünas və səyyahları Səlmas haqqında, ətraflı olmasa da, məlumat verirlər. Görünür bu dövrdə Səlmas elə də böyük olmayan, ölkənin siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynamayan şəhər idi. XIII əsr müəllifi Yaqut əl-Həməvi isə Səlmasın moğol işğalçıları tərəfindən demək olar ki, tamamilə dağıldıldığını bildirir[27]
Həmidullah Qəzvininin verdiyi məlumatlardan Elxanilərin hakimilyəti illərində Səlmasın dirçələrək abadlaşdığını öyrənirik. Müəllif şəhərin dağılmış qala divarlarının Elxanilərin vəziri Tacəddin Əlişah Təbrizi tərəfindən bərpa edildiyini və Səlmasın qala duvarlarının uzunluğunun 8000 addım (6,43 km) olduğunu yazır. O, Səlmas əhalisinin qatı dindar sünni olduğunu yazır[28]
Müsəlmanların ilk gəlişi
Rəşidi xilafəti dövründə Ömər ibn Xəttabın göndərdiyi Utbə b.Fərqədin əmrində olan Müsəlman"ların ordusu Mosuldan Azərbaycana doğru hərəkət edər. e.641 cı ilində Urmiya, Salmas və Xoy şəhərlərini ələ keçirərlər.[29] Bəlazuri belə deyir: "Muâfi b.Tavus və Mosul xalqı şeyxləri yoluyla rivayət edilmiştir: Urmiyə, Mosul fəthlerindəndir; burasını Utbə b.Fərqəd (عتبة بن فرقد السلمي) fəth eddi. Buranın xəracı, Mosula gəlirdi; Huvr, Xuveyy ve Sələmasda eyni durumdaydı. Muâfi bunları söylədi: Men, Utbənin Azərbaycan valisi ikən burasını fəth ettiyini eşitdim; Allah, ən iyi biləndir."[30]
VII əsrin ortalarında Salmas əhalisinin mədəniyyəti və dili
Müsəlman Ərəblərin Azərbaycan torpaqlarını ələ keçirmədən öncə, Azərbaycan xalqının ümumi dilinin təşəkküllənmə prosesi təkmillənmişdi, əgər Türk dili Azərbaycannın vahid dili olmasaydı; Ərəblərin istilası dövründə Ərəb dili dinsəl, hərbi və ədəbi dəstəyiylə yerli əhalinin dillərini rahatca aradan aparardı. Necəki Yaxın Şərqin çoxlu yerlərində, Ərəb dili yerli dillərinin aradan getməsinə səbəb oldu.[29]
Buna baxaraq Ərəblər Salması ələ keçirəndə Türk dilli bir əhaliylə üzləşdilər.
Xürrəmilər hərəkatı dövrü
E.817 ci ildə Babək Xürrəmilər hərəkatı başına keçər və Azərbaycan torpaqlarını o cümlədən Salmas şəhərini öz tabeiyəti altına alar. E.823 Əli b.Sədəqə (Zəriq) Babək qiyamını aradan qaldırmağa mənsub oldu. Bir neçə il öncə Babası Sədəqə Urmiya və onun yaxın şəhərlərini ki Səlmasda onlardan biriydi, geri aldı.[31]
Sacilər dövrü (889–929)
Salarilər dövrü (919–1062)
Salarilər hökümdarı Mərzban ibn Məhəmməd (941–957) Azerbaijan valisi Deysəm ibn İbrahimə (935–942) qələbə edərək, Azerbaijanda Siyasi iqtidarı ələ keçirdi. Salmasın hakimi Əbu əl Heyca (944–960) (ابوالهیجاء) Deysəmin (935–942) məğlubiyətini görüb Salar adına xütbə oxudu və onun hakimiyətini qəbul etdi.[32]
E.945 cı ilində Mosul Həmdanilərin hökümdarı Nasir əd-Dövlə (929–969) əmioğlusu Hüseyn b.Səidi böyük bir qoşunla Azərbaycanı təsərrüf etmək üçün göndərdi. Hüseyn b.Səid qoşunuyla Salmas şəhərini ələ keçirdi. Bu xəbər; Azərbaycanın şimal bölgəsində işqalçı Ruslarla döyüşdə olan Salarilər hökümdarı Mərzbana (941–957) çatır və o Salmasa doğru yola çıxır. Hüseyn b.Səid Salmas şəhərinin duvarları arxasında qalaraq Mərzbanı (941–957) gözlür. Bu arada Abbasilər xilafətinidə əmir əl-üməra Tuzunun (943–945) öldüyünə görə Bağdadı təsərrüf etmək niyyətində olan Nasir əd-Dövlə (929–969), əmioğlusu Hüseyn b.Səidə məktub yazaraq geri dönməsini əmr edir. Belaliklə Salmas şəhəri yenidən Salarilər elinə keçir.[33]
