Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. Səhifəyə yenilənmiş məlumatlar əlavə etməklə Vikipediyanı zənginləşdirməyə kömək edə bilərsiniz. |
Demokratik Qüvvələrin Milli Şurası və ya qısaca Milli Şura — Azərbaycanda siyasi ittifaq. 2013-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri ərəfəsində müxalif siyasətçilərin birliyi kimi yaradılmışdır.[1]
Milli Şura Demokratik Qüvvələrin Milli Şurası | |
---|---|
Sədri | Cəmil Həsənli |
Qurucu | Rüstəm İbrahimbəyov |
Lideri | Cəmil Həsənli |
Quruluş tarixi | 7 iyun 2013 |
İdeologiya | Liberalizm |
Üzv sayı | 63 |
Parlamentdə |
0 / 125 |
28 may 2013-cü ildə Respublika günü Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə Azərbaycan Xalq Cümhuriyyətin 95 illiyi ilə əlaqədar keçirilən bayram tədbiri bitdikdən sonra bəzi siyasi qüvvələrin təmsilçiləri olan Açıq Cəmiyyət Partiyası sədri Sülhəddin Əkbər, Azərbaycan Liberal Partiyası sədri Əvəz Temirxan, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədri Əli Kərimli, Klassik Xalq Cəbhəsi Partiyası sədr muavini Bəybala Əbil, EL Hərəkatı sədri Eldar Namazov və Müsavat Partiyası sədri İsa Qəmbərin iştiraki ilə bu partiyaların rəhbərlərinin görüşü baş verib. Demokratik Qüvvələrin Milli Şurasının təsis sənədləri üzərində geniş müzakirələr aparılmışdır. Müzakirələrə telefon və Skype vasitəsilə Rüstəm İbrahimbəyov, o dönəmin Açıq Cəmiyyət Partiyası lideri Rəsul Quliyev, ALP lideri Lalə Şövkət və KXCP sədri Mirmahmud Mirəlioğlu da qatılmışlar. Məsləhətləşmələr nəticəsində Milli Şuranın təsis bəyannaməsi və tərkibi razılaşdırılmışdır.[2] Bununla da 28 may Respublika günündə "Demokratik Qüvvələrin Milli Şurası"nın yaradılması barədə qərar qəbul edilmişdir.
7 iyun 2013-cü ildə qurumun təsis yığıncağı keçirilib. Beynəlxalq təşkilatların, xarici ölkə səfirliklərinin nümayəndələrinin də iştirak etdiyi toplantıda Milli Şura təsis olunmaqla yanaşı, Rüstəm İbrahimbəyov qurumun sədri seçilib. Bəzi sənədlər qəbul edilib.[3]
2 iyul 2013 tarixində Milli Şura rəsmən Rüstəm İbrahimbəyovun vahid namizədliyini prezident seçkilərində irəli sürmək qərarı verib. Bu qərar MŞ-yə daxil olan siyasi partiyalarla yanaşı islamçı kəsim, o cümlədən Rifah Vətəndaş Hərəkatı tərəfindən də dəstəklənib. Rifah Vətəndaş Hərəkatı sonradan Cəmil Həsənlini də dəstəkləyib.
23 avqust 2013 tarixində isə Milli Şura rəsmən Cəmil Həsənlinin ehtiyat vahid namizədliyini prezident seçkilərində irəli sürmək qərarı vermişdir.[4]
3 dekabr 2013-cü ildə Cəmil Həsənli qurumun sədri, Rüstəm İbrahimbəyov isə fəxri sədri seçilib.[5]
Seçkidən sonrakı dövrdə Müsavat Partiyası, EL Hərəkatı, Azərbaycan Liberal Partiyası, Böyük Azərbaycan Partiyası,Klassik Xalq Cəbhəsi Partiyası,Vətəndaş Həmrəyliyi Partiyası və digər çoxsaylı üzvlər Milli Şuradan çıxdılar.
Seçkilər | Vahid namizəd | Səslər | Faiz | Yer |
---|---|---|---|---|
2013 | Cəmil Həsənli | 204,642[6] | 5,5%[6] | 2. |
Son yenilənmə: avqust 2024
Bəzi üzvlər Milli Şura yaradıldıqdan bir müddət sonra müxtəlif səbəblərlə qurumun sıralarını tərk etmişdir.
Bəzi üzvlər Milli Şura yaradıldıqdan bir müddət sonra müxtəlif səbəblə qurumun üzvlüyündən çıxarılmışdır.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
kaspi.az