Mərzban (941–957) 948-ci ildə həbs olunandan sonra Vəhsudan (941–967) Deysəmə (935–942) ordu verərək Azərbaycanı Büveyhi işğalından azad etmək üçün göndərmişdi. Mərzban (941–957) həbsdən qurtulan kimi Deysəmə (935–942) hücum etmiş, Azərbaycanı geri almışdı. Əvvəlcə Bağdada, sonra isə Həmdanilərə qaçan Deysəmə (935–942), sonuncuların köməyi ilə 956-cı ildə Salması ələ keçirmişdi. Deysəmə (935–942) yenə Vaspurakana qaçdısa da həbs edilərək Mərzbana (941–957) göndərildi və onun tərəfindən edam olundu.[34]
Rəvvadilər dövrü (955–1071)
Səlcuq İmperyası dövrü (1037–1194)
e.1053 də Toğrul bəy Azərbaycanda hakim olan Rəvvadiləri Səlcuq imperiyasına bağladı. e.1063 də Bizans İmperiyası dəstəyiylə bölgədəki yerli Xristian əhali Azərbaycanın qərbinə hücum etməyə başladı. Lakin bu ordular Salmas Sərhədlərindən püsgürüldü və Səlcuqlular qərb və şimalda ilərləyərək torpaqlarını Gürcüstana qədər genişləndirdilər.[35].
Eldənizlər dövrü (1136–1225)
Səlcuq imperiyası zəiflədiyinə görə şimali Azərbaycanda Gürcülər hərəkətə keçib torpaqlarını genişlətməyə başladılar.Azərbaycan Atabəylər dövləti (Eldənizlər) Gürcüləri dayandırmaq üçün onlara hücum edərlər və onları Azərbaycan torpaqlarından qovarlar.[36]
Eldənizlər hökümdarı Qızıl Arslanın (1186–1191) Həmədanda olmasından istifadə edən Səlcuq imperyasi sultanı III Toğrul (1176–1194) öz qoşunu ilə Uşnu, Xoy, Urmiya və Səlmas şəhərlərinə soxulub, hər yeri talan etdi[37] və Səlahəddin Əyyubiyə (1174–1193) müraciət edərək, yardım göstərməsini xahiş etdi. Səlahəddin (1174–1193), Qızıl Arslanla (1186–1191) III Toğrulu (1176–1194) barışdırmağa cəhd göstərsə də bu heçbir nəticə vermədi. Əvvəl barışığa razı olan III Toğrul (1176–1194), yenidən Qızıl Arslanla (1186–1191) müharibə etmək qərarına gələrək, 1190-cı ilin oktyabrında Qızıl Arslanın (1186–1191) üzərinə hücuma keçdi. Qızıl Arslan (1186–1191) digər rəqibi İnanc xatunun oğulları ilə barışıq imzaladı, onları öz yanında xidmətə götürdü və nəhayət mərhum qardaşının dul qalmış arvadı İnanc xatunla evləndi. Beləliklə yalnız bu tədbirlərdən sonra 1191-ci ildə III Toğrulla (1176–1194) qarşılaşan Qızıl Arslan (1186–1191) Sultanı məğlub edərək həbsə atdı.[38]
Xarəzmşahlar dövləti dövrü (1077–1231)
1221 il noyabrın 24-də Xarəzmşahların son hökümdarı Cəlaləddin Mənguberdi (1220–1231) Çingiz xana (1206–1227) məğlub olaraq Hindistana qaçmışdı. 1225 ildə Eldənizlərin son hökümdarı Özbək Müzəffərəddini (1210–1225) məğlub edərək Azərbaycanı (Şirvandan başqa) işğal etmişdi. Bu hadisədə Cəlaləddin (1220–1231) Təbrizi mühasirə edərkən Özbəklə (1210–1225) bir anlaşma geçirdi. Bu anlaşmada Özbəkin həyatyoldaşının mülkləri Salmas, Xoy və Naxçıvanda qorunmalıdır diyə qeyd oldu. E.1226 cı ildə Cəlaləddin (1220–1231) Əxlat şəhərini mühasirə etdi bu arada Yıva türkmənləri fürsəti qənimət sayıb Salmas və Urmiyaya hücum edərək bu şəhərləri və bir neçə ətraf kəndləri işqal etdilər. Cəlaləddin (1220–1231) Əxlatın mühasirəsini bıraxdı və Salmasa gəlib Yıvalıları bu geri qaytardı.[39] 1231 ildə Monqollar yenidən Təbrizə soxuldular; Döyüşdə məğlub olan Cəlaləddin (1220–1231) Qərbdə Salmasa doğru qaçdı və Monqolların qorxusundan dahada qərbə qaçaraq sonunda Diyarbəkirin (bugünkü adıyla Silvan) Meyyâfâriqînə geri çəkildiyində bir iddə yolkəsən tərəfindən olduruldu ve Harzem kəndində dəfnedildi.
Atabəy Özbəyin (1210–1225) hakimiyyətinin və Eldənizlilərin son dövründə Monqolların Orta Asiya, Orta Şərq və Qafqaza birinci yürüşü gerçəkləşdi. Cəbə Noyon və Subutay Bahadırın[q 1] komandanlığı altında Monqollar Xorasan və İraqi Əcəmin torpaqlarından keçərək 1221-ci ildə yanvar ayında Təbrizə gəldilər. Atabəy Özbək (1210–1225) Monqollara elçi göndərib barışıq imzalamağı təklif etdi. Monqollar Təbriz qarnizonlarındakı Xarəzmlilərin onlara təslim edilməsini istədilər. Atabəy Özbək (1210–1225) Xarəzmlilərin bir hissəsini özü öldürtdü, qalanını da Monqollara göndərdi. Bunun xaricində Özbək (1210–1225) onlara təzminat olaraq pul, paltar və mal-qara da verdi.[40]
Eyni ildə Monqollar Cəbə Noyon komandanlığında Salmasa yürüş etdi. Salmas əhalisi Monqolların hakimiyəti altına girməyi qəbul etmədilər, buna görədə Monqollar Salması yıxıb-yaxdılar.[39] 1231 ildə Cəlaləddini (1220–1231) məğlub eden Monqollar Salmas şəhərinidə torpaqlarına əlavə etdilər.
Elxanlılar dövrü (1256–1353)
Çingiz xanın (1206–1227) nəvəsi və Elxanilər dövlətinin qurucusu, Hülakü xan (1256–1265) 1255-ci ildə Orta Şərqdə torpaqların fəthini bitirmək məqsədiylə qardaşı Mengü xan (1251–1259) tərəfindən bölgədəki ərazilərin hökmdarı təyin edildi. e.1258 ci ilində Hülakü xan (1256–1265) Bağdadı fəth edərək Abbasilər xilafətinə son verdi. O Bağdadın fəthindən ələ gələn qənimətləri Azərbaycana daşıdı. Qənimətlərin Bir bölümünü Mengü xana (1251–1259) göndərdi, qalanıysa Salmasın güneydoğusunda yer alan Qırxlar adasına (Kazım Daşına) gömdü.[41]
Elxanlılar dövrünə vəzir olan Tacəddin Əlişahın həyat yoldaşı Mirə Xatunun məqbərəsi (e.1310), Salmasın qərbində Köhnə Şəhər yaxınlıqlarında Mirə Türbəsi olaraq tarixçilər tərəfindən qeyd olunmuşdu. Bu türbə Dilman Zəlzələsində (1930.05.07) yıxılıb aradan geddi.[42]
Çobanilər dövrü (1335–1357)
Cəlairilər dövrü (1335–1432)
Teymurilər dövrü (1370–1507)
Qaraqoyunlular dövrü (1375–1468)
1431 də Azərbaycanda qıtlıq Salmas əhalisinin bir qısmını köçməyə məcbur eddi. Qaraqoyunlularla Teymurilərin Azərbaycanda sürəkli döyüşləri, kəndlər və əkinəcək yerləri aradan aparmışdı və ticarəti bozqun vəziyata getirmişdi.
1428-ci ildə Teymurilər hökümdarı Şahrux (1405–1447) sərkərdə Əliyə Kükəltaşın başçılığı ilə Azərbaycana qoşun göndərdi. 1429-cu ilin mayında isə Şahrux (1405–1447) tərkibində Şirvan qoşunları da olan 100 minlik süvari qoşunla Qaraqoyunlu hökümdarı İsgəndərin (1420–1436) üzərinə yeridi və onun qoşunlarını Cənubi Azərbaycandakı Salmasın həndəvərində darmadağın etdi.[43]
Ağqoyunlular dövrü (1378–1501)
Səfəvilər dövrü (1501–1736)
Osmanlı İmperiyası və Səfəvilər arasındaki yüzlərcə il savaş, Salmas şəhərinin iki ölkənin sərhəd toraqlarında yer almasına görə hər iki tərəfin qoşunlarının at gəzdirmək meydanına dönüşmüşdü. Rəsmi bir savaş olmayan günlərdə belə sərhəddə yaşayan Köçəri tayfalar döyüşün alovlanmasına nədən olurdular. Şah İsmayılın (1501–1524) Salmas və Xoydaki huzuru, sərhəd Köçərilərin talanlarının qabağını alsada 1502 də Şah İsmayılın (1501–1524) ölkənin cənubuna hərəkət etdiyindən xəbərdar olan Köçərilərin sərkərdəsi Sarım Xan baş qaldırdı və 40 minlik bir orduyla Urmia və Salması ələ keçirib Təbrizə doğru yola çıxdı. Şah İsmayılın (1501–1524) qardaşı İbrahim Təbrizi qorumaqdaydı. O Təbrizi olacaq döyüş təhlükəsindən uzaqlandırmaq hədəfiylə yola cıxdı və Salmas yaxınlıqlarında iki qoşun savaşa girdi. Savaş sonucunda Sarım Xan öldürüldü və ordusu darmadağın oldu. Bu savaşdan sonra Köçərilərin talanları çox azaldı ama arxasıca Osmanlı qoşunu bu bölgəyə yönəldi. 23 avqust 1514 ilində Sultan I Səlim (1512–1520) və Şah İsmayıl (1501–1524) arasında üz verən Çaldıran döyüşü nəticəsində Salmas, Xoy və Urmiya şəhərləri Osmanlı İmperiyası təsərrüfatına keçdi.[44]
Şah Təhmasib (1524–1576) dövründə Osmanlıların sürəkli Səfəvilərə savaş açması nəticəsində Şah Təhmasib (1524–1576) paytaxtı Təbrizdən Qəzvinə daşıdı. O Osmanlıların ilərləməsinin qarşısını almaq üçün Yaxıb yıxma taktikini qullanırdı, buna görədə Azərbaycan bölgəsi o cümlədən Salmas şəhəri böyük xəsarətlərə məruz qaldı və millətin yaşamında əsas mənfi təsir buraxdı.[45]
Şah Təhmasib (1524–1576) qаrdаşı Əlqаs Mirzənin İstanbula qaçması nəticəsində iki ölkənin arası bozuldu və sərhəddəki Köçəri tayfalar yenədə talanlamağa başladılar. 1549 da Osmanlı sərhəd bölgələrində Köçərilərin sərkərdəsi Şahqulu Belilan Salmasa hücum etdi və şəhəri taladı.[46]
1635 ci ildə Osmanlı sultanı IV Murad (1623–1640) Azərbaycana hücum etdi və Salmas şəhərinədə qoşun çəkdi. Bu hücumun əlyazma nüsxəsində belə tanıdır:
(Salmasın) üst yanında dağ ətəyində Qarnıyarıq adlı bir qala tikilib, qayət keçilməzdir və içində 15 nəfər Qızılbaş olub...[47] |
Və Övliya Çələbinin yazdığına görə:
Salmas qalası, geniş bir çölün içərisində yerləşib. Dörd tərəfdən Urmiya, Təsuc, Qumla(Xamnə), Qarabağlar, Xoy, Mərənd, Behistan, Çors Xanlıqlarıyla qonşudur ... Qalanın duvarlarının ətrafı min addımdır ... Qalanın qərbindəki çay Penyanşi və Abaqay dağlarından gələrək neçə yüzmin bağ və bağçadan keçərək Urmiya gölünə tökülür ... Şəhər ətrafındaysa qala duvarları yoxdur, ancaq dörd tərəfdə xəndəq qazılmışdır. Üç qapısı vardır; Urmiya qapısı, Təsuc qapısı və Təbriz qapısı. Qapının böyründəki yaşayış qəsəbənin ətrafı 7 min addımdır. Şəhərdə 3 min ev, 3 məscid və 9 məhəllə vardır. 4 məhəllədə Əcəm sünnuləri və 5 məhəllədəysə Göydolaqlar yaşayır ... Çayları yeraltıyla axır.[48] |
Və birdə Övliya Çələbinin katibi Hacı xəlifə, Cəhan nima kitabında (XXI hicri) belə yazır:
Bu qəsəbə şərqdən Dilməqan qəsəbəsinə və Urmiya gölünə, cənubdan Üşnəviyyəyə, qərbdən Hakkari dağlarına, şimaldansa Qusqun qıran gədiyinə (aşırımına) hüdudlanıb.[2] |
Üstdəki sənədlərdən belə gəlir ki; Qədim Salmas indiki Köhnəşəhərin yerində, və ya o civarda bir yerdə olmalıydı. Köhnəşəhərdə böyük bir əsgi qəbristanliğın olması bu məsələni təsdiq etməkdədir.
Əfşarlar dövrü (1736–1796)
Osmanlı İmperiyası və Səfəvilərin uzun sürə savaşları nəticəsində Salmas şəhəri əsasi xəsarətlərə məruz qaldı və yerli əhalinin böyük qismi doğma yurdlarını tərk etməyə məcbur qaldılar. Eləki Nadir şah Əfşar (1736–1747) dövründə Salmas şəhərindən yalnız bir ad geriyə qalmışdı. Bu dövrdən bəri Dilman qəsəbəsi inkişaf etməyə başladı ama bölgənin adı Salmas olaraq davam etdi.[49]
Əfqan kökənli Hotaki dövləti Səfəvilərə qələbə çaldıqdan sonra 1724 də Osmanlı İmperiyası və Rusiya imperiyası arasında imzalanan İstanbul müqaviləsi əsasında Səfəvilər torpaqlarının böyük qismi Osmanlılara verildi. Salmas şəhəridə həmin tarixdən Osmanlıya zəmimə oldu. 1732 ci il 10 yanvarda Osmanlı İmperiyasıyla Səfəvilər arasında bağlanan Əhməd paşa müqaviləsi nəticəsində Cənubi Azərbaycan torpaqları Səfəvilərə geri qaytarıldı Ama Şimali Azərbaycan, Araz çayı sərhəd olaraq Osmanlı torpaqlarına əlavə edildi.
Bu Müqaviləni qəbul etməyən Nadir şah Əfşar (1736–1747) 1734–1735 ci illərdə Şimali Azərbaycan, Şərqi Ermənistan və Şərqi Gürcüstan Osmanlılardan geri aldı. 1736 ildə Nadir Əfşar (1736–1747) özünü şah elam edir. Həmin ildə Salmas və Xoy şəhərlərində verginin çox olması nədəniylə üsyan çıxır. Nadir şah Əfşar (1736–1747) buraya qoşun çəkərək üsyanı yatıdır.[50]
Xanlıqlar dövrü (XVIII əsrin 40-cı illəri)
Nadir şah Əfşarın (1736–1747) ölümündən sonra Əfşarlar hakimiyətində olan torpaqlarda mərkəzi iqtidar aradan gedir və ölkə bölgəsəl idarəçiliyə (Xanlıq) keçir. Bu dövrədə Salmas şəhəri zamanla Urmiya xanlığı, Təbriz xanlığı və Xoy xanlığı idarəçiliyində idi. Urmiya xanlığı hakimi Fətəli xan Əfşar (1747–1763) bu boşluqdan yararlanaraq Salmas və bölgədəki bir çox yeri öz hakimiyəti altına gətirir.[50]
Zəndlər dövrü (1776–1796)
Şiraz şəhərində güclənən Kərim xan Zənd (1747–1779), Fətəli xan Əfşara (1747–1763) qarşı 1763cü ildə Urmiya şəhərinə yürüşə keçir və oranı ələ keçirdikdən sonra Salmas və Xoy şəhərlərinidə özünə tabe edir. Salmas idarəçiliyinə İbrahim xan Bəğayeri Xurasanini mənsub edir. Kərim xan Zəndin (1747–1779) ölümündən sonra Məhəmmədəli xan Zənd, (1779) hakimiyətə keçir və urmiyada baş qaldıran İmamqulu xan Əfşara (1772–1783) qarşı yürüş edir. Salmasın Diriş çimənində Urmiya xanlığı ordusu bir yere toplanır və Quşcu gədiyini yenerek Cəbəl çölündə iki qoşun döyüşə girdi (1783). Sonucda Urmiya xanlığı ordusu məğlub olur.[51]
Qacarlar dövrü (1789–1925)
Ağa Məhəmməd şah Qacar (1794–1797) gürcü çarı II İraklinin və Qarabağ xanı İbrahimxəlilin (1763–1806) Rusiya himayəsinə keçmək niyyətində olduqlarını eşidir. İbrahimxəlilin (1763–1806) sözsüz razılığı ilə İrakli Qacarların dədə-baba torpaqlarını – Qarabağ, İrəvan xanlıqlarını və Gəncəni rus çarına vermək istəyirdi. Gürcüstan çarının bu niyyətini Qacarlar bu torpaqların tabeçiliyində olan bir şəxsin xəyanəti və Azərbaycan xanlıqlarının daxili işinə qarışmaq kimi qəbul edirdi. Üstəlik Qacar buna əsaslanırdı ki, bir neçə əsr qabaq onun tayfasından olan çox sayda adam bu yerlərə köçürülmüş və həmin torpaqların idarəçiliyində fəal iştirak etmişdi.
Ağa Məhəmməd şah Qacar (1794–1797) 1795 də bölgəyə girdi və bu yürüşdə Tiflisi yağmalır və oranı Qacarlarlara tabe edir. Tiflis alındıqdan sonra bir çox Azərbaycanin güney xanliqlari Ağa Məhəmməd şaha (1794–1797) tabe olduqlarını bildirir. Yalnız İrəvan və Qarabağ xanları onun tabeçiliyini qəbul etmirlər. 1796-cı ilin yayında Ağa Məhəmməd şahın (1794–1797) qardaşlarının komandanlığı altında 20 minlik ordu İrəvana yaxınlaşır. Beş həftəlik mühasirədən sonra qala təslim olur və sülh bağlanır.
1797 ci ildə Ağa Məhəmməd şah (1794–1797) bir suiqəst nəticəsində öldürülür ve yenədə bölgədəki yaranmış nisbi sibat aradan gedir. Bölgədə çoxlu isyanlar üz verir. Ən önəmli İsyanlardan biri Urmiyada Məhəmmədqulu хаn (1760–1798) tərəfindən olmuşdur. Qacarların yeni şahı Fətəli şah (1797–1834) bu isyanı yatırmaq üçün Salmasa gəlib ordan Təbrizə keçir və Təbrizdəki hakimiyətini təsbit etdikdən sonra bölgədəki Xanlıqlar yenədə Qacar dövlətinə tabeliklərini elan edirlər. Fətəli şah (1797–1834) Azərbaycandaki iqtidarının sürəkliləşməsini qorumaq üçün oğlu Abbas Mirzəni Təbrizə yolladı (1799).
Eyni ildə Xoy xanı cəfərqulu xan Dünbüli (1797–1813) isyan edib Salmas şəhərinə yerləşdi. Abbas Mirzə qoşunuyla Salmasa hücum eddi. Ağziyarət kəndi yaxınlığında cəfərqulu xan Dünbülinin (1797–1813) qoşununu yendib Salmas mahalını ələ keçirdi və Pirqulu xan Qacarı Salmasa hökümdar təin eddi. Qacar qoşunu 2 aya yaxın Salmasda qaldı. cəfərqulu xan Dünbüli (1797–1813) bu sürədə dağlıq bölgələrdə və Maku qalası ətrafında qalırdı. O sonralar Rus ordusuna qoşuldu və Azərbaycana qarşı döyüşdü.
Salmas şəhəri dəniz səviyəsindən 1396 metr yüksəklikdə yerləşir.[52] Quzeydə Xoy şəhəri, güneydə Urmiya, şərqdə Şəbistər və qərbdə isə Türkiyə sınırı ilə sərhədlənibdir. Salmas şəhərinin ortasından Qurd dərəsi keçir və Şəhərin indiki əsas qismətləri qədim Dilman, Əhrivan kəndi, Təzəkənt təşkil edir. Şəhər, Şahmat xanələri şəklində düzəlib və özünə görə məxsus memarlığı vardır.
Türkiyə | Xoy | Mərənd | ||
Köhnəşəhər | Şəbüstər | |||
| ||||
Türkiyə | Urmiya | Urmu gölü |
Köppen iqlim təsnifatı əsasında, 0 °C (32 °F) izotermi istifadə edərək Salmas, Kontinental iqlimə (Dsa) sahibdir və beləliklə Yaxın Şərqdəki nadir şəhərlərdən biridir.
Salmasın iqlimi | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Göstərici | Yan | Fev | Mar | Apr | May | İyn | İyl | Avq | Sen | Okt | Noy | Dek | İl |
Mütləq maksimum, °C | 9 | 16 | 23 | 32 | 33 | 37 | 41 | 43 | 39 | 34 | 23 | 19 | 43 |
Maksimum orta, °C | 3 | 4 | 8 | 15 | 22 | 28 | 31 | 32 | 28 | 21 | 12 | 4 | 17 |
Orta temperatur, °C | −0,9 | 3,3 | 7,6 | 14,5 | 20,8 | 25,3 | 28,4 | 27,9 | 22,9 | 16,1 | 8,1 | 1,5 | 14,6 |
Minimum orta, °C | −9 | −8 | −4 | 3 | 9 | 14 | 18 | 18 | 12 | 7 | 0 | −6 | 5 |
Mütləq minimum, °C | −28 | −29 | −27 | −22 | −11 | 4 | 11 | 8 | 3 | −7 | −22 | −27 | −29 |
Yağıntı norması, mm | 0,52 | 0,32 | 0,43 | 0,8 | 1,12 | 0,86 | 0,26 | 0,26 | 0,22 | 0,94 | 0,88 | 0,64 | 7,25 |
Mənbə: "Weather Trends 360".[53] "Weather Underground".[54] "World Weather Online".[55] |
Salmasın önəmli dağları;
Salmasın cənubundan keçən önəmli çayı Zolaçaydır, Türkiyə ilə sərhədindəki dağlarda yüksələn Salmas Düzü boyu cənub-qərbə doğru axır. Çay, 846 km²lik bir toplam sahəyə malikdir.[56] Çay suvarma məqsədilə bəndlənmişdir.[57] Səddin hündürlüyü 83m, eni 287m olub mərkəzi gil nüvəsinə malik ərazi qaya bəndindən keçirilmişdir. Bənd 85 milyon m³ su tutur.[58] Ondan sonra Derik çayı, Arzın çayı (indi quruyub) və Xorxora çayı (Zolaçaya qarışır) vardır. Bu çayların hamısı Urmiya Gölünə axır.
Bu kitabə Salmas dan 15 kilometr güney də,Urmiya yolunun üzərində və Pirçavuş dağının üstündə yerləşir.Kitabə Sasanilərin Azərbaycanı işğal etdiyi dönəmə aid olaraq, onların Roma imperiyasına qalib gəlmələrini təsvir edir.[59]
Səfəvilər dönəminə aid olan bu kilsə Həftvan kəndində yer alır və kilsənin tikilişində qara maqmatik süxurlar dan geniş istifadə edilib.Kilsə 1930-cu ilin zəlzələsində xəsarətlər alsa da, sonradan bərpa olunub.[59]
Təsuci hamamı kimi də tanınan bu hamam Salmasın mərkəzi hissəsində yerləşərək,1930-cu il zəlzələsindən sonra tikilib.Hamamın üstü 7 qübbə ilə örtülmüşdür.[59]
Qalanın tikintisində əsasən daşdan istifadə olunuraq,Salmasın qərbində və Zolaçayın yaxınlığında dır.[59]
Şəhərin içində yerləşən bu təpə 7000 il qidmətə malik olaraq, orta-şərq də insanların ilk yaşadığı yerlərdən biri kimi də adı çəkilir.Keçmişdə təpənin sahəsi çox olsa da,baxımsızlıq dan onun böyük bir hissəsi aradan gedib.[59]
Salmas dan 8 kilometr aralı Təzəşəhər (keçmişki Köhnəşəhər) də yerləşir.Türbədə şiələrin 10-cu imamı olan Əli ən-Nəqi nin soyundan olan neçə nəfərin dəfn edildiyi deyilir.[59]
Bu bulaq Urmiya yolunun yaxınlığında, azərbaycan türklərinin qolu olan Kürəsünnülərin yaşadığı İstisu kəndində yerləşir.[59]
Şəlalə 80 metr dərinliyi olan çökəklikdə, Şorgöl kəndindən sonra və Salmasdan 22 kilometr cənub-qərb də yerləşir.[59]
Rəzmaranın farsca Fərhəngi Coğrafiyayi kitabı əsasında Salmas 1959-cu ildə 11,000 nəfər əhalisi olaraq şiə inanclı türk(azərbaycanlı)dürlər, ancaq buna baxmayaraq şəhərdə neçə xristian ailədə var ki assur dilində danışırlar.[60] İndiki Əhalisi əsasən Azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.[61][62] Asorlar Xosrava kəndində Ermənilərsə Pətəvir kəndində yaşamaqdadırlar.
Salmas əhalisinin çoxluğunun dini İslam və məzhəbi baxımdan Şiədir.[63] Bu şəhərdə yaşayan Azərbaycanlıların bir qolu olan Kürəsünnilər Sünnidirlər və yanlış olaraq bəzən Kürd adlanırlar. azlıq olaraqda Xristian vardır.
Salmas əhalisinin ləhcəsi Azərbaycan ədəbi dilinə çox yaxındır və kəlmələri düz tələffüz edirlər. Ancaq ətraf kəndlər fərqli ləhcələrdə danışırlar.
Bu ləhcələri üç yere ayırmaq olar
Misal üçün bəzi kələmələri belə tələffüz edirlər:
Ədəbi | Salmas | Ləkistan | Köhnəşəhər | Kürəsinli |
---|---|---|---|---|
qullab | qullab | qullab | Kıllab | qullab |
milçək | milçəh | milçəh | çibin | çibin (mırçəh) |
gedirəm | gedirəm | gedirəm | gederəm | gederəm |
gedirik | gedirix | gedirih | gederıx | gederıx |
çıxacaq | çıxacax | çixəcəh | çıxəcax | çıxəcax |
alıram | alıram | alıram | alerəm | alerəm |
hara? | hara? | hara? | harə? | harə? |
alır | alır | alur | aler | aler |
dolanırıq | dolanırıx | dolanürüh | dolanerıx | dolanerıx |
nərdivan | nərdivan | ? | ? | nəvdıran |
nənə | nənə | nənə | nənə | ənnə (nənə) |
silkələ | silkələ | silkələ | silkələ | sıt (silkələ) |
Mərkəzi | |
---|---|
Şəhristanlar | |
Şəhərlər |
Avacıq / Ərəbdizac/Ərəbdizə/Ərəbdizəsi • Barıq • Bazərgan • Bükan (Bəykəndi) • Çaharbürc • Evoğlu • Firurəq / Perə / Pirfiruzan • Gərdəkşanə • Göytəpə • Xəlifan • Xoy • Keşavərz • Qaraziyaəddin • Qotur • Quşçu • Mahmudabad / Mahmudabadcıq • Maku / Makı / Daşmakı • Məhabad (Soyuqbulaq) • Məhəmmədyar • Mərgənlər • Mirabad • Miyandoab (Qoşaçay) • Nalus • Nəqədə (Sulduz) • Nuşinşəhr / Nuşin / Karxana-i Qənd • Piranşəhr (Xana) • Puldəşt (Ərəblər) • Rabat • Salmas / Səlmas / Dilməqan • Sərdəşt (Sarıdaş) • Silvanə • Siminə (Qaramusalı) • Sirov • Siyahçeşmə (Qaraeyni / Qarabulaq) • Şahindej (Sayınqala) • Şot • Təkab (Tikantəpə) • Təzəşəhr (Köhnəşəhr) • Urmiya (Urmu) • Üşnəviyyə (Üşnü) • Yolagəldi • Zöhrabad |
İran ostanları • Qeyd: Bəzi şəhərlərin adlarının altından xətt çəkilməsi onların müvafiq olduqları şəhristanın inzibati mərkəzi olmalarını əks edir; adı qalın yazılan şəhər isə bütün ostanın inzibati mərkəzidir |
Qədim Azərbaycan şəhərləri | ||
---|---|---|
Azərbaycan | ||
Muğan | ||
Şirvan | Dərbənd • Quba • Şamaxı • Qədim Şirvan • Qədim Şabran • Yunan • Moz şəhəri • Niyazabad şəhəri • Xursan • Bəndovan • Qırxçıraq şəhəri | |
Arran | ||
Naxçıvan |